Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 12 апреля 2011 г.

Kəlləlik hesabat

Küləkli havada başıyaş havaya çıxmayın deyiblər. Bakı hər zaman küləkli olsa da, son həftələr daha şiddətli inqilab küləkləri əsir. Televiziyaları izləsək ağır xəstə bir pasienti də görərik. Adı hakimiyyətdir. Diaqnozu – miningit. Baxdıqca görürsən ki, qorxudan həqiqətən başlarını itiriblər. Neçə həftədir həbslərlə, göz qorxutmaqla, yaltaq kanallarla bu minigiti müalicə edə bilməyiblər, indi də başlarının sancısından Ağ Evin divarlarına kəllə vururlar.
Şəxsən bu hesabatı oxumuşam. Tanıdığım, hər gün qəzetlərdən oxuduğum real Azərbaycanı gördüm orda. Şərhsiz, filansız. Hesabatı hansısa jurnalistin, siyasətçinin hüquqlarının tapdalanmasını əks etdirmədiyinə görə qınamaq olar ancaq nəyisə təhrif etdiyinə görə əsla.
Bəs Əli Əhmədovun reallıqları nədir və xidmətçisi olduğu yap tayfasının?
- Günü-gündən nəhəngləşən Heydər heykəlləri altında qarışqa tək əzilən, lakin fərqində olmadıqları insan taleləri.
- Büdcədən xərclənən milyardlar fonunda kef edən məmur aparatı və görmək istəmədikləri çörəyə möhtac ölkə sakinləri.
- Hər gün ucaltdıqları milyonluq qəsrlərin kölgəsində itən yiyəsiz kənd evləri.
Son günlər aparılan siyasi həbsləri, jurnalistlərə qarşı təzyiqləri əlavə etmirəm. Onsuz da o şəxslər özləri üçün deyil, Əli Əhmədovların görmək istəmədiyi insan reallıqları uğrunda mübarizə aparırlar.

Katib daha sonra  əlavə edib:”Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına haqq qazandırmaq mümkün deyil.”

ABŞ Dövlət Departamenti AZTV deyil ki, Azərbaycanı 365 günü “Gül bayramı” qeyd edilən ölkə kimi təqdim etsin. Yaxud Girşahin deyil ki, sifarişlə reportaj hazırlayıb xalqa yedirtsin. Hesabat fövqəladə bir şey etməyib, güzgüdə əksinizi göstərib. Güzgü əksini göstərir, amma yalan danışmır. Bu güzgü o güzgüdən deyil ki, tüpürəsən və tüpürüyün ora yapışıb aşağı doğru sürüşsün. Bir dəfə, uzağı iki dəfə tüpürərsən, üçüncü dəfə sıçrayan pinq-ponq topu kimi tüpürdüyünü udmalı olarsan. Bunu Əli Əhmədov qarışıq bütün ali yapçılar yaxşı bilir və müdafiə kimi “mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmamağı” önə sürür. Bəsdirin, siz Heydərin heykəli haqqı! Bu ölkədə alçaltmadığınız bir mənəvi dəyər qoymamısınız, bəs əl uzatmadığınız bircə insan hüququ, azadlığı qalıbmı?! Sizlərə qarşı mənəvi haqq tələb edən sadəlöhv suallar qoymayacam. Çünki mən “Həyasızdan həyalan, bir çörək ver daldalan” atasözünə yox, “Dinsizin haqqından imansız gələr” devizinə inanıram.
18 ildir bu ölkənin başı miningitdən əziyyət çəkir. Yaz gəlib, ağrılar şiddətlənib. Miningit ağır xəstəlik olsa da müalicəsi var. İçərisinə yığılmış irini (özbaşnalıq, korrupsiya, ədalətsiz məhkəmə və s.) sorub çıxarmaq. Özünüzü müalicə etmənizə inanmasam da, Ağ evin və başqa-başqa ölkələrin divarlarına kəllə atmaqla gec-tez başınız kəllə-paça olacaq.  

Комментариев нет:

Отправить комментарий