Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 26 июня 2011 г.

Kiçik detallar

26 iyun Silahlı Qüvvələr günüdür. Belə günü hərə öz xatirincə qeyd edir. Hərbi xidmət çəkməyənlər ura-patriot çağırışlar ataraq, hərbidə olanlar isə əsgərlik xatirələrini yada salaraq. Mövzuya bir az ciddi, bir az yumorla yanaşacam.

26 iyun idi. Hərbi hissə üçün bayram günü. Tərxis olunmağıma 5 gün qalırdı. Hərbi hissədə konsert vardı. Əsgərlər üçün oxumağa elə də məhşur olmayan amma ətli-canlı, cavan bir müğənni qız gətirmişdilər. Doğrusu nə konsert hərləyirdim, nə də gün altında durmağa həvəsim vardı. Qərargaha getdim. Kompyuteri formatlamalı idim. Bir saat sonra zampolit içəri daxil olub gülərək dedi: “Gör sənin üçün necə xalaşka gətirmişəm. Niyə konsertə tamaşa eləmədin?” Zarafatına ”Mən onsuz da 5 günə gedirəm, qoy hələ  bir il beton divar görməli olanlar baxsın, yerlərini tutmayım” deyə cavab verdim. Sonra əlavə etdi:”Keçən il İradə İbrahimova, Rəşad İlyasovu gətirib hərbi hissəni xərcə salmışdılar. İndi həm ucuz, həm də əsgərlərin kefi kök”. 
Müdrik adam idi. Bilirdi əsgərə nə lazımdır. Bayram konsertinin səhəri hərbi hissəni 3 günlük poliqon təlimlərinə yolladılar. Mamlı-matan müğənni ilə rəqs edən cavanlar elə riqqətə gəlmişdilər ki, döyüşə belə həvəslə gedərdilər. Telekanallarda tez-tez ordumuzun hərbi vətənpərvərlik hislərini qaldırmaq lazımdır deyə lazımsız propaqanda aparırlar. A kişi, əvvəlcə kiçik detalları qaldırmağı öyrənin, sonra böyük uğurlara imza atın.
Ümumiyyətlə “Mənim Babəkim, Qoç Koroğlum var” tərzində şit təbliğatdan imtina edib, feodal görkəmli milli geyimləri kənara atmaq lazımdır. Bu “pokazuxa” maksimum AZTV-nin səyyar kameralarının fonunu bəzəyər, hərbçinin isə bir işinə yaramaz.
AZTV, İTV ekranlarında hərbi quruculuğu qaldırmaqdansa əsgərin ərzaq normasını qaldırın. Qaldırın ki, yemək üçün oğurluq etməsin. Psixoloji əhvalını qaldırın, gecə ikən hərbçi yoldaşlarını güllələməsin. Seksual dünyagörüşünü qaldırın ki, azmış əsgər özündən zəif həmkarlarını zorlamağı düşünməsin. Qaldırılacaq çox şeylər var, amma bu haqda öyrəniləcək ABŞ təcrübəsi də var. 

Комментариев нет:

Отправка комментария