Bir
neçə gün öncə adı ictitimaiyyyətə elə də məlum olmayan DADP Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Xəbər mətbuatda,
müxalif funksionerlər arasında ajiotaj yaratdı. Mövzu ətrafında müzakirələr isə
hələ də gedir. Kimlər
sevindi, kimlər hirsləndi. Həqiqətdə isə hakimiyyət bu xəbərlə cəmiyyətin nəbzini
yoxladı. Belə götürəndə hakimiyyətyönlü DADP rəsmən İlham Əliyevin namizədliyini
elan etmiş YAP-a niyə kəllə atsınki?
İlk
baxışdan elə görüntü yaranır ki, hakimiyyət parçalanır. Hakimiyyət mafiyadır. Mafiya
rəhbərliyi ailədən birinin əlində olana qədər mafiya yaşayır. Parçalanma təhlükəsi
o zaman real ola bilərdi ki, namizəd ailədən kənar şəxs ola.
Müxalifətin
mövzu ətrafında müzakirələrinə gəldikdə: Ehtimalın müzakirəsi belə zərərdən
başqa heç nə gətirməz. Xəbərin yayıldığı gün elə təəsürat yarandı ki, müxalifət
Milli Şuranı unudub Mehriban Əliyevanın
namizədliyi irəli sürəcək. Hakimiyyət daxilində neçə namizəd olur-olsun
yaradacağı parçalanma effekti sizin iştirakınız olmadan baş tutacaq. Mafiya bir
ailədən digərinə keçsə belə hakimiyyət mafiya rejimində davam edəcək. Kənardan
baxıb ağıllı politoloji şərhlər verənlərə isə tamaşa etmək qalacaq. Seçkiyə 3
ay qalmış buraxın bu söhbətin başını.
Mehriban
Əliyevanın namizəd olmasına sevinənlərə: Bugünün optimizmi sabahın faciəsinə
çevrilə bilər. Azərbaycanda qadının prezident olma ehtimalını qorxulu yuxuda belə
görmək istəmərəm. İsa peyğəmbər zamanından günümüzədək dövlət başçısı olmuş
qadınları araşdırın. Hansı ölkədəki tiranlıq qaydaları hökm sürüb orda kişilərin
edə bilmədiyi qəddarlığı qadınlar edib.
Ağlınız
Merkelə getməsin. Nudist fotolarını mətbuatda çap edib adını söz azadlığı
qoysunlar. Qadın təbiəti etibarilə tənqid, alçaltma həzm etməyən varlıqdır. Hələ-hələ
əlində hakimiyyət, cəza aparatı olan biridirsə, sağlam gövdədə baş qoymaz.
İkisi arasında məcburi seçim qoyulsaydı, mənim seçimim İlham Əliyev olardı.
Sadəlöhv
optimizm təhlükəsi: Yadınıza gəlirsə 2003 seçkilərindən öncə İlham Əliyevə
qarşı qəribə ümid yaranmışdı. "Gəncdir, müasirdir, neçə xarici dil bilir.
O, gəlsə hər şeyi dəyişəcək" Bu sadəlöhvlər arasında indi qatı müxalifət
imici ilə tanınan xeyli gənc də vardı. Hələ o vaxt neçəsini bu xam xəyaldan daşındırmağa
çalışdım. Məni dinləməsələr də, zaman ağızlarının payını verdi.
İlan
yuvasından dovşan çıxa bilməz. 2003-də edilən səhv demokratiya üçün 10 il
zindan gətirdi. Azərbaycan xalqı avam və optimist xalqdır. Cəlladı da bağrına
basa bilər. Amma bizim ikinci belə səhvə getmək haqqımız yoxdur. Diktatura binası
İlham Əliyevlə inşa edilib, İlham Əliyevlə də uçurulmalıdır. Əliyevlər ailəsi
axmaqlara ümid yeri qoymamalıdır. Hakimiyyət namizədi kim olmalıdır? desəz, tərəddütsüz
- İlham Əliyev.
Kiminsə
xalqı daha çox sevəcəyinə ümid bəsləyənlərə sözüm budur. Əliyevlər ailəsini
xalqına qarşı ancaq iki hiss birləşdirir. Hökmranlıq və aşağılara nifrət hissi.
Xalqını diktator sevgisi ilə sevən Lukaşenko, Bəşər Əsəd kimi sevər. Sonunacan.
Bir hakimiyyət ki, ölkənin bütün sərvətini xarici bank hesablarında tuta, orda
diktator sevgisindən belə söhbət gedə bilməz. İlanı qoynunda əzizləyən şübhəsiz
bir gün zəhərini də dadacaqdır.

Комментариев нет:
Отправить комментарий