İlham
Əliyevin YAP-ın V Qurultayında çıxışını oxudum. Fərqli bir şey görməyəcəyimdən oxumayıb
ötürəcəkdim. Ancaq "Molotov kokteyli" başlığının üstündən keçə bilmədim.
Mən o çıxışda hər şey gördüm. İlham Əliyevin özündən başqa.
Heydər Əliyevi gördüm, 70-ci illər nağılını, müxalifətə nifrəti gördüm. Amma gələcək prezident kimi möhkəm ayaqlar üstündə duran adam görmədim. Əvəzində əsəb gərginliyindən psixikası pozulmuş bir kimsə gördüm.
Yumurta müşavirəsi, yağlı yeməklər, turnik dartınması camaatın gözündə şən və zarafatcıl prezident obrazı yaratmışdısa, bu çıxış hər şeyin üstündən qırmızı lent çəkdi.
Heydər Əliyevi gördüm, 70-ci illər nağılını, müxalifətə nifrəti gördüm. Amma gələcək prezident kimi möhkəm ayaqlar üstündə duran adam görmədim. Əvəzində əsəb gərginliyindən psixikası pozulmuş bir kimsə gördüm.
Yumurta müşavirəsi, yağlı yeməklər, turnik dartınması camaatın gözündə şən və zarafatcıl prezident obrazı yaratmışdısa, bu çıxış hər şeyin üstündən qırmızı lent çəkdi.
Doğrudan
da İlham Əliyevin çıxışında hər şey Heydər Əliyev idi. Keçmiş də, gələcək də, partiya
qurucusu da o idi. Heydər Əliyev kölgəsi olmadan mövcudiyyatının heç nə ifadə etmədiyini
dəfələrələ mətbuata bildirib. Amma 10 il prezidentlikdən sonra bu hiss hələ də ağır
basırsa, işler fena.
Seçki
vədləri kasad və təkrar. Sanki prezidentlik əbədi taxt-tac kimi qalacaq. Taxta
təkrar oturmaq üçün artıq əhalini vədlərlə aldatmaq da lazım deyil. Erdoğanı
yarım saat dinləyəndə adamın gözündə fantastik Türkiyə mənzərəsi canlanır.
Əliyevin vədi isə həmişəki kimi 1 milyon iş yeri, 6% yoxsulluq, uzaqbaşı
Olimpiya stadionu.
Yalanın
təzəsi şirin olur, cənab prezident. Bas, bağla. Nizami Süleymanov stili vədlər
ver. Camaatımız avam və optimist camaatdır. Beş vəddən üçünə inanacaq.
Qarşısında Nizami Süleymanov dayansa da, gözünə Erdoğan görünəcək.
Əliyev
müxalifət haqqında yenə anti-milli xəyanətkarlar ifadəsi işlədib. Hətta YAP
yarananda bu partiyanın anti-milli xəyanətkar hökümətə qarşı müxalifətdə
olduğunu bildirib. AXC-Musavat höküməti hər cür islahatı ilə fəxr etsə də, milli
və anti-milli xəyanətlər mövzusunda daim Heydər Əliyev tələbəsi olaraq qalacaq.
Növbəti
cümləsi “Naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir”
olub. Cənab Əliyev, bəlkə ad çəkəsiz. O liderlər də bilsin ki, hansı getməlidir,
hansı qalmalı. Siz ki, adi obıvatel deyilsiz. Ad çəkərək tənqid etməkdən
qorxasız.
Əliyev
müxalifətin mövcudluğunu inkar etmir. Amma bütün siyasi qüvvələrin dövlətçiliyə
sadiq olmasını tələb edir. İqtidar üçün dövlətçiliyə sədaqət isə YAP-a sədaqətdir.
Türkiyədə Erdoğan çıxıb desə ki, "CHP, MHP AKP siyasətinə sadiq olmalıdır",
ona ilk öncə öz partiyadaşları gülərlər. Deyək ki, mən səhvəm. Yapçılar dövlətçilik
deyəndə YAP-ı deyil, dövləti nəzərdə tutur. O zaman milli hökümət nəyi etməməlidir
sualını 3 bənddə cavablandırım.
1.Ermənistana
qaz çəkilməsini təklif etməz.
2.Dağlıq
Qarabağa 10-15 ilə müstəqillik qazandıracaq xəyanətkar "Madrid prinsipləri"ni
qəbul etməz.
3.Azərbaycanı
(aerodrom) İsrailə peşkəş etməz.
Gələk
çıxışın ən maraqlı hissəsinə: Onların siyasi mübarizə üsulu söz deyil, fikir
deyil, “Molotov kokteyli”dir. Söz mübarizəsi üstündə həbs yatan Tofiq Yaqublu
kimi jurnalistləri bir kənara qoyuram. Molotov söhbətinin bu qədər ciddiyə alınacağını
mən də təhmin etməzdim. Elə bildik əməliyyat-şoudur. Düzəldib uşaqların boynuna
qoyublar. Camaat da AzTV-də baxıb güləcək, keçəcək. Amma bunlar artıq öz
yalanlarına özləri inanırlar.
Naftalin
iyi verən propaqanda haqda bir neçə cümlə. Müxalifət adına bu ifadəni 1998-dən
bu yana eşidirəm. Təzə müxalifət istəyirlər, köhnə leksikonu dəyişməyiblər.
Naftalin özü xeyirli şeydir. Naftalin iyi verən əşyaya həşarat yaxın düşə bilməz.
Yeyib bitirə bilməz. Bəlkə elə bu səbəbdəndir ki, 2008-də məhv olmalı müxalifət
bu gün durur, qorxudur.
Комментариев нет:
Отправить комментарий