Yanvarın 23-ü İsmayıllı atəşə verildi. Bu
yanvar ayına düşən üçüncü, amma ən böyük dirəniş aksiyasıdır. Qudurğanlıqdan qəzəblənən
xalq icra başçısının qardaşı oğlunun avtomobilinə, fahişəxanaya çevirdiyi
"Çıraq" motelinə, daha sonra
bir neçə lüks avtomobilə od vurdu. Üsyan ürtəsi gün də davam etdir. Tələb
qətidir. Rayonda hakimiyyət dəyişməlidir!
Çoxları üsyanın Qubada olduğu kimi
namus-qeyrət üstündə başlamasına təəssüflənir. Əzizlərim, siz min illik əsarətsiz
dövlətçilik tarixi olan İngiltərədə yaşamırsız. Tayfa-klan rejiminin mövcud
olduğu, siyasi karyera üçün tək parametrin yerliçilik, qohumbazlıq olduğu ölkədə
yaşayırsız. Ölkənin siyasi elitası hansı ideologiyada formalaşırsa, aşağıların
verdiyi əks-təsir də ona mütənasib olur. Azərbaycan üçün inqilabın fitili avtoritar
qanuni dəyişkiliklərə etiraz yox, heysiyyatın alçaldılmasıdır. Sabah əhaliyə
qaz veriləcəksə, təbliğat bu istiqamətdə işləməlidir.
İsmayıllıda əhali üsyan, inqilab mənasında
tam dirəniş göstərdi. Bəlkə sabah da göstərəcək. Binalar, avtomobillər yandırıldı, barrikada quruldu, polisə daşla,
yumruqla müqavimət göstərildi. İnsanlar bacardıqlarını, hətta Bakıdakıların
bacarmadığını etdilər.
Ancaq o rayonun camaatından tam və qəti qələbə
gözləmək avamlıq olardı. Zarafat deyil, əhalisi elə də çox olmayan rayon
rejimin bütün güc maşınına qarşı tək mübarizə aparır. Üsyan qəddarlıqla
basdırıla da bilər. Amma bundan qətiyyən təəssüflənməyə dəyməz.
Unutmayın! Ölkə əhalisi İsmayıllıda baş verənləri,
polisin etdiklərini görmür. Görürsə kiçik videokadrlarda. İnformasiya alan
insanlar biz yazanı görür. Biz yazanlarla ruhlanır, yazdıqlarımızla gələcəyə
ümid bağlayır. Rejimin əbədi qalacağı, ya rədd olub gedəcəyi də yazdıqlarımızın
təsiri ilə formalaşır. Bu xüsusda internetdə popyulyar olan bloqqerlərə,
virtual liderlərə böyük yük düşür. Diqqət etməli olduqlarımız:
1.Prosesdə polisin rolunu qətiyyən şişirtmək
olmaz. Polis əks olunan fotoları bacardıqca paylaşmamaq, "polis qəddarlığı"
kimi nümayiş etdirilən xəbərləri uzaq tutmaq. Güc strukturlarını zəif göstərmək,
hətta şiddətli müqavimət olan səhnələri belə yumor gücü ilə ələ salmaq. Əhali
üçün zərərsiz bir şey kimi göstərmək.
2.Ölüm, yaralanma, "vəhşicəsinə döyülmə" kimi xəbərləri paylaşmamaq. Əvəzində əhalinin cəsarətli addımlarını təbliğ etmək. İnsaların psixikasının alt qatlarına yeridilən qorxulu xəbərlər uzun müddət üçün qalıcı olur. Müqavimət kütləvi olanda belə o insanlar keçmiş qorxuları ilə üzləşir. Yerindən tərpənə bilmir. Gələcək aksiyaların uğuru üçün bunu nəzər alın.
