"İgidi
öldür, amma haqqını ver" deyiblər. Deyiblər, o halda ki, öldürən də igid
ola. 6 sentyabr gündəminin ən böyük xəbəri Lalə Şövkət oldu desək yanılmarıq. Lalə
xanımın müsahibəsindən "Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın
bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm" cümləsini çıxaran
qaragüruhun şüvən qopardığını gördüm.
Müsahibədə
pis bir şey görmədim. Əksinə mənlik gördüm. 3 ayda sifət dəyişdirən yox, 20 ildə
sınmayan mənlik. Çox təəssüf ki, müxalifət içində bir neçə ildir yoxa çıxmış
qaragüruh-gədə təfəkkürü yenidən baş qaldırıb. Mənlikli insanlar həzm edilməz
olub.
Lalə
Şövkətin bir neçə siyasi keyfiyyətini sadalayım. Məcbur qalmadıqca ara vuranlara
münasibət bildirməz. Bu vaxtacan müxalifətin heç bir siyasi blokunun
parçalanmasının təşəbbüskarı olmayıb. İntriqalarda oynamayıb. Müxalifətdəki dostlarına qarşı
"şok", "ifşaedici" bəyanatlar verməyib. Heydər Əliyevlə
yollarını əksəriyyət tək dalına təpik dəyəndən sonra ayırmayıb. Əliyevin korrupsiya
aləti olmayacağını üzünə deyərək, istefasını yazıb.
Müsahibəsində
kimin kim olduğunu agah edən xeyli maraqlı məqam var. Milli Şurada təmsilçiliyinin
sırf simvolik olduğunu, E.Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlunun
qapısına yalvar-yaxışla elçi düşdüyünü deyib. Xalq içində üzləri çirkaba
bulaşmış bu adamların arzusu aydındır. Lalə Şövkət xarizması el gözündə onların
sifətinə pudra olacaqdı. Ancaq şərt də qoyub. Milli Şurada iştirakının ancaq
Rüstəm İbrahimbəyovun ölkəyə gəlməsindən sonra mümkün olacağını.
Rustam
bek gəlmədi. İndi sual olunur. Tutaq ki, namizədliyi qeydə alınmadı, bəs özü
niyə gəlmədi? Gəlməyəcəkdisə, xalqa bu qədər bekara ümid vermək nəyə gərəkdi?
Axmaq duruma düşməyinizin acığını indi Lalə Şövkətdənmi çıxırsız?
Rüstəm
İbrahimbəyov və Milli Şura Rusiyanın deyil, Paşayevlərin dahiyanə planı idi. Məqsəd
bəlli idi. Müxalifətin olan-qalan nüfuzunu da bir araya yığıb, bataqlıqda
batırmaq. "Vurulmuş"larla Tayfa üzvlərini sarsıtmaq. Ola bilsin
İbrahimbəyovu da aldadıblar. Ancaq Eldar Namazovu yox. İlanın başı da odur. Bu
haqda ayrıca təhlil yazısı olacaq.
Ətrafdan
xəbərdarlıq siqnalları gəlirdi. Amma hər zamanki kimi qaragüruhun güruhu öz
qulaqlarını batırdı. Bir az uzağı görən partiya üzvlərini də eşitmək istəmədilər.
Bəli, Lalə Şövkət bataqlıq çirkabına bulaşmamaqla bir daha mənliyini qorudu.
Lalə
Şövkət: "Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi
Heydər Əliyevin səviyyəsinə çata bilməzlər" Adam haqlı bəylər! Milli
Şuranın tərkibinə baxsaq üzvlərinin yarısı Heydər Əliyev dövründə vəzifə almış,
sonradan dalına təpik dəymiş kimsələrdir. Əliyevin qabağında quyruq bulayanlar necə
ona tay ola bilərki?
Adamı
yandıran odur ki, həm məcazi, həm həqiqi mənada hakimiyyətin altına yatan fahişələrə
Milli Şurada mədhiyyə deyilir. Lalə Şövkət kimi mənlikli qadına isə qara
yaxılır. İctimai Palatada da vəziyyət fərqli
deyildi. Hətta biri hakimiyyətin qucağından düşən kimi İP tramplini ilə Avropaya
tullandı.
Yenə də
deyirəm. Lalə Şövkətin Heydər Əliyevin komandasında
olması ile fəxr etməsində utanılacaq bir şey yoxdur. Hamımızın bildiyi tarixdir.
Utanc yeri halal qazandığın mandatdan imtina etmək deyil, Elşad-Gülər alverindən
çıxan mandatla Milli Məclisdə oturmaqdır. Baş nazir ola-ola Naxçıvana elçi düşməkdir.
Utanc yeri Heydər Əliyevin necə biri olduğunu bilə-bilə xeyrinə istefa verib
onu öz postuna oturtmaqdır. Hər kəsin keçmişdə fəxr və utanc yeri ola bilər.
Lalə Şövkət mənliyi çətinki hansınızdasa ola.
Комментариев нет:
Отправить комментарий