![]() | |||
| Sadə saatlı sadə oğlan İlham Əliyev |
Bloqqer
Vəfa Cəfərovanın hazırladığı və “Azadlıq” qəzetinin tirajladığı “İlham Əliyevin saatı neçə(yə)dir?” məqaləsinə bugün Prezident Aparatının mətbuat xidmətindən
reaksiya gəlib: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən,
adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident
təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə
üstünlük verir”
Açıqlamada
təkcə İlham Əliyevin sadə oğlan olmasına işarə etmirlər, həm də “Azadlıq” qəzetini
3 gün içində təkzib verməsələr, məhkəməyə verməklə hədələyirlər. Hədələnən
ancaq “Azadlıq” qəzetidir. Çünki bu ölkədə “İlham Əliyevin pulunu saymağa cəsarət
edən” tək qəzet də elə “Azadlıq”dır.


