9 dekabr Maydan hadisələri Kievdə Leninin
heykəlinin məhv edilməsilə yadda qaldı. Maydan hadisələrinin ardıcıllığı mənə nədənsə
Meydan hərəkatını çox xatırladır. Meydana gətirilən tonlarla ərzaq, kütlənin
orda qalması üçün tökülən pullar, təsadüfi meydan liderləri və sökülən Lenin
heykəli.
Meydan hərəkatında edilənlərin son məqsədi o
olmuşdu ki, Heydər ibn Əlirza qəhrəman kimi taxt-tacına otura bilsin. Kim
deyirsə ki, biz Lenin meydanında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə
aparırdıq, qələt edir. O vaxt Kremldən Azərbaycanın birdəfəlik ayrılmasını heç
kəs tələb etmirdi. Bəs nə istəyirdilər?
Ermənilər Qarabağın Ermənistana birləşdirilməsini,
bizimkilər bizdə qalmasını. Topxanadakı qotur ağacların xilasını. Sumqayıtda
ekoloji böhranın ləğvini. Üç-beş partkom yoldaşın istefasını. SSRİ-dən qeyd-şərtsiz
müstəqillik tələb edən ancaq Pribaltika respublikaları idi. Bizim müstəqillik
bir akta bağlandı. O da Rusiyanın SSRİ-nin tərkibindən çıxmasını elan etməsindən
3 ay sonra.
Kievdə Lenin heykəlinə edilənləri vandallıq
aktı kimi qınamağı qoyuram bir qırağa. Reaksiyalardan danışacam. Yadınıza gələr
2001-ci ildə Taliban Əfqanıstanda Budda heykəllərini partlatmağa hazırlaşırdı.
Qərb mediası dəymişdi bir-birinə. O Əfqanıstan ki, 12 il dünyanın yadından
çıxmışdı. Əhalisi aclıqdan, xəstəlikdən. yollara döşənmiş minalardan qırılırdı.
Ancaq Avropanın göbəyində uçurdulan heykələ reaksiya gəlmədi. Deyim ki, bir az
da sevindilər.
Bizdə də sevinən az olmadı. Aktivisti,
demokratı, liberalı, pedarastı və s. Deyəcəklər ki, Lenin diktaturanın simvolu
idi. Sökülməli idi. Deyəcəm sökürdüsə, demokrat Yuşenko sökərdi. O niyə sökmədi?
Lenin Yanukoviçin ata-babası deyildi ki,
İlham Əliyev, Bəşər Əsəd kimi xalqın puluna heykəl qoysun. Qolodomor
qurbanlarının heyfini almaq istəyən gərək Stalin heykəlinin axtarışına çıxsın.
Şəxsən mən Talibanın hərəkətini başa düşə
bilərəm. Onlar müsəlman kimi düşünür. İnandığı Allah əmr edir ki, bütləri yerlə-yeksan
etsin. Budda heykəli bina deyil ki, məscidə çevirsinlər. Tanrı da deyil. Tarixi
şəxsiyyətdir. Lenin kimi. Əsl adı Qautamadır. Fikir adamı olub. Lenin kimi.
Milyonların qəbul etdiyi yeni ideologiya gətirib. Lenin kimi. Gözü ancaq qan
görənlər üçün də misal var. Myanma və buddistlər tərəfindən müsəlmanların qətli.
Taliban inancına uyğun bütləşdirilmiş şəxsiyyəti məhv edir. Bəs demokratlara nə
deməli?
Avropa mənə xoşu gəlməyən qonşusunun etdiyinə
görə hay-küy qaldıran, ancaq öz qızının eybinə susan qancıq arvadı xatırladır.
Hay-küyü var. Bacardığı yox. Bilirsiz bizim iqtidar niyə bu qədər hakimiyyətdədir?
Onlar Qərbi müxalifətdən yaxşı tanıyırlar. Avropa qəzetlərində çıxan bir tənqidi
məqalədən ekstaza gələn müxalifətdən fərqli olaraq, hakimiyyət Qərbin dəyişiklik
naminə konkret heç bir addım atmayacağını bilir.
Bunu Yanukoviç də bilir. Elçibəy kimi Kələki
axtarmadığı müddətdə bu qancıq arvadın işi ancaq hay-küy salmaq olacaq. Öz qızı
Kiev vandallarının əməlinə susacaq. Lenin heykəlinin məhv edilməsinə hansısa
diktatura ilə mübarizə donu geydirmək olardı. 2 il əvvəl Odessada "bəzədilən"
Puşkin heykəli olmasaydı. Puşkin qədim Kiev başda olmaqla Ukrayna şəhərlərini
ucaltmaqdan başqa xaxollara pislik etməyib. "Baxçasaray fontanı" şeri
çox şey deyir. Hər iki heykələ nifrətin tək məntiqli səbəbi var - şovinizm. Dünən
Odessada rus nifrəti püskürən madyanlar bugün Kievdə Lenin sökür.
Maydan Meydana çox bənzəyir. Bizim Meydan da
madyanlardan xali deyildi. Vaxtilə SSRİ-nin ən böyük fəhlə hərəkatı olan Meydan
hərəkatının siması bozqurd işarəsi ilə murdarlandı. Bir neçə ilə öncə İlham
Əliyev aktiv şəkildə SSRİ dövrünün simvollarını sökürdü. 26 Bakı Komissarları
abidəsi, Nərimanov heykəli, və s. Madyan demokratlarımız utanmasaydılar, buna görə İlham Əliyevə təşəkkür
edərdilər.
Siyasi-mədəni tələbi Rəsulzadəyə heykəl
ucaltmaqdan o tərəfə getməyən bu anqurtlar anlamadılar ki, məqsəd sovet deyil. Azərbaycan
tarixini 1969-da sıfırlamaqdır. Elə indinin özündə mifik quldur Koroğlunu Məşədi
Əzizbəyova tərcih edir bizim madyan demokratlar.
Günün biri bu xalq Heydər heykəllərini yerlərdə
sürüyəcək. Çünki onlar göz yaşları üzərində ucaldılıb. Ancaq dəyişiklik olduğu
halda şəhər mərkəzində M.Ə.Rəsulzadənin heykəlinin ucaldılmasına qarşı çıxanların
sırasında ilk mən olacam. Madyanlara gerçək demokrat olmadıqlarını anlatmaq
üçün.



Комментариев нет:
Отправить комментарий