Doğrusu, ziyalı anlayışını öz
aləmimdə çoxdan basdırmışdım. Ancaq yazıçı Əkrəm Əylislinin "Daş
yuxular" romanı gündəmə gəlincə tunelin sonunda bir işıq gördüm. Azərbaycanlının
ziyalı anlayışı çoxlu titulları olan, məclisdə tost deyən, şəkli nazirlərlə qəzetə
düşən "yekə adam" obrazıdır. Ziyalının nə yazdığını oxuyar, nə də
kitabından xəbəri olar.
Mənim üçün isə ziyalı zülməti
yaran insandır. Bugün Əkrəm Əylisli əlində məşəl ciyəri didilən Promoteydir. Ona
hürən yapçılar, qeyrəti ancaq doğulduğu rayonun adı çəkiləndə oyanan vətənpərvərlər,
tayfabaşlar qatı bir zülmət. Ya məşələ od verib bu qaramatı yox edəcəksən, ya
da qaramatın əlinə verib sənin üçün qalanmış tonqalda yanacaqsan.
Əkrəm Əylisli nə yazıb? Yerazları
gədə (romanda: qancıq balaları) adlandırıb. Onları vəhşilikdə, alçaqlıqda, qoca
erməni kişisini camaatın qarşısında ölənəcən təpikləməkdə günahlandırıb. Yaxşı,
burda yalan olan nədirki. Bu zamanacan susmuşuq. İndi gerçəkləri demək zamanı.
İndi Bakını dolduran əyalət
camaatı, 88-də sonra doğulmuş gənc nəsil xatırlamaz. Amma bütün bunlar mənim
gözümün qarşısında olub. SSRİ-dən müstəqilliyə keçid dövrünü görən məktəbli
kimi. Erməni qızlarının Bakı, Sumqayıt camaatı qarşısında zorlanması, qoca
arvadların saçından tutub yerlərdə sürüdülməsi, başqaları Azadlıq meydanına
yığışarkən onların əlində siyahı erməni evlərini qarət etməsi, oğurladıqlarını
bölüşə bilməyəndə bir-birilərinin var-yoxuna söymələri.
Bəli, bütün bu kimsələr mədəni
Bakı camaatının ömrü boyu görmədiyi, sanki başqa aləmdən hücum çəkmiş vəhşilər
idi. Onlar yerazlar idi. İş o yerə çatmışdı ki, Bakının azərbaycanlı əhalisinin
kişiləri gecə-gündüz erməni ailələrinin qapısında keşik çəkirdilər ki, bu
rüsvayçılıq təkrarlanmasın. Əllərinə siyahı verilmiş bu qarakurtkalı yerazlar evlərinə
girdikləri qadınları balkondan atmasın.
Maraq üçün deyim ki, gənclərin
tez-tez işlətdiyi "qarakurtkalı" anlayışı da elə o illərdən qalmadır.
Hər bir cinayətin sifarişçisi kimi, icraçısı da olur. Sifarişçi KQB idi. İcraçı
yerazlar. Hədəf: Azərbaycan Xalq Cəbhəsi Hərəkatı. Milli hərəkatı gözdən
salmaq, ekstremist kimi təqdim etmək üçün gəlmələrdən geniş istifadə olunurdu. Çünki
heç bir bakılı fitva ilə 40 illik qonşusunu evindən çölə atmazdı. KQB-nin
verdiyi qarakurtkalar isə agentlərini fərqləndirə bilmək üçün idi.
KQB planını cızdı. Amma bu qarakurtkalı
yerazların etdiyi vəhşiliyin acığını sovet ordusu 20 yanvarda, ermənilər
Xocalıda çıxdı. Günün bu günü də 88-də gəlmiş ermənistanlılar nifrətlə
xatırlanırsa, məhz o hərəkətlərinə görədir. Ermənistan qaçqınlarından sonra
gürcüstanlılar da gəldi. Amma bu nifrət onlarda özünü göstərmədi. Şəhər insanı gəlməyə
pis görkəmi, kobud ləhcəni bağışlaya bilərdi, amma vəhşiliyi əsla.
