Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 30 апреля 2011 г.

Gələnlər və gedənlər...

Yap öz sıralarına yeni simalar qəbul edib. Kimləri? – Artistləri. Natəvan Həbibini, Eltonu, Nazim Məmmədovu,  Aşıq Samirə Əliyeva və s. Bir sözlə hər sahədən artist var. Bardan, restorandan, toyxana mağarından. Deyəcəksiniz niyə bunlar?

Avtoritar şüurun olduğu yerdə bunlardan daha məhsuldar  meyvə gözləmək əbəsdir. Çünki avtoritar beyin( o da ancaq iki-üç nəfərin monopoliyasında olur) öz yanında düşünən insanı yox, ümumiyyətlə müti qul itaəti ilə susanları qəbul edir. Bu səbəbdən demokratiyalar tarixdə nitq deyə bilən natiqləri ilə, diktaturalar isə saray artistlərilə qalıblar. 
 
Dostlar, bunlardan yaxşısını əsla gözləməyin. 17 ildir kinosunu reanimasiyada saxlayan, uşaqları üçün bir cizgi filmi çəkməyən mədəniyyətə “qayğılar” ölkəsində incəsənət xadimi barda, restoranda yetişməyib də harda yetişəcək? 

Başa düşün ki, bu ölkədə nə qədər ciddi ədəbiyyat yaradırsızsa yaradın kitabın üstünə Heydər Əliyevin kollajını vurmadıqca ona “ciddi ədəbiyyat” deməyəcəklər. İçində nə yazırsınız yazın. Lap prikol tutun. 

Təəssüf etməyə dəyərmi? Nə danışırsız :) Bundan daha ironik vəziyyətləri hansı demokratik sistemdə görə bilərsiniz axı. Avropada bir kitab mövzusu, kino ssenarisi ola biləcək hadisələr bizdə hər gün baş verir. Onlar yoxluq böhranı keçirərkən biz necə bir sərvətə əl eləyib keçdiyimizin fərqində deyilik. Nə yaradacaqsızsa indi yaradın. Demokratiya gələndən sonra kitab mövzusu tapmaq üçün skandinaviyalılar kimi İraqın, Əfqanıstanın yolunda yesir qalacaqsınız. 

Artist gəlhagəlində bir şeyə təəssüf edirəm. Bəxtimizdən Eurovision ildə bir dəfə olur. Adam balasız ay avropalılar, Yap ildə cəmi bir artisti öz sıralarına necə qəbul etsin? Yap da vəziyyətdən duet göndərməklə çıxır. İcazə versələr gələn il trio ya da xor gedəcək. Bunlar Yap-ın gələnləri idi.

Keçən həftə həm də gedənlərlə yadda qaldı. Anar Məmmədxanov vəfat etdi. Müsəlmançılıq qaydasına uyğun ona Allahdan rəhmət diləyirəm. Anar “şən oğlanlar”dan idi. Həm şən idi, həm də şərin yanında idi. Nədənsə bu ikisi heç vaxt bir arada tutmur. Şər yanında olacaqsansa şən yox, sırtıq olmağa məcbursan. Anar ilhamsevərliliyi ilə 3 dəfə deputat seçilmişdi. Buna baxmayaq yaddaşlarda tolerant, intelligent ilhamsevər kimi də qala bilmişdi. 

Ziddiyətli həyatına baxmayaraq o həyatında bircə ciddi səhv elədi. Bir az irəli getmiş kimi olsam deyərəm ki, həyatı bahasına başa gələn səhv. Nə idi səhvi? Deputatlıq kürsüsündən öz istəyi ilə getməsi. Hakimiyyəti dəstəkləyib belə edən bəlkə də yeganə şəxsdir. Adətən Azərbaycanda Milli Məclisdən birbaşa qəbirə gedirlər. Deputat yolu bağlananda isə həbsə, ya da ömürlük xarici sürgünə. Ancaq heç kəs o yeri döyüşsüz vermir. Çünki Sovetli-bugünli bir həqiqət dəyişməz olaraq qalır. 

Vəzifə - cavanlıq mənbəyidir. Deputatlıq isə vəzifələrdən ən az stress gətirəni. Siz bir deputat yerindəki qocaların sifətinə baxın. 70 yaşlarında sifətləri qız yanağı kimi qırmızı, körpə yanağı kimi hamar və toppuş. Rahat yaşayıb, gec ölməyi düşünən şəxs xilası Çin təbabətində, dağ havasında yox deputat kreslosunda axtarıb tapar. Anar bu həqiqəti dərk etmədi. Bəlkə də dərk etdi. Şən bir insanın sırtığa çevrilmədən bu rejimdə əsla azad yaşaya bilməyəcəyini anlayaraq həyatdan getdi. 

P.S. Həftənin yekununu dostumuz Taleh Məmmədovun tarixə düşəcək bir şərhi ilə gətirmək istəyirəm. “Şərə xidmət edən heç bir nökərin faciəsi mənə təsir edə bilməz.” Məncə düşünməyə dəyər.

1 комментарий: