1
iyundan bu yana Gezi parkı hadisələrini izləyərək anlamağa çalışıram. Türk gəncləri nə istəyir? Gəldiyim yekun qənaət o
oldu ki, bunlar nə istədiklərini belə bilmirlər. İstanbulda olma imkanım
olmadığından hadisələri internetdən, insanların düşüncəsini facebook səhifələrindən
izlədim. Tayyip Türkiyəni iki yerə böldü deyirlər. Fikir fərqi olaraq türk gənci
iki yox, ən azı on yerə bölünmüşdür.
Ağac deyərək etiraza qalxdılar. Sonra ağac bəhanə deyib, "Tayyipe istifa!" qışqırdılar. Yürüş etdilər. Elə ki, Taksim meydanına daxil oldular, içki içərək bayram etdilər. Hökümət düşürmək ağıllarından çıxdı. Məlum oldu ki, bu gənclikdən inqilabçı çıxmaz. Gezi Parkına çəkilərək hippi həyatına davam etdilər.
Ağac deyərək etiraza qalxdılar. Sonra ağac bəhanə deyib, "Tayyipe istifa!" qışqırdılar. Yürüş etdilər. Elə ki, Taksim meydanına daxil oldular, içki içərək bayram etdilər. Hökümət düşürmək ağıllarından çıxdı. Məlum oldu ki, bu gənclikdən inqilabçı çıxmaz. Gezi Parkına çəkilərək hippi həyatına davam etdilər.
Hökümət
düşürmək istəyən adam polisi evinəcən qovar. Dövlət binalarını bir-bir oda
verib, güc mərkəzlərini panikaya soxar. Misir inqilabında polisi meydandan təmizləyən
"çapulcular" polis evlərini soymağa başladı. Polis öz evini qorumağa
çəkilincə Mübarək tək qaldı. Bəs Türkiyədə nə edirlər?
Solçu
quruplar polislə dirənərkən millətçi gənclər meydana girib "Polise kalakan
eller kırılsın" deyə sloqan atır. Soruşsan nə üçün burdasan? hər iki tərəf
deyəcək ki, hökümətə qarşıyam. Müxalifliklə polis sevgisi bir arada ola bilməz.
İnsanlar arasında polisin hörməti itdən aşağı olmadısa, o ölkədə inqilab ola
bilməz. Erdoğan "Benim polisim" deyirsə, Türkiyədə artıq vətəndaşın
polisi yoxdur. Hökümətin mühafizəçiləri var. Gəl bunu türk insanına anlat. Hələ
də qəflət yuxusundadır.
Polis
və hökümət tərəfdarlarının etirazçılar əleyhində paylaşdığı bir video var. Məktəb
yaşında gənclər polis barrikadasının üstünə molotov kokteyli atır. Qalxanları təpikləyir.
Bu an etrazçılar içindən çıxan bir kişi özünü polisin qabağına verir. Türkiyə
bayrağını asır. Bir qism polislə savaşarkən, digər kəslər polisi müdafiə edir.
Amma hamısı etirazçıdır. Bu səhnələr bəlkə də türk milli pornoqrafiyasının şah əsəridir.
Bu şəkildə bölünmüş insanlarla polisə, hökümətə qalib gəlmək olarmı?
AKP
ilə MHP-nin siyasətinə baxarsaq başörtüsü, islam, generalların həbsi mövzusunda
hər ikisi eyni fikirdə. Bircə kürd məsələsində düşmən olarlar. Öcalanın MHP
höküməti dönəmində canını kəndirdən qurtardığını nəzərə alsaq, onda da eynilər.
Bəs niyə Erdoğana qarşıdır bu ülkücülər? Dediklərinə görə Turan istəyirlər.
Bunlar öncə Rusiya marioneti olan digər
türk dövlət başçılarını dəstəkləməkdən imtina etsinlər. Sonra Turan istəsinlər.
Dikatura
yolu tutan hökümətlər ya seçki ilə gedər, ya darbe ilə. Menderes darbe (hərbi
çevriliş) ilə getdi. Səhifələrin birində "Erdoğanın yerine Kenan Evrenmi gelsin?"
sualına "eləsini də istəmirik. Allah vursun onu" deyə cavab verirlər.
Bəs kimi istəyirsiniz? Atatürk deyirlər.
Allah
bir daha heç zaman Türkiyənin başına Atatürk kimi adam gətirməsin. Çünki
Atatürklər İstiqlal savaşlarında ortaya çıxarlar. Türkiyə bir daha İstiqlal
savaşında döyüşməyə məcbur qalarsa, bunun günahı türk insanında olacaq.
Türkiyə
əsla bir Avropa dövləti, layik (dünyəvi) ola bilməyəcək. Milyonlarla pərəstişkarı
olan "Muhteşem yüzyıl" serialını izləyən xalq gələcəyini Cumhuriyyətdə
deyil, xilafətdə görəcək. Atatürk zorla bunları dünyəvi etdi. Çoxpartiyalı
sistem yaratmaq istədi. Partiya yaradan "Təkbir!" sədaları atan qara
kütlə ilə dövlətin üstünə gəldi. Partiyanı qapatdı. Adını diktator qoydular.
