Amerikanların bir məsəli var:
"Hakimiyyət insanı bədbəxt edir". Doğru fikirdir. Ancaq 2 iyun Polis günü ilə bağlı İlham Əliyevin
çıxışını dinləyənədək özüm də gözləməzdim ki, bu dərəcə bədbəxt edir. Elə həmin
gün Rüstəm İbrahimbəyovun verdiyi müsahibədə "İndiki prezidentə oxşasam, həyatım
məhv olar" fikri yerinə düşür. Nə deyib Əliyev?
Deyib
ki, 2005-ci il 26 noyabrda uşaq-qadın demədən dağıdılan dinc mitinq mənim göstərişim
idi. Edilən vəhşiliyin sifarişçisi də özüm. Cümlələr bu cür olmasa da, o hadisənin
fotoları bugünədək durur. İnsanlıqdan çıxmışları cəzalandır - deyiblər ona. O,
isə çırtma belə vurmayacağını deyib. 2005 seçki ili idi. Bu il də seçkidir.
Əliyev yenə də "Bəyan edirəm ki, polis heç vaxt cəzalandırılmayacaq"
deyib. Yəni nə quldurluq eləsə, ona rəvadır. İstəyirsən Hacı Məmmədov ol, bircə
özümə dəymə.
Əslində
Əliyevin tez-tez belə çıxışlar etməsi faydalıdır. 163 dollar, yağlı yemək
videoları bu adama nə dərəcə məzəli prezident obrazı qazandırırdısa, daxilindəki
insan nifrətini bir o qədər gizlədirdi. Azərbaycanlılar reallıq hissini
unudurdular. Bədbəxtliklərində kimin əlinin olduğunu görmək istəmirdilər.
Hədə-qorxu
gəlməklə İlham Əliyevin müxalifətə edə biləcəyi bir şey yoxdur. 10 ildə nə qədər
adamı həbsə atdırıb. Hər cür zorakı, iyrənc şantaj metodları işlədilib. Müxalifət
yenə yerindədir. Yenə mübarizədədir. Əks halda Əliyevin əsəbləri bu qədər
pozulmazdı. Yerli-yersiz hər çıxışında müxalifətə nifrət qusmazdı.
Şəxsiyyəti
isə sürətlə deqradasiya edir. Atası Heydər Əliyevdən ona kreslodan başqa heç nə
qalmayıb. Nə natiqlik, nə şanlı keçmiş, nə xarizma. Jurnalistlə, sadə camaatla
sərbəst danışmaq hövsələsi belə yoxdur. Rəqabət gücləndikcə əksikliklər əzir. Gizlənə
biləcəyi tək arxa polis, qorxuda biləcəyi tək qüvvə zəncirli köpəkləridir. Yox,
onlar metroda, PPX-də xidmət edən sadə polislər deyil. Kimlərdir onlar? Mülki
qoçular, işverənlər, üzəduranlar, sadistlik arzusu ilə yaşayan uniformalı
manyaklar.
Polisi
nə qədər alçaltsaz da, bir fakt faktlığında qalır. Mal yiyəsinə oxşayan kimi
ölkənin polisi də dövlət başçısının xasiyyətini alır. Ortada Saarkaşvili polisi
nümunəsi, bir də İlham Əliyev polisi var. Söhbət üstünə bu yaxınlarda Qaraşəhərdə
evləri sökülən vətəndaşlar və polis arasında maraqlı dialoq yaşanmışdı:
Sakinlər: Allah
prezidentimizə can sağlığı versin. Polisləri öldürsün. O yazığın xəbəri olmadan evimizi sökürlər.
Polis: Həyeee, həəə... Özümə villa tikmək üçün sökürəm də... (gülür)
Polis: Həyeee, həəə... Özümə villa tikmək üçün sökürəm də... (gülür)
İlham
Əliyevə çoxlu belə çıxışlar arzulayıram. "Prezident yaxşıdır, ətrafı
pis", "Prezidentin qanunsuzluqdan xəbəri yoxdur" deyən
axmaqların ağzından öz əli vursun. Başa salsın ki, sizi bədbəxt günə salan elə
mən özüməm, ay yazıqlar! Polis artıq bunu başa düşüb.
Bir
şeydə narahatam. Əliyevin sonunun Mübarəkdən daha faciəli bitəcəyinə. 2 milyon
polisi Mübarəki Təhrirdə tək qoyub yoxa çıxdı. Mübarəkin şərəfini qurtaran ordu
oldu. Şərəfli hərbçi keçmişinə görə. Əliyevə arxa duracaq ordu belə yoxdur. İndi
baxaq İlham Əliyev kimləri cəzalandırmayacaq.
Onlar cəzasız qalacaq
Bunu edənlər də...
Sizə daha iyrənc fotolar göstərmək istəmirəm. Hər kadr onun cəzasızlıq diktəsini daha da gücləndirir. Çıxışında
başqa maraqlı cümlələr də işlədib.
“Satqın,
antimilli ünsürlər” özlərinə “böyük qardaş” axtarışındadır".
"Öz şəxsi maraqları naminə kim olsa əlini öpməyə, qarşısında diz çökməyə hazırdırlar"
"Lakin
xalq müdrikdir, hər şeyi görür. Kimin müstəqilliyin qarantı, kimin satqın
olduğu hamıya aydındır". İlk dəfə eyni fikirdəyik, cənab prezident. Bəli!
Xalq görür.




Комментариев нет:
Отправить комментарий