Anqolada XX əsrin şahid olmadığı barbarlıq
hadisəsi baş verib. Rəsmən islam dini qadağan edilib və islama aid hər şeyə
qadağa qoyulub. Bundan əlavə məscidlər, minarələr göz görə-görə sökülüb. Anqola
prezidenti Joze Eduardu duş Santuşun yediyi qələti heç Stalin də yeməmişdi.
Stalinizmin ən qəddar vaxtında dini inanc hüququ
konstitusiya ilə qorunurdu. Əvvəl bir neçə məscid söksələr də, sonradan
qapısına qıfıl vurmaqla yetindilər. Müharibə dövründə dini mərkəzləri bərpa
etdilər. Din alimi yetişdirən mədrəsələr açıldı.
Xəbər sosial şəbəkədə yayılanda buna sevinənlər
də oldu. Əsasən adının qarşısına "TC" qoymuş kemalist türklər və
yerli kəmağıllar. Özünü kemalist adlandıran gəncliyi izah etməklə deyil.
Tanımaq lazımdır. Mərifətləri içki şüşəsi ilə poz vermək, facebookda "caps"
düzəltməkdir. İntellekt səviyyələri isə yerlərdə sürünür. Moda xətrinə ateizmə
qurşanan bizim gənclər də elə fərqlənmir. Əksəriyyəti xürafatın, mentallığın
tövləsindən çıxmışlardır, ya da ata-anasından küsmüşlər. Onlardan bir neçəsinin
ailə keçmişinə yüngülcə əl gəzdirin. Yazdıqlarıma əmin olacaqsınız.
Anqolanı necə anlamalı? Anqolanın bu hərəkətini
bir türk, avropalı, hətta səudiyyəli anlaya bilməz. Ya sevinər, ya qəzəblənər.
Anqolanı ən yaxşı anlayacaq birisi varsa azərbaycanlılardır. Bəli, bəli azərbaycanlılar.
Anqola respublikası və prezidenti Joze Eduardu
duş Santuş Heydər Əliyev məktəbinin xariqəsidir. 1969-cu ildə Bakıda Neft
Akademiyasını bitirən bu gənc 1979-cu ildən bugünədək prezident kreslosundadır.
Getmək fikri də yoxdur. Eynən Əliyevlər. 2010-cu il konstitusiyaya edilən dəyişiklikdən
sonra özünü ölkənin leqal yolla seçilmiş ilk prezidenti adlandırır. Prezidentliyi
dövründə baş verən 20 illik vətəndaş müharibəsini dayandırdığı üçün Anqola
xalqını özünə borclu sayır.
Anqola rəsmi statistikasına görə ölkə ixracatının
85%-i neftin payına düşür. Adam başına düşən milli gəlir 5020 dollardır. 2008-də
bütün Afrika boyu iqtisadi inkişaf 5% olduğu halda Anqola iqtisadiyyatı 15%
inkişaf edib. Necə də doğma rəqəmlərdir. Adamın gözləri yaşarır. Elə bil bu "həqiqət"ləri
açıqlayan Joze Eduardu duş Santuş deyil, zənci İlham Əliyevdir.
Neft, almaz, kofe, balıq ixracı hakim ailənin
əlindədir. Möhtərəm zənci prezidentin birinci nikahından olan qızı İzabel duş
Santuş Londonda yaşasa da, Anqolanın ən varlı adamıdır. Afrikanın ilk milyarder
qadın ünvanını alıb. Ölkənin ən böyük mobil operatoru "Unitel"in, ən böyük
bankı "Banco Bic"in səhmdarıdır. Eyni zamanda xarici ölkələrin şirkətlərində
pay sahibidir. 2013-cü ilin statistikasına görə rəsmi varidatı 2 milyard
dolları keçib.
Şahzadə (ləqəbi də belədir) rus, portuqal, fransız,
ingilis dillərini bilir. Rusiya pasportu var. Azərbaycanlıların
xöşbəxtliyindənmi, nədəndir bilmirəm. Amma bu qız Joze Eduardu duş Santuşun tək
uşağıdır ki, Bakıda doğulub. Bütün keyfiyyətləri nəzərə alanda onu Leyla və
Arzu Əliyevaların mənəvi bacısı saymaq olar.
Ata və balanın bütün bu zənginliyi,
statistika rəqmlərinin fonunda Anqola kəndlərində camaat sözün həqiqi mənasında
acından ölür. Əhalinin əksər çoxluğunun günlük qazancı 2$ keçmir.
