Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 8 декабря 2011 г.

Abi, ne yaptın?!

Dekabrın 7-də Türkiyə dövləti adına utanılacaq bir hadisə baş verdi. Özümüzdən utanacaq məqam da az deyil. Tanınmış hüquq müdafiəçisi və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönərkən İstanbul aeroportunda kobudluqda üzləşdi. Minlərlə insanın gözü qarşısında polis tərəfindən döyülərək 4 saat hər kəsdən təcrid edilərək bir otaqda saxlanılıb. Deportasiya olunacağı bildirilib. Amma bu da yetməyib. Təyyarənin qalxmasına bir saat qalxmış təkrar döyülüb. Səsini kəsməsi üçün hər cür hədə-qorxu gəlinib.


Bir çox azərbaycanlı indi qaz duruşu ilə özünə sual verir: “Niyə qardaşlarımız bunu bizə etdi?” Təəcüblənməyin. Adi haldır. Hələ-hələ azərbaycanlılara edilən, illərlə Türkiyədə yaradılan “azərbaycanlı siması”nın görmək istəmədiyimiz halı.

Bugünədək insanlarımız beynində “kardeş Türkiyə” imicini yaradır. Müxalifət bunu bir ideoloji dəyər kimi qoruyarkən, iqtidar “Bir millət, iki dövlət” saxta millətçilik oyununu oynayır. 90-cı illərin əvvəli, müharibə gedərkən “kardeş Türkiye” imici bizə xeyli məsələdə paz oldu.Real məqsədlər idealizmə qurban verilərkən “rus, fars, erməni - bunlar türkün düşməni” deyən və bundan savayı beynində bir fikir olmayan xeyli axmaqlar sürüsü ortaya çıxdı. Siyasət də onların ayağına verildi.


Keçək məsələyə. Bu təxribat da ola bilər, məşq də. Heç şübhəm yoxdur ki, kobudluğu edən həmin polislər əvvəllər xeyli azərbaycanlı fahişə, fırıldaqçı, qadın tüccarı üzərində məşq keçiblər. Onları bir qayda olaraq pasportuna qara möhür vurub deportasiya edirlər. Tanımadıqları İntiqam Əliyev də onların gözündə növbəti “qara möhürlü” fahişədən fərqlənməyib.

İqtidarpərəstlərin müxalifətə ünvanlanan bir sualı var: “Niyə yaxşıları görməyib, pisləri görürsüz?” Mənsə deyirəm: demokratik qüvvələr artıq Azərbaycandan Türkiyəyə axan pisliyi və Türkiyənin də pisliyini görməyə məcburdurlar. Siyasətə idealist baxış ancaq çəhrayı eynəklərin şüşəsindən ola bilər. Bizim Türkiyə səfirliyi qarşısında, Şəhidlər xiyabanında bayraqlarla etdiyimiz aksiyaları etməyə nə varki. Bunun qat-qat  yaxşı təşkil edilmiş formasını natamam heydərçi-millətçi Qənirə Paşayevalar edə bilər və edirlərlər də. Amma bugün Milli Məclisdə qadın biznesinin himayədarı olan deputatları ifşa etməyə Qənirə Paşayevanın cəsarəti çatmaz. Amma bizlər ki, bunu tələb edə bilərik. Həm də Türkiyə mətbuatını agah etməklə, həmin şəxslərə viza qadağası qoyulmasını istəməklə.

Bugün siyasətimizdə, mətbuatımızda “qardaş dövlət Türkiyə” imici deyil, Türkiyədə qəlibləşmiş “fahişə və fırıldaqçı azərbaycanlı” imici müzakirə edilməlidir. Namuslu vətəndaşımıza əl qaldırıldıqda bunun hesabı bütün şiddəti ilə soruşulmalıdır. Əvvəlki şirin yuxuları dağıtmaq naminə olsa belə.

Kimlərsə deyəcək günahkar Erdoğan hökümətidir, nurçulardır, dinçilərdir. Əvvəlki hökümətlər nə işə yaramışki? Türkiyənin burdakı real gücü 1996-cı ildə Tansu Çillər höküməti ilə bitmişdir. Qalan bütün münasibətlər mənfəət naminə ticarətlə davam etmişdir. Türkiyəni pul qazanmaqda ittiham etməyək. Bir dövlətin iqtisadiyyatı nə dərəcə böyükdürsə, o dövlət idealist maraqlardan bir o qədər uzaqdır. Özümüzü xam yuxularda uyutduğumuz illəri ittiham edək. Bizdən kanalizasiyanın qarşısını açmaq. Pisliyi təmizləmək hökümətlərin boynuna. Hadi, eyvallah.

2 комментария:

  1. Sağ ol, Ramil. Açılmayan pəncərəyə mil soxursan.
    Qorxmursan ki, türk fanatları səni daşqalaq eləyərlər?

    ОтветитьУдалить
  2. Abay Türkiyəyə gedib belə "paz" yeyəndə məni daha yaxşı başa düşəcəklər.

    ОтветитьУдалить