Quduz
iti bircə dəfə zəncirdən açıb buraxmaq kifayətdir ki, o sağlam insanları dişləyib
quduzluğu bulaşdırsın. Avtoritar rejimlər də belədir. Onlar diş qıcayan it kimi
kötəklənmədikcə, əl çəkməzlər. Zərbə güclüdürsə quyruğunu pusub qaçacaq.
Ştrasserin siyahısının qəbul edilməməsi, ardınca Tofiq Yaqublu və İlqar Məmmədovun
həbsi bənzər nümunədir.
Təəssüflənməyə
dəyməz. Əvvala hakimiyyətin bundan başqa özünü müdafiə edəcəyi vasitə yoxdur. Artıq
küçədəki insanlar belə kamera qarşısında hakimiyyəti tənqid etməkdən çəkinmir.
Həbsləri yox, mübarizəni gündəmdə saxlamaq lazımdır. Statuslarda qəzəbə yox,
hakimiyyəti dolayan, heçə sayan fikirlərə yer vermək lazımdır. Həbslərin özü də
bir sıra mənəvi səddləri ortadan qaldırdı.
1.Tofiq
Yaqublunun və qızı Nigar Yaqublunun həbsi göstərdi ki, sabah hakimiyyət dəyişildikdə
bugün hakimiyyətdə olanların arvad və qızlarına heç bir rəhmkarlıq göstərilməməlidir.
Etdikləri xalqın mənəvi məsuliyyətini götürür. Fildişi sahilinin diktatoru
Qbaqonun arvadının xalq tərəfindən zorlanması nümunəsi milli mənəvi dəyərlərə
zidd bir şey kimi yox, hakimiyyətin başına gətiriləcək nümunə kimi təbliğ
olunmalıdır.
2.İlqar
Məmmədovun həbsi göstərdi ki, Avropa strukturları ilə sıx əlaqə, mübarizə vasitəsi
kimi mitinq taktikasının seçilməməsi müdafiə vasitəsi deyildir. Təpəgözün
iştahı ancaq gözü çıxarılanda sönür. Siyasətdən qaçmaq, gizlənmək isə tamam
müdafiəsiz qalmaq deməkdir.
Qayıdaq
Ştrasserin qəbul edilməmiş siyahısına. Avropanın bu siyahını qəbul etməməsini
müxalifətin mayor Səfərovun baltası naminə imzaladığı anti-avropa bəyanatına qarşılıq
da adlandırmaq olar. Bir növ taleyin ironiyası. İnsanlar səhv edə bilər, tarixsə
heç zaman səhv eləmir. Mahiyyətindən asılı olmayaraq, hər iki qərar
avtoritarizmin sönən canına can verdi.
Ştrasserin
siyahının qəbul edilməməsinin əsas səbəbi "kürü diplomatiyası"ndan
çox, Avropanın islamçılar qarşısında qorxusudur. Qorxu isə səbəbsiz deyil.
Burda xristian təəssübkeşliyi də yoxdur. Bizim islamçılar nə qədər "hicaba
azadlıq" deyib qışqırsalar da, Avropa dəyərlərinə səmimi nifrət edirlər.
Avropa dəyəri deyəndə heç də "vermək" anlayışı müzakirə olunmur. Nifrət
humanizm, liberalizm, cəzaların yüngüllüyü kimi dəyərlərə olan nifrətdir.
Facebook
söhbətlərindən birinə şahid oldum. Azərbaycandan İrana səfər etmiş bir yerli
islamçı təəssüf edir ki, Tehranda camaatın arasında şallaqlama cəzasını ləğv
ediblər. İranlıların bu qərara görə tezliklə peşman olacağını qeyd edir. İndi
deyin Avropa bu zehniyyətdən qorxmasın da, nə etsin? Əlbəttə ki, bu zehniyyətin
yeri həbsxanadır. Amma nəticədə qazanan nə o islamçılardır, nə də Avropa. Oyunu
aparan Əliyevlər oldu və ona bənzər şərq diktaturaları.
Demokratların
məsuliyyətinə gəldikdə, hədəf demokratiyadırsa sonunacan demokrat olmaq
lazımdır. Nəsimi bu cahana sığmasa da, özündə iki cahan sığdırırdı. Azərbaycanın
müxalif siyasəti özündə azı altı-yeddi cahan problemi sığdırır. Demokratiya,
avropalaşmaq, Güney problemi, Qarabağ problemi, diaspora problemi, Səfərovun
baltası, xarici siyasət, mənəviyyat keşikçiliyi, xalq qayğıkeşliyi və s.
Əlbəttə
ki, bütün bunları dövlət siyasəti etmək olar. O halda ki, o dövlətin başında
hakimiyyət olasan. Hakimiyyətdə olmaq təkcə sərvətə sahib olmaq deyil. Həm də
problemləri həll edəcək çoxlu əllərə (rıçaqlar) malik olmaqdır. Bugün tək əli
qalmış əlil adam kimi hansı işdən tutacaqsız ki, hansını da bacaracaqsınız?
AŞ qəbul
etdiyi sənəddə Ramil Səfərovu təzədən həbsə qaytarmağı tələb etməmişdi. Öz üzvü
olan Macarıstanla Azərbaycan hökümətinin bağladığı müqavilənin pozulması və
hakimiyyətin "atış gəlmə"sini qınamışdı. Sən bugün rejimin yanında
olub, saxtakarlığı qınayan sənədin önünə sinəni ver, sabah demokratik qətnamə tələb
et. Bu məntiqlə nəticə rejimə təzyiq yox, üç barmağn kombinasiyası olacaq.
Yarımçıqlıq
hər işdə maneə olduğu kimi siyasətdə də faciədir. Hicaba azadlıq tələb edib
azad dəyərlərə nifrət edən islamçı ilə, millətçi mövqe qoyan demokratın aqibəti
sonuçta eynidir. Demokratsansa sonadək demokrat olacaqsan. Bu yolda adını
"ermənipərəst", vətən xaini qoysalar da. Hakimiyyətə gəlmək üçün millətçi
siyasəti seçmisənsə, milli münaqişə yaratmaqdan, şovinist təbliğatdan,
qarşıqoymadan istifadə edəcəksən. Bundan qətiyyən ehtiyat etməyəcəksən.
Makiavellinin
"məqsəd vasitəyə bəraət qazandırır" hakimiyyət düsturu 500 ildir
ki, dəyişməz qalır. Bunu həzm etməyənlərin mükafatı ancaq sonrakı peşmançılıq
olub.
Bugün Təpəgözlə üz-üzəyik. Biz qoyun cildinə girdikcə o daha da iştahlanacaq. Onu öldürəcək lider Basat da axtarmayın. Diktaturaları kütlələrin özünə inamı süpürüb atan kimi, Təpəgözün də sonu Oğuz elinin təzyiqi ilə gələcək.

Əla Ramil bəy! Sağ olun!
ОтветитьУдалить