Bloq
açan, ilk yazısını yazmaq istəyən hər kəs özünə bu sualı verir. Alver kimi bu
sahə də bəzən tutur, bəzən tutmur. Xüsusi ədəbi istedada malik deyilsizsə,
aşağıdakı məsləhətlərdən istifadə edin:
1. İlk
yazılarınızı qısa yazın. Maksimum 1500 işarə. Qısa yazı qamburqer kimidir. Tez
və rahat yeyilir. Dadlı olmasını istəyirsizsə, məzmuna hislər yox, yumor qatın.
2. Qısa
cümlələrlə yazın. Ürəyinizdən keçən deyil, oxucunun anlayacağı şəkildə yazın.
Ən azı mübtəda və xəbərin yerini düz qoyun.
3. Yazını
saytın redaktə səhifəsinə atamamışdan öncə Worddə yazın. Şriftləri aydın görmək,
daha yaxşı redaktə imkanınız olacaq.
4. Worddə
yazdıqdan sonra mütləq artıq ifadələri, iki dəfə işlənmiş eyni mənalı sözləri
çıxarın. Səhvləri düzəldin. Yazını məzmuna görə abzaslara ayırın.
5. Öz
yazı üslubunuzu yaratmaq istəyirsinizsə, emosiyalarınıza deyil, gözünüzə güc
verin. Ruhunuza daha yaxın olan köşə yazarlarının yazılarını davamlı oxuyun. Mən
üslubumu formalaşdıranadək "Azadlıq"ın köşə yazarı Natiq Güləhmədoğlu
və Elnur Astanbəylinin yazılarını oxumuşam.
6. Tənqidi
mövzuda yazacaqsınızsa, özünüzü təmizə çıxarmağı, etiraflar etməyi unudun. Bu
sizi zəif göstərir. Yazı isə süni çıxır.
7.
"Mən nə ondanam, nə bundan" tipli cümlələri ümumiyyətlə işlətməyin.
8.
Ancaq fotodan ibarət bloq açacaqsınızsa, ondansa açmayın. Baxıb üstündən keçəcəklər.
Fotolarla zəngin bloqlar o zaman oxunur ki, hər foto altında informativ izahat
olur.
9. Məktəb
dərsliklərindəki "Giriş" hissəsini bloqdan uzaq tutun. Birbaşa
mövzuya girin.
10.
Siyasi mövzuda qısa yazılar yazacaqsınızsa, "Eşq olsun bəy!" ruhunda yazın.
Onlar fərəhlə oxunur, sunami kimi paylaşılır. Təzə başlayanlar üçün məsələhətlidir.
Zirvəni fəth etmək hədəfiniz varsa, çalışın başqa mövzulara keçin.
11. Təhlil
yazırsınızsa, oxucu ilə söhbət edər kimi
yazın. AZTV, ANS formallığından uzaq
durun. Oxucuya suallar verin. Ardınca cavabı izah edin. Hansısa xəbərin geniş
izahata ehtiyacı varsa, söz xərcləməyin. Link qoyun.
12.
Yazı uzun alınıbsa...
a.
Oxucunu yormamaq üçün bloq redaktə səhifəsində abzaslar arasında məsafə qoyun.
b.
Şriftlər rahat oxunacaq şəkildə olsun. Nə çox kiçik, nə çox böyük.
c.
Abzasların arasına mövzunu təsvir edəcək fotolar yerləşdirin. Hamısı eyni ölçüdə,
eyni istiqamətdə olmasa da olar. Biri kiçik, digəri geniş. Yaxud biri sağda,
digəri solda.
d.
Abzasları 4-5 sətrdən uzun yazmayın.
13.
Kiməsə lağ edəcək tərzdə yazmayın. Sarkazm ustası deyilsinizsə əgər. Mədh də etməyin.
14.
Kimisə tənqid edirsinizsə, yazını şəxsiləşdirməyin. Keçmişdə aranızda baş
vermiş incikliyi ora salmayın. Şikayət etməyin. Peşmançılıq da bildirməyin. Sizin
başqa birisilə olan probleminiz heç kəsə maraqlı deyil. Yazdığınız halda belə
kimdənsə paylaşmasını xahiş etməyin. İnsanlar ruhi qida almaq üçün oxuyur. Şikayət
dinləmək üçün yox.
15.
İnformativ post yazırsınızsa, heç olmasa vikipediyaya baxın. Googleda axtarış
verin. Mövzu ilə bağlı bir neçə məqalə oxuyun. Sübut kimi bloq redaktəsi səhifəsində
link yerləşdirin.
16. Ədəbi tənqiddirsə, mütləq kitabı iki dəfə oxuyun. İlk mütaliəniz təəsürat
olacaq. İkinci oxunuş təhlil. Bloknot və qələm yanınızda olsun.
17. Təzə
yazmağa başlayanların unutduğu vacib detal: Bloq yazısına mütləq foto yerləşdirin!
Həm oxuyanda, həm paylaşanda abırlı görünsün deyə.
18.
Bloq yazısının başlığı 2-3 sözdən uzun olmasın. Şablondan qaçın. Varsa original
söz birləşmələri işlədin.

Комментариев нет:
Отправить комментарий