Bir şey diqqətinizdən qaçmış olmaz. Nə
zamanki ANS cəmiyyət arasında nüfuzdan düşür, o dəqiqə kimsə kanaldan zəng eləyir
müxalifətə. İkinci, üçüncü dərəcəli funksionerləri efirə dəvət edib ictimaiyyətdə
"ANS müxalifətə yer verdi", "yenə də kanallardan ANS" kimi
sadəlöhv düşüncəni bərpa edirlər. Sonra 5-6 ay fasilə. Təbii ki, bu kanalda AXCP,
Müsavat liderlərini heç vaxt görə bilməzsiniz.
ANS-in nə mal olduğunu, haranın diktəsi ilə
danışdığını məndən yaxşı bilirsiniz. Sonuncu dəfə "tryapka" vəziyyətinə
əsgər Ceyhun Qubatovun ölümü zamanı düşdülər. Döyülərək öldürülmüş əsgər anası
zəng edib çağıranda "Müdafiə Nazirliyi tapşırsa, gələcəyik" demişdilər.
Vəziyyəti müxalifət xilas etdi. Facebookda
anons yayıldı ki, ayın 17-i "Açıq söhbət"də AXCP müavini Nurəddin Məmmədli,
Müsavatdan Gülağa Aslanlı iştirak edəcək. Anonsu görüb "müxalifət hələ də ağıllanmadımı"
şərhi yazdım. Yarım saatlıq efir vaxtı qonaqların fikrini deməsinə, müxalifətin
iqtidarı ifşa etməsinə şərait yaratsaydı, yenə deyərdim cəhənnəmə.
Bu dərəcə əclafcasına yazılmış senariyə hələ
rast gəlməmişdim. Proqram müxalifətə yer verməkdən çox, həm də onu vurmağa
hesablanmışdı.
Əvvala müxalifətdən çağırılanlar hakimiyyəti
tənqid etməyə yox, bir-birilərinə opponent olmaq üçün dəvət edilmişdilər.
Veriliş başlayan kimi vahid namizəd haqda suallar verilməyə başlanıldı. Tərəflər
qızışdı. Bir də baxdım ki, İsa Qəmbəri buraxıblar "rasxoda". Döşüyürlər.
Siz ora İsa Qəmbəri tənqid etməyə getmişdiz?
Əlbəttə, heç kəs jurnalisti verdiyi
sualların məzmununa görə qınaya bilməz. Amma əclaflığın davamı gəldi. ANS-in öz
üzvünün videoçarxı göstərildi. Süjetin tək məzmunu müxalifətin alçaldılması,
izləyicilərə "bunlardan heç nə olmayacaq" fikrinin aşılanması idi.
Süjet bu cümlə ilə yekunlaşdı: "Müxalif düşərgədə vəziyyət bu dərəcə
zarafatcıl və lağlağıdır".
Mirfahişəliyin xüsusiyyəti də ondan ibarətdir
ki, tərəflərin fikrini dinləməyə yox, hakimiyyətin sifarişini efirdən diktə etməyə
hesablanıb. Veriliş iki tərəfin qırışması ilə davam etsəydi, nə isə. Söz
hakimiyyətin namizəd irəli sürüb-sürməməsinə gəlincə, efirə yapçı Mübariz
Qurbanlının videoçarxı buraxıldı. Mübariz Qurbanlının nə deyəcəyi əvvəlcədən hamıya
aydındır. Amma müsahibədə bu cümləyə diqqət yetirin: "Sizin verilişinizdə
belə bir iddia qoyuldu ki..."
Bir dəqiqə! Mübariz Qurbanlı hardan bilirdi
ki, verdiyi müsahibədən sonra əvvəl belə iddia qoyulacaq? Və niyə o bu haqda
keçmiş zamanda danışır? Debat axı gələcək zamanda çəkilir və göstərilir. Yapçı
deputat da verilişə onlayn qoşulmamışdı.
Məncə ən avam adam da anlayar ki, verilişin
sifarişi ən üst səviyyədə verilib. Tərəflər isə hazır senari əsasında
manipulyasiya edilib. Dəvətlər kimlərin daha çox "quş buraxacağı" ehtimalı
ilə "yuxarı"dan sifariş verilib. Onlara qarşı kimlərin danışdırılacağı
da.
Daha sonra aparıcı Araz Əlizadədən söz
salır. Xatırladım ki, Araz Əlizadə nə İctimai Palatada təmsil olunur, nə
hakimiyyətdə. Mətbuata çıxan fikirlərinə də ancaq lağlağı demək olar. Mübariz
Qurbanlı kimi onun da videoçarxı göstərilir. Araz Əlizadə 1996-cı ildə hansısa
treninqdə olmuş gic-gicə əhvalatdan danışır. Guya Nurəddin Məmmədlini alçaldır.
Danışılanların isə mövzu ilə əlaqəsi belə yoxdur.
Məlum olur ki, Mübariz Qurbanlı Gülağa
Aslanlını, Araz Əlizadə Nurəddin Məmmədlini alçaltmaq üçün danışdırılıb. Ümumlikdə
məqsəd birdir. Bacardıqca müxalifəti xalqın gözündə alçaltmaq. Aparıcı verilişi
bu sözlərlə yekunlaşdırır: "Böyük ehtimalla İctimai Palata seçkidə vahid
koalisiya kimi iştirak edə bilməyəcək". Elə bu an zalda hay-küy qopur. Səs-küyü
görən kimi "Bu mənim subyektiv fikrimdir" cavabı gəlir. Nəhayət ki,
hansı oyuna gəldiklərini dərk edən Nurəddin Məmmədli gülərək deyir: "Problem
ondadır ki, bu öz fikri deyil də. Bu Mərkəzi Komitənin fikridir".
ANS-in efirdən müxalifətə nələr dediyi
lampoçkama da deyil. Cəlal Əliyevin zamanında dediyi kimi qədim peşələrini icra
edirlər. Məni əsl üzən illərin siyasətçilərinin ac balıq kimi hər dəfə tilova
düşməsidir.
Bu o
ANS deyildimi 2010 parlament seçkisində qapısını üzünüzə bağladı. Bu o Mirşahin
deyildimi Pənah Hüseyni Əfşar Süleymaninin qarşısında nə hala saldı. Dərs
olmadımı sizə? Gərək canlı yayımda var-yoxunuzumu söysünlər ki, mandaloşkalara
"paşşolt" komandası verəsiz.
Bu arada maraq üçün deyim ki, mandaloşka təkcə
birə növü deyil. Jarqon danışıqda həm də fahişə, əl çəkməyən əxlaqsız qadın
anlamına gəlir. Akademik Cəlal Əliyevə bu sözünə görə min rəhmət düşür. Unutmayın
ki, indi siyasi gündəmi telekanallar yox, internet formalaşdırır.
"Azadlıq" qəzetinin çap variantını gündə 6-7 min adam oxuyur.
Saytındaki bir xəbəri 200 000 nəfər.
Bir zəngə ayaqlarına cumaraq ilana zəhər
verməyin. Hakimiyyət sizləri 24 saat boyu təhqir etsə belə xalqın gözü yenə sizi
görəcək. Amma sizlər, mandaloşkalar qarşısında özünüzü alçatdıqca ən yaxşı
halda acınma hissi ilə mükafatlanacaqsız.
Комментариев нет:
Отправить комментарий