Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 12 августа 2011 г.

Bəxtiyarın qoyduğu nöqtə

Salam Bəxtiyar. Bu yazını o anda yazıram ki, hakimiyyət gənclərin susacağını düşünürdü. Gözlərinin qorxub geri çəkiləcəyini sanırdı. Ancaq gönüqalın məmur yığnağı düşünə bilər ki, istibdad məngənəsində gənclik sussun. Kimlərsə ümidlərində sarsıla bilər, müti susqunluq isə əsla olmayacaq. Bugün sənin günündür. Səni xatırlayacağımız, adını dünyaya çatdıracağımız gündür.

 İstər azadlıqda olduğun vaxtlar, istər həbsdəykən kimlərsə sənə dil uzatdılar. Savadını, inadını alçaltmağa cəhd etdilər. Azadlıqda ikən sənə edilən iradların içində haqlı və haqsız olanları da vardı. Ancaq göstərdiyin inadkarlıqla, hakimiyyətin əmrlərini deyil, həbsi seçməklə sən bütün suallara nöqtə qoydun.
Sən sübut etdin ki, bu ölkədə vətənpərvərlik, hərbi xidmət təkcə müxalif düşüncəli gənclər üçün deyil. Hakimiyyətin qanadı altında gizlənən gənc yaltaqlar da cavab verməlidir.
Sən sübut etdin ki, dünyanın ən prestijli diplomu belə rahatlıq, xaricdə komfort həyat sürmək üçün əsas deyil. Təhsil aldınsa bu ölkəyə qayıtmalısan. Qayıtdınsa onu avtoritarizmdən xilas etmək uğrunda siyasi mübarizə aparmalısan, əsla susmamalısan. Sən qayıtdın və susmadın.
Nümunənlə göstərdin ki, vətənpərvərlikdən dəm vurmaq, lakin zülm adı çəkilincə susmaq saxtakarların işidir və bundan sonra Fuad Muradov, Ceyhun Osmanlı kimi saxta mandatlı kuklaların sığınacağı bir məkan yoxdur.
Əgər bu ölkədə vətən hər kəs üçündürsə o zaman hərbi xidmətin hesabı bir ay belə çəkmə döymədən Ali Baş Komandan olmuş şəxsdən, saxta mandatla “Qarabağı azad edəcəyik” deyən fəraridən soruşulmalı. Ziya Məmmədovun, Kəmaləddin Heydərovun oğurlanmış milyonlar arxasında gizlənən oğullarından soruşulmalı.
Hakimiyyət represiya məngənəsidirsə, biz gəncliyin vəzifəsi bu məngənənin dişlərini qırmaqdır. Məsuliyyətimizi də unutmayaq. Bəxtiyar hökm oxunarkən bizlərə nə demişdi? Ruhdan düşmədən mübarizəni davam etdirin demişdi.
Bir zamanlar Bəxtiyarın ətrafında olan yüzlərcə dostun, minlərcə onlayn dəstəkçinin getdikcə yoxa çıxdığını görüncə mən də təəsüflənirəm. Bəxtiyar azadlıqda ikən bəlkə kimlərsə üçün yaxşı imkan və vasitələri olan dost idi. Ola bilsin o, hansısa gənc qızın xəyalında gələcək prestijli ər, bir başqası üçün Azərbaycanı birdəfəlik tərk etmək imkanı idi. Həbsdə olan Bəxtiyar “təhlükəli” görünə, ümidləri doğrultmaya bilər. Amma bir zamanlar onu dost sayan, “Səni dəstəkləyirəm” deyən heç kəsə təkrar edirəm heç kəsə haqq vermir ki, bir kənar kənara çəkilib sussun. İngiliscə onlarla şərh yazanlar bugün azərbaycanca bircə cümlə “Bəxtiyara azadlıq!” yazmaqdan qorxursa bilsinlər ki, Bəxtiyar onları heç zaman tanımamışdır.
Yazımı Eynulla Fətullayevin hər kəsin yaddaşına yazmalı olacağı bir cümləsi ilə bitirmək istəyirəm. “Məhbəsdə olan dostlarınız hər səhər oyanıb özlərinə bu sualı verirlər: Görəsən dostlarım nə zaman məni burdan azad edəcək?!”



2 комментария:

  1. Təşəkkür edirəm bu cür yazıya görə. Bəxtiyarn buügünkü halından qorxub gizlənən gənclərimiz bilməlidirlər ki, bugün Bəxtiyara olanlardan, saba onlar sığortalanmayıblar. Bugün hakimiyyətin xoşuna gələn, parlamentdə oturan gənclərimiz də anlamalıdırlarki, onlar orada ona görə oturmayıblar ki, kimsə onların qara qaşına-gözünə vurulublar. Nəinki Bəxtiiyarın dostları dediyiniz gənclər mübarizə aparmalı, etiraz etməlidirlər, həmçinin bütün gənclik bunu özünə qarşı oynanılmış çirkin oyun kimi qəbul etməli və susmamalıdır. Mənim Bəxtiyarla heç bir şəxsi tanışlığım yoxdur. Və bu vacib də deyil. Vacib olan məsələnin mahiyyətindədir. Bəxtiyarın "qanunları pozması" məhkəmənin qapalı keçilməsinə əsas vermir. Əziz gənclərimiz bir daha da təkrarlayıram bu çirkin oyunlardan ,hadisələrdən heçbirimiz sığortalanmamışıq.

    ОтветитьУдалить
  2. Ümid etmək tənbəllərin işidir, hərəkət etmək lazımdır! Tükürpədici yazıya görə çox sağ olun. Bu yazını məncə, ingiliscəyə çevirib share etmək lazımdır.

    Sayğılarla,
    Vusala Alibayli

    ОтветитьУдалить