Yox,
bu dəfə jurnalist Xədicə İsmayılı tənqid etməkdən uzağam. Avqustun 2-i Nizami
metrosu yaxınlığında jurnalistlərin "Xədicəyə dəstək" aksiyası oldu.
Hər cür idiotik aksiya ağlımdan keçirə bilərdim, amma "Xədicəyə dəstək"
yürüş aksiyasını yox.
Həbsdə
olan jurnalist üçün keçirilən aksiyanı başa düşə bilərəm. Məqsəd jurnalistin
azadlığa çıxmasıdır. Ya bu... Dəstək nəyədir? Xədicənin etdiyi hərəkətəmi, ya Xədicə
olmaq istəyimi?
"Femen"
qızları kimi iki nəfər çıxıb hərəkət etsəydi, deyərdim hə, budur aksiya! Kiminsə
real dəstək göstərmək istəyi varsa, çəksin videosunu, qorxmadan paylaşsın.
Tabuları qıraraq rejimə meydan oxusun. Hər zaman rejim çəkib göstərəsi deyilki.
Aksiyanın
şüarlarından biri: "Mənim evim, mənim yatağım korrupsiya deyil".
Balam, sizin yatağınız Emin Millinin evidirsə, İlham Əliyevin yatağı da
Çovdardır, Dubay villalarıdır. Sizlər ordan korrupsiya çıxardanda, günün biri o,
da kino çıxarmalıydı.
Kadrlara
dəfələrlə baxdım. Aksiyada Xədicənin işçilərindən (kimisi üçün dostları) heç kəsi
görə bilmədim. Ancaq bir nəfərin hay-həşiri eşidilirdi. "Mən aksiyaçı
deyiləm, mən avtobusa minməyəcəm". Sifətin görə bilməsəm də, bir yerdə
ağzından qaçırdı ki, Azadlıq radiosunun işçisidir. Digər aksiyaçılar Sabirabad
qarpızı deyil ki, avtobuslara dolduralar. Aksiya sənin şefin üçün keçirilir,
min avtobusa, dəstək ol!
Xədicənin
işçilərinin orda olmamasını aksiya iştirakçısı bir xanım belə izah etdi ki,
radionun baş ofisi aksiyaya qatılmağa icazə vermir. Paradoks - radionun adı
Azadlıq, amma işçisinin aksiyaya qatılmaq azadlığı qadağa altındadır. Xədicə
siyasətçi deyil, siyasətə də iddialı olmadığını bildirib. Bu səbəbdən aksiyanın
siyasiliyindən söhbət gedə bilməz.
İşin
siyasiliyi bəhanədir. "Əsgər ölümünə son" aksiyasında jurnalist
"kruq"u ilə kolon halında iştirak edən Xədicə burda niyə gözə dəyməsin?
Hesab edək ki, özünün iştirakı məqbul deyil. Bəs ətrafı?
Cəmi iki həftə öncə "Azadlıq" qəzeti
borclarının ödənilməsi ilə bağlı Qasidin qarşısında akiya keçirmişdi. Qəzetin
hansı vəziyyətdə olduğunu hamı bilir. Ay olmur ki, qəzetə qarşı yeni absurd məhkəmə
iddiası qaldırılmasın. Hər birinin cəzası 30 000 manat. Satdıqları qəzetin
halal pulunu da vermirlər. Qəzetin əməkdaşlarından başqa heç bir jurnalist o
aksiyada iştirak etmirdi. Şahvələd Çobanoğludan başqa. Şahvələd bəy
"Azadlıq"da köşə yazsa da, mən onu hər zaman müstəqil jurnalist
saymışam.
Aksiyada
Xədicənin işçilərinin olmamasının iki səbəbi ola bilər. Ya Xədicədən o qədər zəhlələri
gedir ki, getmək belə istəməyiblər. Ya da aksiya Xədicənin özünün vecinə
olmayıb. Bunların heç biri önəmli deyil.
Sözüm
sizədir - siyasilər, gənclər təşkilatları, jurnalistlər. Bir şey olmamış özünüzə
əl qatırsınız. Bəyanat, hay-küy, aksiya. Bilmirəm bunu radioda efir vaxtı almaq
üçün edirsiz, ya bir qazandan dolma yediyiniz üçün?! Amma başqalarından hörmət
görmək istəyirsinizsə, özünüzə hörmət qoyun. Yoxsa elə "tryapka"
münasibəti görəcəksiniz.
Bu qədər
minusun içində bir plyus o oldu ki, axırki yaşıl jiletliləri də aksiya
iştirakçısı kimi gördük.

Комментариев нет:
Отправить комментарий