Keçən həftənin müzakirə edilən ən böyük mövzusu “Eurovision” oldu. Azərbaycanlılar üçün isə Loren. Loren təkcə final gecəsi qalib olmadı. Qələbəni öncə bizlərin ürəyində qazandı. O kəslərin ki, qəlbləri saxtalaşmayıb, beyinləri manqurtlaşmayıb.
вторник, 29 мая 2012 г.
четверг, 10 мая 2012 г.
Heydər Əliyev olmasaydı...
Heydər Əliyev olmasaydı... Məktəb vaxtı, Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə tez-tez bu arqumentlə qarşılaşırdım. “Heydər Əliyev olmasaydı, biz olmazdıq. Hamımızı dənizə tökərdilər”. Nə bilim, qiyamət vaxtından əvvəl qopardı. Uşaq olsam da, bu deyilənlər mənə acizlik kimi gəlirdi. Necə yəni Heydər Əliyev olmasaydı biz olmazdıq? Fiziki olaraq bizi dünyaya gətirən ata-anamız var. Kökümüzü qoyan əcdadlarımız var. Düzdür, Heydərin heykəllərini nəvəsinə göstərib “bu babadır” deyən nənələrin cavanlığına indi də bir qədər şübhə ilə baxıram.
пятница, 4 мая 2012 г.
Yazzıq Əmrah
Son zamanlar Türkiyədən gələn mədəniyyətin azərbaycanlıların zövqünü korladığı, təhsilini əlindən aldığı, kitab oxumağı tərkitdiyi haqda geniş müzakirə gedir. Bu mövzuda yazılan yazılar, şərhlər birinci deyil, uzun illərin söhbətidir. Nəticə də belədir: “Biz Türkiyənin yaxşı tərəflərini götürüb, pis tərəflərini kənara atmalıyıq” Doğrusu, bu fikir “Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik” devizi kimi söz çərənçiliyidir.
вторник, 1 мая 2012 г.
Unudulan fəhlə
Подписаться на:
Комментарии (Atom)



