Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 11 декабря 2011 г.

"Rusdilli təhsil" mifi necə dağıldı

Söz başa düşdüyüm gündən bu yana beynimi daim bir mif ilə dəlik-deşik ediblər. Bəs rusdilli təhsil yaxşıdır, rusdilli məktəbi qurtaran oradan alim olub çıxır. SSRİ vaxtı bürokrat azərilər üçün bu inkar olunmaz aksioma idi. Aradabir, indi də belə düşünənlərə rast gəlinir. 

7 dekabrda Afisha.ru saytında bir müsahibə getdi. Müsahibəni özünü “rus sektoru”nun nümayəndəsi sayan Səriyyə Əliyeva adlı bir qız verib. Müsahibə Azərbaycan internet məkanında partlayış yaratdı.

 Personanın vacibliyi ilə yox, məzmunun idiotizmliyi ilə. 20 yaşlı qızın müsahibəsinə xeyli atmacalar oldu, karikaturalar çəkildi, səhifə belə yaradıldı. Tənqidçilərin elə böyük kütləsi həmin “korennoy bakines” rusdillilər idi. Etdikləri ilə bir qıza yox, özlərinin içində olduğu amorf təbəqənin faciəsinə gülürdülər.

Haradan çıxdı bu rusdillilər? SSRİ vaxtı Gədəbəyin ucqar dağ kəndindən gələn bir adam Bakıda institut oxuyur, azərbaycan dilində təhsil alır, bir sözlə adam olurdu. Ancaq vəzifə tutandan sonra adam uşağını rus məktəbinə qoyur, öz dilinə xor baxırdı. Çünki perspektivli gələcək üçün “Böyük Qardaş”a nümunəvi nökər olmaq tələb olunurdu.

“Korennoy bakines” kimi saxta bir ifadə bəlkə tariximizdə olmayıb. Sənayeləşməmiş Bakının əhalisi çox cüzi idi. Onlar da Qubadan, Şamaxıdan gələnlər. Kimlər idi bu “korennoy bakines”lər? Vaxtilə Bakıya günəmuzd nökər kimi işləməyə gələn iranlıların nəsilləri. Çar yıxıldı, sovet gəldi. Gülllələnən, müsadirə edilən bəy evlərinə onlar yerləşdilər. Bolşeviklərin hesabına var-dövlət, təhsil alıb adam oldular. Onları ayırd etmək elə də çətin deyil. Baş, saç quruluşunda iran genotipi aydın sezilir. Elə bir çoxunun familiyasının –zadə sonluğu ilə bitməsi çox şey deyir. Sovet vaxtı bəy nəslindən olasan, Tarqovida yaşayıb, -zadə familiyası daşıyasan, mümkün deyildi. Həyatın Maqadanda bitərdi.

Bir sözlə rus dilini öyrənib vəzifə tutdular. Qonşuluqda yaşayan erməni, chud, ruslarla calaq olub, metamarfoz etmiş amorf  bir nəsil yaratdılar. Nə öz dilləri var idi, nə də etnik tərkibləri məlum idi. Bu səbəbdən SSRİ dövrü məhşur devizləri yaranmışdı: «Ест такая – Бакинская нация»

Keçək Səriyyəyə. Kimdir Səriyyə? 5 dil bilən, BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin  tələbəsi. Xaricdə olmuş, şəhər mərkəzində yaşayan gənc. Rusdillilərin qaymağı. Müsahibəsi fövqalədə bir şey deyil. Şəhər mərkəzində nə varsa onu təsvir edib.

Ancaq gəlin qurduğu cümlələrə baxaq: “Мой молодой человек из азербайджанского сектора — и он очень хороший. Самостоятельный, с 16 лет работает, учится в университете. Он заинтересован во взрослой жизни — и я как нормальная девушка мечтаю выйти за него замуж. Да, тут я отключаю русский сектор!” Ən çox da bu ifadəsinə ilişiblər. Qız demək istəyib ki, azərbaycan dilli oğlanla danışarkən rus dilindən imtina edirəm.

