Oktyabrın 28-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs olundu. Əslində gözlənilən hadisə idi. 3 ay ərzində gedən bir döyüşün, iradələr mübarizəsinin sonu idi bu. Son da demək olmaz. Bir sonun başlanğıcı. Bizlər yox, kölə ağalarının sonu.
Amma necə başladı bu son? Sonuncu rəzilliyi nümayiş etdirməklə. Əvəz Zeynallı Ramiz Mehdiyevlərin, İlham Əliyevlərin qarşısında Qoliaf qarşısında duran David kimi mübarizə aparırdı. Kiçik də olsa sınmadan, bir şəxsiyyət nümunəsi verərək.


