Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 30 ноября 2011 г.

Twitternamə


Twitter azərbaycanlıların  nəyinə lazımdır? Azərbaycanlıların hələ də tvitteri necə işlətmək barədə konkret hədəfləri yoxdur.  Tvitterçilərimizi bir neçə qrupa ayırmaq olar.

 Çatsevərlər: Tviiter çat söhbətlərindən bezib konkret informasiyaya istiqamətlənənlərin yeri olsa da, bizimkilər burda da rahat durmur. Reply(cavablandır) funksiyasından istifadə edib dostlarının əsas səhifəsini ictimai çayxanaya çevirirlər. Facebook status və şərhləri qruplayır. Ancaq tvitterdə bu informasiya spamına çevrilir.

Follower manyakları: Adamların işi ancaq izləyici yığmaqdır. Artan say onların komplekslərini malalayır. Bütün günü ingilis, türk dilində haştaqlar (#) işarələməklə əlaqəsi olan ya olmayan adamlar yığırlar. İzləyiciləri çox olsa da tvitləri mənasızlıq yığınıdır. Çünki məqsəd yoxdur. Bunların bir alt qrupu da var:
Eqosentrist qızlar: Əvvəlcə insanları  follow(izlə) edib qarşılıqlı follower(izləyici) yığırlar. Sonra hamını unfollow edib özlərini “tək və bənzərsiz” göstərirlər. J Saxladıqları ancaq məhşur ulduz və siyasətçilərin tvit hesabları olur. 

Maraqlı fakt: Azəri qızları oğlan dostlarını əsəbləşib facebookdan silsələr də, tvitterdə saxlayırlar. Necə olmasa da qadındırlar. Özlərinə qarşı diqqətin azalmasına dözülməzdir. Bu halda üstünlükləri 2-1 olur.


Teatr tamaşaçıları: Ancaq tvit hesablarını izləməklə məşğuldurlar. “Nə var, nə yox?” məqsədilə tvitterə girər, tvitlərini nadir halda yeniləyərlər.

Məzhəkəçilər: Bütün günü tvitterdə anekdotlar, şit zarafatlar, karikaturalar paylaşırlar ya da eyni məzmunlu tvitləri retweet(təkrar paylaşma) edirlər . Facebookda da eyni uğuru qazana bilərlər. Ancaq kimsə şit zarafatlarına iynəli şərh yazanda keflərinə soğan doğranılır. Tvitterdə isə tvitlərinin retweet sayına baxıb həzz alırlar.

Media-tvit profilləri: Şirkət markası kimi ancaq öz məhsullarını reklam edirlər. Ya da onlara münasibət bildirən daha populyar tvit sahiblərini retweet edirlər. Digər tvitlərə şərh vermirlər. Ümumiyyətlə, internetə girişi və tvitter hesabı olan jurnalistin xarici informasiya almaq problemi olmasın gərək. Dünya mediasının tvitter profillərini izləməklə online ən qaynar məlumatı almaq olar. Sistemli iş üçün müxtəlif təyinatlı profillər üçün list(siyahı) yaratmaq olar. Bu sahədə tvitter RSS və Google Reader xidmətindən daha əlverişlidir.

İnformatorlar: Gündəlik hadisələri, vacib media xəbərlərini, maraqlı bloq yazılarını tvitləyirlər. Profillərinə baxdıqda “yaşadığın ölkədə nə baş verir?” sualına cavab tapırsan. Onlara mobil jurnalistlər də demək olar. Azərbaycan ictimai fikrinin ən çox ehtiyac duyduğu insanlar da onlardır. Təəssüf ki, keyfiyyətli mal kimi sayları azdır. Olardan nümunə götürmək isə gec deyil.


1 комментарий:

  1. Əziz müəllif. Sizin mənim twitter bilgilərimi sistemlərdiniz. Doğrudan da sizinlə razıyam. Teesuf ki,axırıncı sinif mikroBloggerler çox azdır.
    Uğurlar

    ОтветитьУдалить