Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 29 июня 2011 г.

NARmassonlar

 NAR-ın müthiş sirri açıldı. Yox, yox bu Azadlıq radiosu əməkdaşı Xədicə İsmayıllının Azərphone şirkətinin Əliyevlər ailəsinə aid olması ilə bağlı apardığı araşdırmanın sirri deyil.. Heç Panamaya da aid deyil. Bu daha dərin, daha masonik bir simvolun sirrinin açılmasıdır. Nə üçün Nar?
Belə baxanda adi meyvədir. Amma dərinə gedəndə görürsən ki, təkcə meyvə deyil, Azərbaycanın özüdür. Əliyevlər səltənətinin metafizik simvolikasıdır.
Nar özü kürə şəklindədir. Kürə mükəmməlliyi bildirir. Hər tərəfi bərabərdir. Amma Azərbaycan adlı ölkədə hər kəs bərabər ola bilməz axı. Narın zirvəsinə baxın. Orda təbii tac görəcəksiniz. Narın tacı kralın bütün ölkə üstündə bərqərar olmasına işarədir. Konstitusiyaya edilən son dəyişiklikləri nəzərə alsaq artıq bizim fövqəladə kralımız var. Sadəcə adı prezident olduğundan tac taxmır. Bu səbəbdən nar alma, portağal ilə müqayisədə ideal meyvədir.
YAP-çıların məhşur ifadəsi var. “Gəlin, prezidentimizin ətrafında sıx birləşək.” Minlərlə nar dənəciyi(yəni azərbaycanlılar)  onun içində elə nizamla birləşiblər ki, sanki ideal sabitlikdir. Təbii ki, içəridə azsaylı dəyməmiş nar dənəcikləri də olur. Onları da müxalifət saymaq olar.  Narı xarici təzyiqlə kənardan da deşmək olar. Onda bəzi dənəciklər azadlığa çıxır. Amma bu uzun sürmür və hər kəsi əhatə etmir. Narın bütün ətrafı sıx qatla örtülmüşdür. Bu da avtoritar idarəetmənin möhkəmliyini nümayiş etdirir. Vaxt keçdikcə nar bərkləşir, artıq xarici bizlər də ona bir şey edə bilmir. YAP magistrlərinin gözündə nar  əbədi və sarsılmaz stabilliyi təmsil edir.
 Narın içinə fikir verin. Nar bütöv olsa da, onun daxili şəffaf pərdə ilə bir neçə bərabər hissəyə ayrılmışdır. Bu isə Azərbaycanın müxtəlif nazir-oliqarxların idarəçiliyi altında kurasiyalara bölünməsi müəmmasını açır. Vahid tac isə bütün bu hissələri bir nöqtədə birləşdirir. Pərdələrin daxilində dənəciklər(azərbaycanlılar) bərqərar olub. Ağızları nədir ki, biri o birisinin zonasına daxil olsun.
Nar tükənməz və bərq vuran sərvətin təmsilçisidir. Öz xüsusiyyətinə görə nar dənələri brilyantı xatırladır. Onsuz da soyulan hər bir azəri ömrünün sonuna qədər ən azı bir brilyant qolbağlıq rüşvət verir.
Nar Azərbaycanın talanmasının rəmzidir. Narın kiçik bir yerindən deşik açmaqla onun bütün suyunu sıxmaq olar. Necə ki, deşilən buruqlarla Azərbaycanın nefti sorulur. Avtoritarizmin polad əlləri isə dənəciklərin(azərbaycanlıların) suyunu sıxıb çıxarır. Ta skeletləri qalanacan.
Nar parlament yox, məhz prezident idarəçiliyinin simvoludur. Çünki narı parçalamaq üçün gərək onun tac hissəsini kəsib atasan. O da ani və mahir fəndlə. Başqa yerdən yapışsan zülümdür. Əlini bulayacaqsan amma nar sarsılmaz qalacaq.

          Nar xarici siyasətimizin simvolik abidəsidir. Narın xaricində ancaq onun tac hissəsi görünür. Bir də tacın daxilindəki zərif erkəkcik və dişicik telləri. Necəki Azərbaycanı xaricdə Əliyev və onun ailə üzvləri təmsil edir. El və Nikiyə qədər xaricdə başqa azərbaycanlını tanıyan vardımı?
Təsadüfi deyil ki, ölkədə narçılığın inkişafına xüsusi diqqət ayrılır. Nar festivalları keçirilir. Ölkədən kənara çıxan yeganə Azərbaycan brendi də elə nardır. Nə sirrdirsə Narmobilin əlaqədə olduğu Panamanın dili ispancadan narı googleda çevirəndə Naxçıvan alınır. Yəqin ki, Narmassonlar vaxtilə öz simvollarını gizlicə beynəlxalq şəbəklərə yerləşdiriblər. Artıq dünyaya ixrac edərək beynəlxalq bazarlara da imzalarını qoyurlar. Nar operatorunun saytında “Nar mobile dünyası” yazısı qarşısınıza çıxacaq. Deməli, hədəf bütün dünyadır.
İddialara görə Nar budda təliminin Nirvana anlayışı ilə də əlaqəlidir. Yəni həzzin zirvəsinə, tam təmin olunmuş vəziyyətə çatmaq. Belə baxsaq ailə zövq almaqda Nirvanaya doğru gedir.
Gözünüzə su verin ay frankmassonlar. Üç əsrdir əlinizə bir çəkic, bir pərgər alıb düşmüsüz ki, guya sirliyik, müəammayıq. Öyrənmək istəyirsinizsə bizim Narmassonlardan öyrənin.

3 комментария:

  1. Tebrikler bey, yazi gozel alinib!

    ОтветитьУдалить
  2. Kash ki bu insanlarin ishleri hell olunardi menim
    ishim de onlarin ichinde.Amin Inshallah.Cenab
    Prezident Ilham Aliyeva ve PA-ya defelerle mektub
    yazmisham,amma bir cavab da
    yoxdur.Charesizem,chixish yolum yoxdur.Umidin
    Allahin izni ile Canab Prezidentadir.Chox xahish edirem mene 5 illik kredit almagima komeklik
    edilsin.Maddi sixintim var eks teqdirde meni
    oldurecekler.Son umidim sizsiniz Cenab
    Prezident.Azadliq Radiosunun emekdashlarindan
    da chox xahish edirem menim sherhimi
    silmesinler.Belke mene komek ede bilecek bir Allah adami tapildi.Evvelceden oz minnetdarliqimi
    bildirirem hamiya. e-mail:elitman@mail.ru
    055-323-46-69

    ОтветитьУдалить