Türk
insanına nə zaman azadlıq verildisə, Avropaya yox, şəriətə cumdu. Hər 10 ildən
bir darbe vurmaqla onlardan adam edirdilər. Amma 1997-dən sonra təkrarlanmayınca
yenə özlərinə qayıtdılar. "Bu Cumhuriyyet tekbir sedaları ile
kuruldu" deyən müxalif gənclikdən Erdoğana rəqib ola bilməz. Çünki təkbir
səsi yüksəldikcə, Atatürkü nutku susacaq.
Türkiyə
islamlaşırmı? İslamlaşmır. Sifətsizləşir. Nə istədiyini bilməyən, bəlli siyasi
hədəfi olmayan başıpozuq insanlar ölkəsinə çevrilir. 20 il əvvəl türk siyasəti
daha bəlli idi. Azerbaijan-Azərbaycan səhifəsində çox gözəl bir status
paylaşılmışdı. "Cüppeli iblisler, kravatlı imamlar ülkesi Türkiye".
Ancaq
reaksiyalar necə oldu? Beyinsiz azərbaycanlı, türkiyəli gənclər "Bu nə
söz. Qardaşlığımızı pozursuz" deyə etiraz etdilər. Bu sözün ertəsi günü
Valide Sultan camisinin imamı Erdoğanın yalan danışdığını dedi. Çapulcu yox, bir
imam! Bu da qapaq olsun. İndi Türkiyə özü qərar versin. İblis kim, imam kim?
İslamlaşırmı, sifət dəyişdirirmi?
Gezi
parkında oturan gəncliyə gəlincə. Bunlar Türkiyə siyasətinə heç bir aidiyyatı
olmayan gənclikdir. Zatən nə olduqlarını göstərdilər. Höküməti istefaya göndərmək
əvəzinə parkda hippi həyatı yaşamağa başladılar. Sanki Gezi parkından başqa
Türkiyə yoxdur. Bir neçə il öncə "Abbas Güçlü ile genc bakış"
proqramına çıxan bu gənclər kəkələyərək danışırdılar. Sualı kağızdan oxuyaraq
verirdilər. Dedikləri də telekanalların dili. Çünki bütün günü başları "msn"dən
ayrılmırdı. Nə yaxşı ki, Skype çıxdı. Nitqləri düzəldi. Allah eşqinə bunlardan
siyasətçi, natiq çıxarmı? Erdoğana, Kılıçdaroğluna rəqib olarmı?
İnternet
səhifələrdə caps paylaşan, söyüşlü statuslar yazan, düzgün danışa bilməyən gənclik
birdən-birə meydana düşdü. Polis geri çəkilincə özünü hər şeyə qadir saydı.
Halbuki heç nə dəyişmək gücündə deyil. Generalların, jurnalistlərin azad
olmasını belə siyasi tələb kimi qoymadı. Polisə gül verməklə, yerdə uzanıb
kitab oxumaqla qarğaları güldürmək olar. Siyasi mübarizə aparmaq olmaz.
Müxalif
düşüncəli birisi olaraq hər zaman hökümətlərə qarşı olmuşam. Amma Erdoğan Gezi
parkında toplaşanları darmadağın etməlidir. Yoxsa bu gəncliklə Türkiyə siyasətinin
gələcəyi yoxdur. Unutmayın! Seçkini baykot etməklə evdə oturan, Erdoğanın baş
nazir seçilməsinə imkan yaradan da bu apolitik gənclik idi.
Türkiyədəki
partiyalara gəlincə. CHP Türkiyəni əhatə edəcək gücdə deyil. Partiyanın gənclik
siyasəti də zəif olduğundan bir şey edə bilmədi. MHP qorxaqlıq göstərərək özünü
meydanlardan kənar tutdu. Türkiyə siyasətində bu dəqiqə hörmət ediləcək bir
siyasi güc varsa, o da BDP-dir. Bəlkə Diyarbəkirdə türk insanının gözündə
terroristdirlər, ancaq İstanbulda meydanda demokratiya mücahidləridir. Gezi
üçün ilk qurban verən də BDP millət vəkili Sırrı Süreyya Önder (əslən azərbaycan türküdür)
oldu.
Qarşımızda
nə istədiyini, nəyə qarşı olduğunu bilməyən Türkiyə var. Guya hər kəs Erdoğana
qarşıdır. Amma siyasi hədəfləri olmadığından nəticədə hamısı Erdoğana dəstəkdir.
Türk gəncinin önündə bir yol var. Gezi parkındakı, Taksimdəki hippi gənclik ya
ciddi siyasətə girəcək, ya da qaz bombasının dumanı altında yox olub gedəcək!







Комментариев нет:
Отправить комментарий