Müxalifətdən gedən hər donqili mənim üçün
bayram hədiyyəsidir. İndidən yazını oxuyub burcudanlar üçün deyim naxçıvanlı
yox, donqili. Hərgah bu sözü leksikona ilk gətirən onlardır. Donqili o kəsdir
onun üçün ən ali dəyər Tayfadır. Ən əziz adamı kəndçisi, ən hörmətli məmur vəzifədə
olan yerlisidir. Hakimiyyətə o zaman səmimi müxalifdir ki, orda Tayfa üzvləri
yox, başqaları təmsil olunur.
Bizim Tayfa zehniyyətinin Afrikadakı adı
traybalizmdir. 50 ildir kolonializmdən azad olan Afrikaya niyə demokratiya gəlməyib?
sualının cavabı orda hakim olan tayfa zehniyyətidir. Məsələn Qəddafi 40 ildir
Tripoli qəbiləsi ilə Benqazililərə zülm edirdi. Öz tayfasının köməyi ilə
hakimiyyətə gələn hannibal donqililər diktatora çevrilir. Özündən olmayanları
hakimiyyətdən uzaqlaşdırır. Soymağa başlayır. Yeri gələndə genosidə də əl atır.
Yazının konkret hədəfinə gələk. AXCP sədr
müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər
iki qurumdan istefa verib. Səbəbi guya Milli Şura onda narahatlıq yaradırmış :)
Bəzilərinin üzüntülü sifətini görüncə dedim, Allah yetirdiki. Bir aktivistkanın
sözü olmasın, elə sevindim, elə sevindim ki.
Şəxsən mənim üçün gözlənilən hal idi.
Simptomları hələ iyun ayında görünürdü. Milli Şura elan ediləndə. Müxalifətin
seçkini boykot etməsini kim istəyirdi? - Naxçıvan klanı. Paşayevlər, ermənistanlılar
yox, beynəlxalq güclər yox, məhz Naxçıvan klanı.
Bəs müxalifət seçkini boykot etməlidir deyənlər
kim idi? - Rəsul Quliyev, Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu və bu cəbhəçi Asəf
Quliyev. Təsadüfmü? Azərbaycan reallığından xəbəri olanlar üçün əsla.
Bunların qafasına görə Azərbaycanı idarə edə
biləcək kişi ancaq öz içlərindən çıxmalıdır. Başqa torpaqdan olsa, o proses
sabotaj edilməlidir. Bax bu xalq belə acı reallıqla üz-üzədir. Siyasi hakimiyyətə
yerlipərəst yanaşma hər zaman nifrət mənbəyim olub. Bu yolda həqiqəti olduğu
kimi yazmışam, yazacam. Kim inciyir incəsin.
Məsələn bu Asəf Quliyev mitinq dövrü gələndə
canfəşanlıqla özünü ortaya atdı. Milli Şuranın mitinq təşkilatçılığını boynuna
götürdü. Hələ də mənə sirr olaraq qalır. Hansı bacarığına görə? Müxalifətin 18
avqust mitinqi uğursuzluğa düçar olanda isə çıxıb dedi ki, "Milli Şura
insanlarla birbaşa ünsiyyət qura bilmədi". Bu sözü deyən partiya üzvünün
ağzından ilk olaraq partiya sədri vurmalı idi. Adama deyərlər bacarmadığın iş idisə, niyə gəlib
özünü soxurdun?
Kiçik torpaqdan Azərbaycana heç vaxt xeyir gəlməyib.
Hələ 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti elan olunanda Naxçıvan Araz-Türk
respublikası elan edib kənarda qaldı. Meydan hərəkatı dövründə çoxu saf əqidə
ilə gəlsə də, bir çoxu Elçibəyi tayfabaşı kimi görüb gəldi. Elçibəy bu təfəkkürü
Turana, İrana qovmağa çalışsa da, bacarmadı. Hakimiyyətin Heydər Əliyevə təhvil
verilməsi anı Tayfa zehniyyəti öz sözünü dedi.
Elçibəyin ölümündün sonra vəziyyətə baxaq.
Qüdrət Həsənquliyev, Fazil Mustafa. Bunlar AXCP-dən getmələrinə min cür səbəb gətirirlər.