Baş verənləri indi onunla əsəslandırmağa
çalışırlar ki, bəs Ermənistanda ermənilər bizimkiləri belə-belə etmişdilər.
İncildilmiş insanın qisas almaq hissini çox gözəl başa düşürəm. Belə olan halda
vətəndaş ədaləti dövlətindən tələb edər, silah istəyər. Qisasını cəbhədə döyüşüb
alar, daha biqeyrətlik yolu ilə yox.
Əlbəttə mən Ermənistandan gəlmiş
300 min insanın hamısını hədəf altına almaq fikrində deyiləm. Əksəriyyət Bakıda
yaşayan ermənilərlə evlərini adi qaydada dəyişdirdilər. Sakitcə gəlib
yaşadılar. Bugün Əkrəm Əylislinin üstünə hürənlər ya o alçaqlığı edənlərdir, ya
da onların oğulları. Adam kimi deyə bilərdilər ki, "əşşi beynimiz
qızmışdı, bir səhvdir eləmişik də". Ancaq bir dəfə cəzasız qalan cinayət
quduzluğa çevrilir. Əkrəm Əylisli bu quduz itlərlə üz-üzədir. Lakin tək deyil.
Qeyrəti ancaq doğulduğu rayon
tənqid ediləndə oyanan vətənpərvər ən alçaq kimsədir. Onun beyni təzək iyindən
təmizlənməyib. Dünyagörüşü mağaradan çıxmayıb. Görün ziyalı adı ilə Əkrəmin
üstünə kimi hürdürürlər. Musa Urodu, Fəzail Ağamalını, balıq Hafizi. Bu ünsürlər
vətənsevər olduqları üçün yox, məhz yeraz olduqları üçün bu qədər
quduzlaşıblar. Onlar üçün tayfa hakimiyyəti ən gözəl idarəetmə, tayfabaşçısı ən
yaxşı ağadır.
Hələ arsızcasına Ziya
Bünyadovu yeraz sözünü leksikonumuza gətirməkdə ittiham edirlər. Yeraz
(yerevanskie azerbaydjansı) sözü qurama ifadə ola bilər, ancaq Qərbi Azərbaycan
ifadəsi də bunun qədər saxta və sonradan gətirilmədir. Vərəqləyin sovet
dövrünün, 90-cı illərin kitablarını. Baxın orda Qərbi Azərbaycan termini tapa
bilirsinizsə. Ermənistan respublikası var və onun vətəndaşı olmuş ermənistanlılar.
Qaçqın statusu da məhz yad dövlətin vətəndaşlarına aid edilir.
KQB-nin "suka"sı
olmuş, Elçibəyi ora satmış Ağamalını və digər iqtidar ünsürlərini cin atına
mindirən təkcə romandakı erməni mövzusu deyil. Heydər Əliyev haqda yazdığı “xalqın ruhunu axtalayırdı ki, hamı dinməz və
sözəbaxan olsun”, “hərəyə bir şey verib insanın ən dəyərli şeyini-qürurunu əlindən
alırdı”, “onun hiyləgər və məkirli siyasəti nəticəsində ermənilər bizdən üz
döndərdilər”, “bəlkə Kremldən acıq çıxmaq üçün Sumqayıt hadisələrini o özü törətmişdir”
cümlələrdir.
Yerazlarla KQB-nin məcarası
bitmədi. SSRİ-nin süqutundan sonra onlardan KQB generalı Heydər Əliyev istifadə
elədi. Seçki zamanı səsverməyə ən çox təsir edəcək iki nazirliyin (Səhiyyə və Təhsil)
başına yerazların təyin edilməsi də təsadüf deyildi. Əli İnsanov və Misir Mərdanov
quru nazir deyildilər. Hərəsi bir tayfa baçısı, arxalarında hər dediklərini edəcək
tayfa ordusu vardı. 20 ildir diktatura boşuna yaşamır.
