Ay brat, salam. Çoxdandır
görüşmürük. Eşitmişəm son zamanlar yaman nervinni olmusan. Çatana çatırsan, çatmayana
daş atırsan. Nervinni qaqaşlar metro, avtobus qapısını yumruqlayır. Sənsə
durmadan klavyatura döyəcləyirsən.
Ay brat, olmaz belə. Deyirlər
çox naxalnı olmusan. Dəvət olundun, olunmadın harda yeyib-içmək var ora qabırğa
olursan. Camaatın yolunu kəsib gəzmək, şellənmək, qonaqlıq istəyirsən. Üz göstərməyini
də padlo çıxarırsan. Olmaz, brat.
Qədeş, baş soxduğun yerin əvvəlcə
ustavını öyrənəsən. Qayda nədü, oranın ədəb-ərkanü nədü onları soruşasan. Yoxsa
naxalnı üz tutduğun hər yerdən atval alacaqsan. Üz göstərməyiblərsə, deməli
qrexin var. Get qrexini düzəlt, gəl. Yox, dalına-başına yaxacaqsansa, hörmətli
qonaq kimi sənə paraşanın yanını göstərəcəklər.
Ay brat, tutdurmusan ki,
aparın məni oppalara, avropalara. Gəzdirin məni yevropeyski kafe şantanlarda.
Aparmayana da söyüş qoyursan. Qədeş, dədən-baban Yevropa görüb?
Ay brat, yaxşı ki, yaxçı
oğlanlar var. İki-üç dəfə sənə şərait yaradıblar ki, gedib Yevropanı görəsən. O
vaxtlar dilmancla, can-bratlarla istirahəti yola vermisən. Bəs indi yerlərdə
sürünən ingiliscənlə, iməkləyən ruscanla hara gedirsən? Nə tələb edirsən?
Məgər məcburdur ki, səhərə
omlet, nahara bifşteks, axşama ravioli yeyəsən? Üstündən Miller, Şato Prinyon
içəsən? Yediyin qarpız olub, pendir olub, bir də lavaş. Şəhərə gələndən naharın
xardallı sosiska, geydiyin paloskalı şalvar. Arada da kabinetə gələn kolbasa. Nə
tez böyüdü iştahın?
Ay brat, yenə də deyirəm.
Yaxçı oğlanların canı sağ olsun. Keçən il aparmışdılar səni Yevropaya. Elə belə
dəvət etməmişdilər. Demişdin Böyük Bəyin dəmdəsgahından gəlirəm. O kişinin hörməti
idi ki, qədeşlər səni yevropeyski sxodkaya buraxdılar. Yoxsa nə çox idi çöldə
otlayan. Bəs sən nə etdin?
Bir özün, bir də Allah
şahiddir gedənəcən sənə viza verən ceyilin başına nə oyun açmısan. Hələ özünlə
yetinməmisən. "Bu bacıya da ver" deyib, məşuqən üçün viza almısan. "Bacı"nı
da götürüb uçmusan Yevropaya. Başa düşürük qədeş, kişi arvad saxlayar. Birin də
üstəlik. Ancaq daha sən yox da.
3 il əqdəm sən deyildinmi, o
kafe şantanların birində şalvarına kamera qoydular. Paskudalar şalvarındakını
çıxarıb el-aləmə kino göstərdilər. O vaxt hamımız dedik ki, brat bizim bratdır.
Onun əli qələmdən başqa şey tutmaz. Bəxtin gətirib paskudalar dalınca Yevropaya
uçmayıblar.
Ay brat, deyirlər adın çıxınca
canın çıxsın. Yevropeyski qədeşlərin dilində anekdot olmusan. İçib-içib necə
götünün açarını itirdiyini, oynaşınla nə oyunlardan çıxdığını hər yerdə deyib
gülürlər. Xuy s nim. Hansı yaxçı oğlanın başına gəlmir ki. Gəl ki, yaxşılığa
qarşılıq arsızlıq eləmisən. "5 gün istirahət nədir, bir ərizə yazıb bunu
10 gün eləyə bilmirsən?" - demisən. Qədeşlər ciddi sxodkaya gəldiyini
sanıblar. Qabaqlarına tüfeyli çıxıb. Onda sənə başa salıblar ki, brat, sxodka 5
günlük idi. Yemisən, içmisən, qalmısan - boynumuzun borcu idi. Oynaşını da
götür, bas bayıra.
Hələ gəlib yanıqlı-yanıqlı bir
yazı da yazdın. Bilmirəm, indiki nadincliyin
o vaxtdan qalan travmanın nəticəsidir, ya yox. Ancaq hörmət də yaxşı şeydi.
Olan-qalanı da itirməyəsən gərək. Biz səni qələm sahibi kimi tanıdıq. Daha demədik
ki, əlində oynatdığını çıxarıb klavyaturaya sürtəsən.
Ay brat, neçə gündür maşını
Lorana sürüb deyirsən ki, sizin içinizdə kişi var? Loranlı qərdeşlərimiz də
böyüyünün hörmətini saxlayıb sənə söz demirlər. Susurlar. Amma bir yerə qədər.
Bəlkə könlündən keçir ki, əlində oynatdığından onlar çıxarıb sənə göstərsinlər
və desinlər: Kişi istəyirsən? Bide kişi!
Qədeşlər panyatkalıdır.
Günahından keçərlər. Ya zənən xeylaqları haqda yazdığın paskuda söhbətlərə nə
deməli? Əlbəttə, onlar özlərinə sığdırıb sənlə söz kəsməzlər. Çünki ətraflarında
hər zaman kişi görüblər, gədə yox.
Hay-huy tutanların da tövlə
sakinləridir. Amma bu tövlədə iri baş olan da sənsən axı. Dəvə kimi kinlisən.
Gözlərin qızarıb. Elə hey ətrafına tüpürürsən. Ancaq bir bəni insan sənə yaxın
durmadığından tüpürdüyün öz başını isladır. Tutaq ki, boynun əyri, cəmdəyin əyri.
Bəs o əyri boynunu qaldırıb özündən böyük fili görmürsən?
O fil düz 25 ildir səhrada addımlayır.
Nərə çəkəndə ölkə silkələnir. Sənin kimi kol-kos otlamayıb. İndi nə etsin ki,
bir boynu əyik dəvə gəlib ona bənd olub. Yanında durub onu da əyri göstərir.
Ay brat, indi də başlamısan təhdid
mesajları yazmağa. Sənə söz deyənin sözünü tutub ona yedirdəcəyini deyirsən. Sən
əvvəlcə bu vaxtadək yediyin nanələri bir-bir qabağına qus. Ondan sonra kimisə
yedirtmək sevdasına düşərsən. Ağıllı ol, brat. Di salamat qal.

Комментариев нет:
Отправить комментарий