Rüstəm
İbrahimbəyov deyəndə ağla ilk növbədə ağla Milli Şuranın vahid namizədi gəlir.
Bu insanın həyatı boyu yığdığı mədəni kapitalı hesablasaq siyasi karyerasını dəfələrlə
üstələməyə yetər. Azərbaycanlılar ali incəsənətdən qanmayan, toyxana
repertuarını sevən xalq olduğundan bu insanı elə də yaxşı tanımırlar.
Tanıdıqlarını sanırlar. Gəlin yaxşı tanıyaq.
Rüstəm
İbrahimbəyovu ilk və hələki son Oskar kinomükafatı almış azərbaycanlıdır. Əksər
azəriləri məlumatı da ancaq bundan ibarətdir. 1994-cü ildə "Ən yaxşı xarici
film" nominasiyasında "Oskar" almış "Günəşdən
usanmışlar" (Утомлённые солнцем) filminin senaristi də odur. "Oskar"ı
onunla bir yerdə rejisssor Nikita Mixalkov bölüşsə də, diqqətlə araşdıranda Rüstəmsiz
Mixalkovun çox cılız olduğu anlaşılır.
Onların
ilk həmrəy işi 1970-ci ildə çəkilmiş qısametrajlı "Müharibənin sonunda
sakit gün" filmidir. Mixalkovun diplom işi sayılan filmin senarisi Rüstəmə
məxsusdur. Diplom işinəcən İbrahimbəyov əfsanə sayılacaq iki filmin senarisini
artıq yazmışdı. "Bir cənub şəhərində" və
"Səhranın bəyaz günəşi" ekran əsərləri SSRİ şöhrəti qazanmışdı.
Rejissor
və senaristin birgə işləri sonra da davam edir. 1991-də çəkilən "Urqa - məhəbbət ərazisi" filmi Venesiya kinofstivalının "Qızıl şir"ini alır.
"Qızıl qlobus" və "Oskar" nominasiyasına irəli sürülür. İki
ortağın növbəti triumfu isə "Günəşdən usanmışlar" (1994) olur. Ortaq
iş nəhayətki "Oskar" alır. Stalin represiyalarından bəhs edən bu film
sovet nostalgiyasının bütün baryerlərini alt-üst edir.
Ortaq
işin növbəti şedevri "Sibir bərbəri" (1998) olur. Şəxsən bu iki sənətkarın
birgə çəkdiyi ən gözəl filmdir. Filmdə Mosartı tanımayan kütbeyin amerikan serjantı
obrazı olduğundan ABŞ filmin Latın Amerikasındakı müəllif hüquqlarını belə
satın alır və xarici prokatı məhdudlaşdırır.
Çox
azərbaycanlı düşünür ki, Mixalkov olmasaydı, Rüstəm "Oskar"ı görməzdi.
Amma tale İbrahimbəyovsuz Mixalkovun nə qədər cılız olduğunu göstərdi. "Günəşdən
usanmışlar" filminin davamı kimi çəkilən "Günəşdən usanmışlar: Qarşıdurma"
(Утомлённые солнцем 2: Предстояние) (2010) filmi Rusiya kinomatoqrafiyasının ən
böyük iflası olur. 40 mln dollar büdcəyə malik film prokatdan cəmi 7,46 milyon yığa bilir. Filmə müharibə haqda faktların saxtalaşdırılmasından tutmuş,
veteranların alçaladılmasına qədər ittihamlar ünvanlanır.
Filmdə
İbrahimbəyov dramatizminin yerini Mixalkovun təlxək ruhu tutmuşdu. Antisovetçik
Mixalkov sovet əsgərini cani və təlxək göstərərək Putinə və öz karyerasına ən
böyük zərbəni vurur. Üçüncü "Günəşdən usanmışlar: Qəsr" (Утомлённыесолнцем 2: Цитадель) (2011) filmi kinotənqidçilər tərəfindən daha böyük təhqirlərə
məruz qalır və iflasın son pərdəsi olur.
Mixalkovun
hansı işindəki İbrahimbəyov qələmi var, o film dünya şöhrətinə məhkumdur. Hardakı
Mixalkov öz xarakterini diktə edir ən faciəvi süjetlər belə komediyaya
çevrilir. Mixalkov budur. "Mən Moskvada gəzirəm" filmindəki mahnı
oxuyan şən oğlan.
Bu
iki insan hər zamanmı bir yerdə olublar. Xeyr. Bir-birinə əks getdikləri də
olub. Məsələn 2009-cu ilin "Nika" kinofestivalının təqdimatında Rüstəm
İbrahimbəyov Mixalkovun "Qızıl qartal" festivalına əks olan jüridə təmsil
olunurdu. O zaman Rusiya kinomatoqrafçıları ilə Mixalkov arasında əsl müharibə
gedirdi.
Rejissorun
dövlət, beynəlxalq mükafatlı filmlərinin hamısını yazmıram. Siyahı çox uzundur.
Amma Milli Şuradakıların bir azca ağlı olsa, Eynullanın, Xədicənin quyruğunu
buraxıb bu məsələlərə diqqət ayırarlar. Seçki piarı üçün xəzinə əllərinin altındadır.
Mixalkova ünvanlanan videotənqidlərdən bəziləri:

Комментариев нет:
Отправить комментарий