Son iki ildə 1 may Əmək gününə yaxud Fəhlə bayramına
bloq yazısı həsr etmişdim. 2011, 2012. Bu il yazmayacaqdım. Təkrarçılıq etməyə həvəs yox
idi. Ancaq solçuların keçirdiyi 1 may aksiyası, ardınca anti-solçuların
aksiyadan fotoya verdikləri reaksiyaya səssiz qala bilmədim.
Aksiyada
xeyli üz güldürən kadr olsa da, "Xədicə, Xədicə, hanı nəticə?" transparantı
xədicəsevərləri özündən çıxarıb. Bəs, solçular jurnalistikamızın anası Xədicəni
təhqir ediblər. Yanlış anlamayın. Mənim də Xədicə adında xanım dostlarım var. Və
mən onları insan kimi çox sevirəm. Amma bu bu xədicəsevərlərin diaqnozu fərqlidir.
Onlar üçün bir Xədicə var. Azadlıq radisounun jurnalisti Xədicə İsmayılova.
Məhlə
uşaqlarının sözü olmasın, "Ay brat, axı nə dəxli?" Transparantda Xədicə,
Xədicə yazılıb. Xədicə İsmayılova yazılmayıb ki. Qırmızı parçaya sifəti vurulmayıbki.
Aksiyada
hakimiyyəti qıcıqlandıracaq şüarların olmayacağı qabaqcadan bəlli idi. Vəziyyətdən
üstün çıxmaq üçün bu şüarı yazıblar. Deyim ki, yumor tutub. İlhamı yaxşı
dolayıblar. İlham Əliyevin "H" demək problemini nəzərə alsaq, türkcə
Hatice ilə başlayan şüarı Xədicə kimi yazıb nəticə istəyiblər. Siyasi mesaj
Ezop dilində çatdırılsa da, incə yumor hissinə görə bravo gənclər!
Gəl
indi bunu anti-solçulara başa sal. Onların gözü hər yerdə Xədicə İsmayılovanı
görür. Xədicə deyən haqdır, Xədicə sevməyən münafiq. Bu xədicəsevərlik deyil, xəstəlikdir.
Kimliyindən asılı olmayaraq tipik xəstəlikdən əziyyət çəkənlərə elmi ad verdim
- Xədicəfil. Bundan daha münasibi çətin tapılar.
Yekun
olaraq xədicəfillərə bir neçə sualım var:
1.Xədicə
İsmayılova haqda bir-iki zarafatı təhqir sayıb özünü cıranlar; nə üçün 2012-ci
il 17 martda cəbhəçi gəncin rokçu Camal Əlinin söyüşünə etirazını qamçıladız?
2.Xədicə
İsmayılova ilə bağlı tənqidləri şəxsi həyata müdaxilə sayanlar; Musa və Təranə qalmaqalı
Azadlıq radiosunda müzakirəyə çıxarılınca nə üçün içinizə soxduz?
3.Transparantı
təhqir sayanlar Xədicə adının qarşısına həzrəti (Hz.) ünvanı qoymaq arzunuz varmı?
İşdi bilmək olmaz. Sabah bəlkə dindarlarla davaya çıxdız.

Комментариев нет:
Отправить комментарий