Bu komik vəziyyət təkcə Səriyyənin deyil, bütün Azərbaycan təhsilinin faciəsidir. Məlum olur ki, qız həyatında qrammatika kitabından başqa ədəbi kitab mütaliə etməyib. 5 dil öyrənib, ancaq qlamurluq brendi olan rus dilində belə düzgün cümlə qura bilmir. Çünki bunların valideynləri uşaqlarına yaslidə rus dili öyrədir, 5 yaşında ingilis dili üçün repetitor tuturlar. Ana dillərini isə heç vaxt  öyrənmədiklərindən sonunda belə bir natamam məxluqlar ortaya çıxıb. Səriyyə tək deyil, Tarqovıda, Səbayil, Nəsimi rayonu üzrə qızlı-oğlanlı minlərlə Səriyyə yaşayır.

Səriyyəyə karikatura çəkən qaquliklərə gəldikdə. 100-ə yaxın fotoşop məhsulu yaradıblar. İçlərində xeyli yaradıcı iş də var. Ancaq ölkədə siyasi karikatura yaradan adam bir əlin barmağı qədər deyil. Bunlar da “eşşəyə gücləri çatmadıqlarından, palan döyürlər”. Ən azı qibləgah saydıqları Rusiyaya baxsınlar və Azərbaycanın bərbad vəziyyəti naminə nümunə götürsünlər.

Mən də SSRİ-də doğulmuşam. Yaşadığım məhəllə tam bir internasional idi. SSRİ dağılanadək azərbaycanlılar etnik azlıq idi həyətdə. Nə yaxşı ki, atam seçimini azərbaycan dilindən etdi. Balaca rusdilli zombilərə bənzəməyimdə heç zaman təkid etmədi. Dil də öyrəndim, yüksək təhsil də aldım. Bugün əlim qələm tutursa, vətəndaş mövqeyim varsa onu bir qərara borcluyam.

Son söz olaraq; keyfiyyətli “rusdilli təhsil” ya da azərbaycan təhsili yoxdur. Sovet təhsili var idi. Kim o təhsil sistemində oxudusa, nəsibini aldı. Bir şeyi birdəfəlik dərk etmək lazımdır. Heydər Əliyev heykəlləri kölgəsində, yaltaqlıq respublikasında, Misir Mərdanov himayəsi altında nə rusdilli təhsil ola bilər, nə də azərbaycandilli. Olsa-olsa bu cür yetişən debil ordusu mövcud ola bilər.

P.S. Səriyyənin gürcü həmyaşıdının da müsahibəsini oxuyun. “Qızılgül inqilabı”nın fərqini hiss edəcəksiniz. O zaman “bunun yerinə başqası gəlsə nə fərqi olacaq?” sualını verməzsiniz.


3 комментария:

  1. Çox maraqlı və düşündürücü yazı! Xüsusən də "Misir Mərdanov himayəsi altında nə rusdilli təhsil ola bilər, nə də azərbaycandilli" məsələsini çox düzgün vurğulamısan. Amma bakinets fenomeninin formalaşması və təsvirində çox ümumiləşdirmə aparmısan, özü də revizionizmə yol vermisən. Bakinets fenomeni çox qəliz və kompleks fenomendir. Belə ümumiləşmiş təsvirlə onu tam açmaq olmaz.

    ОтветитьУдалить
  2. Və bir məqamı da çox doğru göstərmisən - Səriyyə haqqında nə gəldi yazırlar, cürbəcür karikaturalar yazırlar. Amma siyasi hakimiyyətlə bağlı bir nəfər karikaturist tapmaq müşkülə çevrilib. Niyə? Çünki Səriyyə zəifdir, qadındır, onu tənqid etmək, ələ salmaq cəzasız ötüşəcək :)

    ОтветитьУдалить
  3. "Heydər Əliyev heykəlləri kölgəsində, yaltaqlıq respublikasında, Misir Mərdanov himayəsi altında nə rusdilli təhsil ola bilər, nə də azərbaycandilli." Bu söhbətdən sonra məndə də formalaşan fikir belədir. Karikaturaların hazırlanması, boş-boş statuslar azərbaycanlıların bayağılğa olan tələbatını göstərdi.

    ОтветитьУдалить