Rusiyada Yeqor Şerbakovun qətlinə görə həbs
edilmiş Orxan Zeynalovu artıq hamınız tanıyırsınız. Hadisəyə şərh verməyəcəm.
Kişinin başına iş gələr. Ancaq bizimkilərin ilkin reaksiyası
gözlərimi açdı. Anladım ki, bizdə nə millətçilik var, nə milli heysiyyat. Erməni
düşmənçiliyi söhbəti var. 20 ildir atıblar ağzımıza. Qır kimi çeynəyirik.
Tüllablar peyda olub ki, internetdə Roma
papasından daha katolik olmağa can atırlar. Ruslar qarşısında fərqli görünmək naminə
sosial ədalətsizliyin qurbanı olmuş bir gənci linç edirlər. Rusun öz əxlaqına rəva
görmədiyi təhqiri həmyerlisi adına geninə-boluna yazırlar. Guya Orxan Zeynalovun
əməlinə görə Rusiyada 2 milyon azərbaycanlı əziyyət çəkəcəkmiş. Belələrinin mənim
üçün tək adı var. Cındır.
Bu o cındırlardır ki, müxalifət camaatın vəziyyətinin
düzəlməsi üçün aksiya keçirəndə bəhanələri "camaatın balasını aparıb
qırğına verirlər" olur. Bu o cındırlardır ki, adicə JEK-lə şəxsi problemi
həll etməyə qorxub 50 yerə anonim zəng edirlər. Bəli, bu cındırların özünütəsdiqi
yıxılana balta vurmaqdan keçir.
Bəs ruslar həbs barədə nə düşünür? Orxan
Zeynalovun OMON tərəfindən tərəfindən döyülməsi və vertolyotla nazir qarşısına
gətirilmə videosu altından ironiya dolu şərhlər yazırlar. Üç-beş məktəblinin şərhini
çıxmaq şərtilə qəzəb hədəfi öz hökümətləri idi. Əksəriyyət həbsi "pokazuxa"
sayır. Lazımsız çömçə kimi ortaya düşən
azərilərə isə Mirzə Cəlil yüz il öncə yaxşı ad qoyub. "Meymunlar".
Bir qism də var ki, Orxan Zeynalovun hərəkətindən,
rus dilini pis bilməsindən utandığını deyir. Gözlərinin içinə kimi yalan deyirlər.
Yatan adamı baltalayandan qəhrəman düzəldən xalqın Orxan Zeynalovun hərəkətindən
utanması saxtakarlıqdır.
Orxanın rus dilini pis bilməsindən utananlar
nə veriblər ki, nə də tələb edirlər? Bəlkə yediyiniz qrantdan ona treninq
keçmisiz? Pulsuz dil kursu təşkil etmisiz? Bu adam Rusiyaya əliboş getməyib.
Manqurt yetişdirməyə hesablanmış Heydər Əliyev təhsilini aparıb. Yaşıdım olan
bu gənclə eyni savadsızlığı paylaşmamağımın səbəbi zamanında Əliyev təhsil
sistemindən uzaqlaşmağım olub.
Fəhləçilik üçün xaricə gedən işçi qüvvəsinin
getdiyi ölkədə gettolaşması adi haldır. 40 il öncə Almaniyaya gedən türklər var
ki, getdiyi yerdə ancaq türklərin ətrafında yaşayıb və almanca bilmir. Amma heç
bir türkdən bu utancı paylaşdığını eşitməmişəm. Əksinə Merkeldən öz dillərində
məktəb tələb edirlər. Hər gün Əliyev rejimi tərəfindən fahişə kimi zorlanan amma
səsi çıxmayan azərilərin Orxandan utanc duyması bir o qədər əcaibdir.
Deyək burda kimsənin vecinə deyil. Bəs
Rusiyada? Məsələ ondadır ki, Rusiayda Azərbaycan dövlətinin varlığı deyilən şey
yoxdur. 2 milyon adamın taleyini əvvəl bir alkaşa tapşırmışdılar. İndi də
manısa. Səfirlik, diaspora, qaqulik tələbə yığınının tək missiyası var. Leyla
Əliyevanın Moskvadakı qlamur imicini təmin etmək.
Nə Azərbaycan hökümətinin, nə onlara qulluq
edən cındır gədələrin, lap o milyarderlərin bazar fəhləsi azərbaycanlılardan mədəniyyət
tələb etmək haqqı yoxdur. Nə zaman öz hesablarına Ermitaja ekskursiya təşkil ediblər?
Yaxud qəzetə, kitaba abunə yazdırıblar?
Şəxsən mənim üçün bazar azərbaycanlıları iqtidarı
Avropada təmsil edən hakimiyyətyönlü gənclərdən görə qat-qat üstün insanlardır.
Bazarda bir tikə çörək qazanan Orxan kimilərin üstünə Qarabağ həqiqətlərini
çatdırmaq, ingiliscə yaltaqlanmaq, xarici demokratları susdurmaq kimi
missiyalar qoyulmayıb. Ya mədəni səviyyələri, çoxmu fərqlidir?
Yadınıza gələr. 6 ay öncə Roma şəhərində
hakimiyyəti dəsətəkləyən tələbələrin, ASAİF-in forumu keçirilirdi. Zalda konset
gedərkən bir dəstə vəhşi səhnəyə hücum edərək ordaca yallı getməyə başladı.
Avropa sivilizasiyasının beşiyi Romanı palatka toyu ilə səhv salan bu mağara
adamları Orxanlardan çox aşağıdır. Çünki Orxanlar bunlar kimi saxta, məddah yetişmir.
Haqsızlığa uğradısa bıçaq zərbəsi hesabına şərəflərini qoruyarlar.
Millətin faciəsi ondadır ki, onun idarəçiləri
dünənki alverçilər, qapanda kartof çəkənlərdir. Onlar Orxanların vəziyyətindən
utanc duymaz. İnsan olmağın tək meyyarını kimin pulunun çox olması ilə ölçərlər.
Orxan Zeynalovun timsalında deyə bilərəm ki,
proletariatın alnından axan tərdən başqa utanacağı heç nə yoxdur. O ürəyə
saplanan bıçaqlar daha inamla vurulmalıdır. Qanuna riayət edən rus vətəndaşlara
yox. Gözü qan görən, özündən başqa etnosları insan saymayan tör-töküntüyə. İstər
burda, istər orda yaşayanlar bilməlidir ki, Rusiyada əbədi səadət yoxdur,
Orxanların həyat uğrunda mübarizəsi var.


Комментариев нет:
Отправить комментарий