Kim deyirsə, Azərbaycan Afrikaya oxşayır, qələt
edir. Adə, utanmırsız elə söz deməyə? Bu adamı başdan ayağa tərbiyə edən tək məktəb
olub. Heydər Əliyev məktəbi. Partizan müharibəsində iştirak edən gənc Joze
Eduardu duş Santuşun neft bilgiləri heç nəyə yaramasa da, radiorabitə sahəsində
qazandığı biliklər döyüşdə qələbə qazandırıb. İndi fikirləşin döyüş şəraitində radiorabitədən
istifadəni səhra zəncisinə kim öyrədib. KQB məktəbi və dahi pedaqoq Heydər Əliyev.
Bəli, Azərbaycanın Afrikaya oxşaması fikri cəfəngiyyatdır.
Azərbaycan öz oxşarlarını bütün dünyada yaradıb. Bu yaxşılığı Joze Eduardu duş
Santuş indiyədək unutmur. Azərbaycanın bütün rəsmi günlərində teleqraf vurub təbrik
edir.
İndi deyəcəksiz islam qadağasının Heydər məktəbinə
nə dəxli? Nə olsun ki, Heydər Əliyev hakimiyyətə gələn kimi elmi ateizmi Məkkədə
ağ mələfəyə bürünməklə ört-basdır etdi. Şaumyana sevgi nitqini "mən fəxr
edirəm və hər zaman fəxr etmişəm ki, azərbaycanlıyam" söhbətinə dəyişdi.
Amma məscid sökdürmək, "radikal" dindar ovlamaq mərəzini genetik
olaraq ötürdü.
Anqolanın 53%-i xristian, qalan hissəsi
yerli inanclara ibadət edir. Müsəlmanlar isə cəmi 3%. Qocaman diktator bu 3% dənmi
qorxur? Sualın izahını yenə də Heydər Əliyev məktəbi verir. Məqsəd "radikal"
dindar ovu təşkil edərək müsəlmanları üsyana qaldırmaq. Ta ki, bombalar
partlayanadək. Və ondan sonra bütün sivil dünyaya "radikal" islamın
mövcudluğu göstəriləcək. 34 illik diktatura istər-istəməz bu "təhlükə"
qarşısında leqallaşacaq. Burda deyərlər, sən imana gəlməsən, Əl-Qaidə sizə gələr.
Deyim ki, din düşmənliyi Joze Eduardu duş
Santuşu İlham Əliyevlə qardaş edən tək cəhət deyil. Onlar bütün çətinliklər,
xalq etirazları qarşısında milli müstəqilliyin qorunması təbliğatına stavka
edirlər.
Yaxşı belə rejimlərlə nə etməli? Çoxluğun
fikrinə zidd olaraq düşməninə təsbeh deyil, silah göstərən islamçı qurumları,
dövlətləri hər zaman təqdir etmişəm. Şiəsi, sələfisi, dünyəvisi olsun fərq etməz.
Təbiətdə bir qanun var. Xəstəliyin xəstəliklə qarşısının
alınması. QİÇS virusu çoxdan məlum olsa da, Afrikadan dünyaya yayılması 70-ci
illərin sonuna təsadüf edir. Səbəb isə kütləvi vaksinasiya yolu ilə su çiçəyi xəstəliyinin
ağır formasının bu qitədə tamam məhv edilməsi oldu. Peyvənd olunmayan QİÇS xəstəsi
su çiçəyi virusu ilə yoluxdurulduqda qısa müddətə ölür. İnfeksiya yayma imkanı
qalmır.
Joze Eduardu duş Santuş cənubi Afrikanın Qəddafisi,
ailə rejimləri dünyanın QİÇSidir. Müalicəsi yoxdur. İslamçı hərəkatlar isə su
çiçəyi virusu. İndi müalicə terapiyası Suriya üzərində gedir. Kim deyə bilər
ki, Bəşər Əsədin ailə rejimi bəşəriyyətə daha çox xeyir verib? Suriya xalqını
qurtaracaqsa buyursun hər fürsətdə yaladığınız Amerika qurtarsın.
Joze Eduardu duş Santuşların da, Əliyelərin
də suyu bir bulaqdan gəlir. Məntiqli sonları da eyni görünür. Yerdə sərilmiş Qəddafi
və arxasından boylanan armatur. İslama hücumla bağlı ən kiçik xəbərə muncuq
tapmış uşaq kimi sevinən axmaqlara (başqa ad tapa bilmədim). Müasirlik
saydığınız peyin topasından başınızı çıxarın. Baxın dünyaya. Nə var, nə yox.




Комментариев нет:
Отправить комментарий