Real səbəb tək idi. Onlar tayfabaşını itirmişdilər. Başqa regiondan olanın sədrliyi
altında işləmək bu zehniyyət üçün qəbul edilməz idi. Haqqına deyək ki, Elçibəyin
ölümündən sonra Fazil kənarda hələ 3 il prinsipial müxalifətçlik elədi. Nə fərqi
vardı AXCP-də, ya ondan kənarda? Deməli varmış.
Tayfa zehniyyəti elə mərəzdir ki, insanları
könüllü kölə olmağa razı salır. Götürək Naxçıvan MR. Vasif Talıbovun zülmündən
didərgin düşmüş adamlar İstanbul bazarlarından Qusar bağlarınacan qara fəhlə
kimi işləyirlər. O boyda regionda bircə üsyan olurmu? Ora gedən QHT nümayəndələri
deyirlər ki, elə bil Norveçin şəhərkənarı qəsəbəsinə getmişik. Tam sakitçilik.
Vasif Talıbovun etdiyi alçatmalar İsmayıllı, Quba, Şəki rayonlarının camaatına
edilsəydi, hakimiyyət 1 yox, 100 üsyan görmüşdü. Amma Tayfa zehniyyəti dözür. Hələ
üstəlik Bakıda qara fəhləçilik edənin yanında Xanı tənqid edəndə az qalır
adamın boğazından yapışsın.
Donqililər hər yerdədir. Onların regionu,
rayonu olmur. Onlarla hər gün qarşılaşırıq. Yanlarında Azərbaycanı söy, səslərini
çıxarmayacaqlar. Elə ki, yerliləri haqda kiçik tənqid de, üstünə cumacaqlar.
Belə baxırsan təhsilli, mədəni oğlandır. Hər mövzuda həmfikir olur. Yerliçilik
damarına basanda bəlli olur ki, həminki eşşəkdir.
Asəf Quliyev məsələsinə gəldikdə, burda AXCP
sədri Əli Kərimlinin də səhvi var. Asəf Quliyev haqda partiya üzvlərindən mütəmadi
xəbərdarlıq siqnalları gəlirdi. Altıncı barmaq vaxtında kəsilməlidir. "Nə
şiş yansın, nə kabab" yanaşmasının zərərini müxalifət illərdir çəkir.
Müxalifətlə birgə bu xalq. Adı çəkiləcək bir neçə şəxs də var. Biri Kəmalə Bənənyarlı.
Quldur Quskaya mədhiyyə deyirdi. Bu qadın lap sabah istefa versə, mənə
toxunmaz. Amma qeyri-adekvat davranışı ilə elə bir şey edə bilər ki, müxalifət onun
altından çıxa bilməz.
Milli Şura yarananda müxalif naxçıvanlı gənclərdən birinə sual
vermişdim ki, "Rəsul Quliyevin Milli Şurada nə işi var? Okeanın o tayından
hansı köməyi dəyə bilərki?" Cavab vermişdi ki, "Bəy haqlısan. Ancaq Rəsul
təmsil olunmasa heç bir naxçıvanlı bu təşkilata yaxın durmaz".
Həqiqət dillərdədir. Müharibəni udmaq istəyən
sərkərdə muzdlu əsgərlərlə qələbə çala bilməz. Onun ruhu və bədəni ilə sadiq
yetişdirilmiş əsgərləri olmalıdır. Kim bu hakimiyyətə qarşısıdırsa, yerliçiliyi,
tayfa zehniyyətini atıb gəlsin. Beyni təzək iyindən təmizlənməyənlər
demokratiyanı (xalq idarəçiliyini) anlamaz. Onlar üçün tək müqəddəs idarəçilik
vardır - Tayfa idarəçiliyi. Çayxanada, qonşuda belə adamların olması normaldır.
Siyasətdə təmsil olunması isə millətin faciəsi.
Son olaraq deyim ki, böyük sevinc içindəyəm.
Çox seçki görmüşəm. Amma bu prezident seçkisi kimi xalq müxalifətini görməmişəm.
Xarici oyunlardan kənar, donqililərdən təmizlənmiş, müxalifətin tək lider
ortaya qoyduğu yeganə seçkidir. İllərdən sonra.
Sabah 5 oktyabr professor Cəmil Həsənlinin görüş-mitinqinə
gəlin. İnşaatçılar metrosu. "Məhsul" stadionu. İnanaraq gəlin. Gözəl
günlər görmək ümidi ilə təmiz insanların olduğu yerə gəlin!
Комментариев нет:
Отправить комментарий