Tez-tez müxalifət funksionerlərinin
tribunadan "tayfa-klan rejimi" ifadəsini eşidə bilərsiniz. Elə meydan
hərəkatının iştirakçısı olmuş cəbhəçilərin özlərindən erməni qadınlarını qarakurtkalı
vəhşiliyindən müdafiə etməsi haqda az əhvalat eşitməmişəm. Ancaq bunlar
tribunada deyilmir. Qəzet məqalələrində yazılmır.
Çünki müxalifət özü də qorxaqdır.
O, dəyənəkdən, həbsdən qorxmur. Amma mayor Səfərovun baltasından, "ermənipərəst"
adlandırılmaqdan həmişə qorxub, qorxacaq. Yaxşı, klan Əliyevlərdir, bəs tayfa
kimdir? Niyə tayfanın üzvləri, onların mahiyyəti ifşa edilmir? Niyə hər seçki
öncəsi yaltaqcasına tayfa ağsaqqallarının qarşısında alçalırsız. Onlardan səs
gözləyirsiz. Bircə dəfə çıxıb deməmisiz ki, 20 il qaçqınlıq, köçkünlük olmaz. Zəbt
etdiyiniz mənzilləri boşaldın. Əla da bilirlər ki, seçki günü halal səsləri elə
o tayfabaşlar tərəfindən oğurlanır.
Tayfadan kənar atdanıb-düşən,
vətən qeyrəti çəkən vətənşüvənlərə: Müharibədən kənar istənilən təbliğat yalan,
şovinist patriotluq alçaqların sığınacaq yeridir. Ancaq bir həqiqət var -
müharibə. Onu ya rüsvaycasına uduzarsan, ya da silahın əlində qalib gələrsən. Üçüncü
seçim yoxdur.
Bugün ziyalı Əkrəm Əylislinin
üstünə hürürsüz. Görün 150 il əvvəlin ziyalısı Həsən bəy Zərdabi nə deyib. Bu
nümunə qeyrətinizə sumax səpəcək.
"Həsən bəy Zərdabi o vaxt
qəzet çıxarmaq istəyərkən Qarabağ bəylərinin yanına gedib. Lakin qəzet
açmaq üçün ona bir abbası da verməyiblər. O vaxt Şuşada uşağı olmayan varlı erməni
Mıkırtıç bütün var-dövlətini bir erməniyə verib ki, erməni uşaqlarını oxumağa
göndərin. Həsən bəy Zərdabi yazır ki, o, Mıkırtıç Qarabağın bütün bəylərindən
qeyrətlidir".
Oxudunuz? İndi o "qeyrət"inizi
götürün, soxun dillənməz yerinizə. Eyni əhvalat M.Ə.Sabirin də başına gəlib. Erməni
ilə aranızda tək fərq var. 150 il öncə o, pulunu təhsilə verəndə, sizlər rus
matişkələrinə verirdiniz. İndi də elə edirsiniz. 150 il öncə onlar adam
yetişdirəndə, sizlər içinizdə olan tək-tük adamı qapınızdan qovurdunuz. İndi
qovmaq da sizə bəs eləmir. Yandırmağa hazırsınız. Bu eşşəklikdən əl çəkməyənə qədər
erməni diasporu qarşısında hər zaman alçalacaqsınız. Alçalmağa layiqsiniz.
Əkrəm Əylisilinin evi
qarşısında hürən dəstə oğraş yığınından başqa bir şey deyil. Bu qəzəb və nifrətdən
doğan söyüş deyil. Real tərifdir. Oğraş o kimsəyə deyilir ki, namussuzluğu gözü
ilə görür, bir şey eləməyə cəsarəti çatmır. Qadını polis tərəfindən yerlərdə
sürünən amma susan, kəndlisi nazir lotular tərəfindən alçaldılan yenə susan, əmr
verilən kimi bir qoca yazıçının üstünə cuman oğraş deyil də, kimdir?!
Azərbaycanın taleyi belə
yazılıb. Bir tərəfdə "qeyrət" keşikçisi oğraş yığını, digər tərəfdə Zərdabi,
Əylisli kimi ziyalısı. Zülmətlə mübarizə hələ də davam edir...


Комментариев нет:
Отправить комментарий