Avropanın üzərində qara kabus dolaşır. Bu nə kommunizm kabusudur, nə də islam terrorizmi. Bu on illər boyu Avropanın özünü aldatma kabusudur. İyulun 22-də Norveçdə şok yaşadan partlayış və 93 nəfərin qətli ilə nəticələnmiş terror hadisəsi baş verdi. Hadisəni bəlkə də sıradan bir xəbər kimi qəbul etmək olardı. Əgər cinayətkar saqqallı müsəlman gənc olsaydı.
Lakin əsl şok terroristin kimliyi bəlli olanda yaşandı. Bu yerli, ari irqinə mənsub ideal bir Norveç vətəndaşı idi. Terrrorun qurbanları bir yana hadisə özü yuxuya getmiş qərblilər üçün yeni siyasi suallar qoydu. Hansılar ki, bu vaxtacan sadəcə iqnor edilmişdi.