2.Ölüm, yaralanma, "vəhşicəsinə döyülmə" kimi xəbərləri paylaşmamaq. Əvəzində əhalinin cəsarətli addımlarını təbliğ etmək. İnsaların psixikasının alt qatlarına yeridilən qorxulu xəbərlər uzun müddət üçün qalıcı olur. Müqavimət kütləvi olanda belə o insanlar keçmiş qorxuları ilə üzləşir. Yerindən tərpənə bilmir. Gələcək aksiyaların uğuru üçün bunu nəzər alın.
3."Qorxulu sözlər"i "təsirsiz"
sözlərlə əvəz etmək: həbslər var - saxlanılanlar var, polis döydü - zorakılıq
etdi, qəddar rejim - aciz hökümət. "Dubinka", zəhərli qaz,
"camaata divan tuturlar" kimi söz və ifadələri paylaşımlardan tamamilə
çıxarmaq.
4.Oda verilmiş binalar, yandırılmış
maşınlar, gizlənən polis fotolarını təkrar-təkrar paylaşmaq. Psixoloji
üstünlüyü əldə tutmaq. Hətta rayon ərazisində güc strukturları uğur qazansa da.
Azərbaycanlıların gənci, qocası olmaqla bir
mənfi xüsusiyyəti var. Ən küçik uğursuzluğu, güc nümayişini Kərbala müsibətinə
çevirirlər. Bir adamın burnu qanayanda hadisəsi mətbuatın İmam Hüseyn müsibəti olur. Ay qardaş nə olub? Şalvarınızı
başınıza niyə keçirirsiz? Liviya 10 min, Suriya 30 min qurban verdi. Nəticədə
azad oldular. Azərbaycanda uğurun qazanılması 10 nəfərdən o yana keçməz. Yetər
ki, təbliğat olaraq ümumi müqavimət olsun.
2003, 2005-ci illərdən sonra kütləvi passivliyin yaranmasının ən böyük səbəbkarı elə müxalifət mətbauatıdır. On minlərlə adamın enerjisi, müqaviməti bir gündə yoxa çıxa bilməzdi. Mətbuatda sınmayan adamları qəzet səhifələrində sındırdılar. İndi də bu ənənə interneti başına götürüb. Yapmayın, etməyin kardeşim!
2003, 2005-ci illərdən sonra kütləvi passivliyin yaranmasının ən böyük səbəbkarı elə müxalifət mətbauatıdır. On minlərlə adamın enerjisi, müqaviməti bir gündə yoxa çıxa bilməzdi. Mətbuatda sınmayan adamları qəzet səhifələrində sındırdılar. İndi də bu ənənə interneti başına götürüb. Yapmayın, etməyin kardeşim!
Proses davam edəcəkmi? Edəcək! Quba
üsyanından sonra ard-arda gələn piketlər, mitinqlər siyasi fəallığı diri tutdu.
Bugün rayonlarda inqilabın olması üçün bütün şərait var. Sosial ədalətsizlik,
işsizlik üsyan həddindədir. Bakıda bunun üçün şərait azdır. Çünki ölkənin vergi
yığımının 93%-i bir şəhərin hesabınadır. Amma Bakıda informasiya gücü var.
Təkrar edirəm, rayonların gözü bizdədir.
Onları ruhlandıracaq olan da bizik, psixoloji cəhətdən məhv edən də.Təbliğatı nə
qədər müsbət körükləyəcəyiksə, rayonlarda da yanan tonqallar çoxalacaq.
Yalan yayan kanallara da əsəbləşməyin. Onlar
mənfidən çox müsbət effekt yaradırlar. Necə? Hadisə haqqında kiçik ipucu verirlər.
Xəbəri alan izləyici həqiqətin tam olmadığını dərk edir. Cumur internet kluba,
kompyuterə. İnformasiyanı internetdən alır. Sübut: Adi günlərdə Azadlıq.info
-nun ziyarətçi sayı maksimum 30 min olur. 24 yanvarda: 61 549 ip.
Bax görürsüz nə qədər güclüsüz! Yazını yazı
xətrinə yazmadım. Nəticə çıxarılsın deyə yazdım. Buna ümid edirəm, dostlar.




Комментариев нет:
Отправить комментарий