Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 25 декабря 2011 г.

Ovçu, qoy işığı söndürüm.

Super həftəsonu oldu. Özüm üçün yox. Bu iki gündə baş verən hadisələr ironiya dozasına görə ilin akkordunu vurdu. Əvvala, prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. Eyni ayda atasının ölüm gününü hüznlə qeyd edib, ardınca tort-paradlı ad günü keçirmək xöşbəxtliyi hər adama qismət olmur.

 24 dekabrda mətbuatda ənənəvi sual yarandı: İlham Əliyev haradadır? Cavab PA-nın şöbə müdiri Əli Həsənovdan gəldi. “İlham Əliyev ad gününü Qarabağda - cəbhə xəttində qeyd edəcək.” Səhərisi məlum oldu ki, İlham Əliyev Ağcabədidə Ağgöl ərazisində ov istirahətində imiş. Oppaa, bax belə-belə işlər.

Belə siyasi piar “oblom”u birinci dəfə deyil. Daha əvvəllər Əli Həsənov az domenini familiya sonluğu kimi götürmək, “internet gəzəyən pişik” söhbətləri ilə çox populyar olmuşdu. Elə həftə olmur ki, hər hansısa açıqlaması ilə ictimaiyyətə məsxərə olmasın. Məndə belə təəsürat yaranır ki, Əli Həsənov iqtidar içində pusqu qurmuş gizli müxalif, agent-dissidentdir. Həlledici məqamlarda bu cür fəndlər işlədərək hakimiyyətin 17 ildə yaratdığı qorxu xofunu heçə endirir, X gününə hazırlaşır. Çünki yumor-məzhəkə qorxu xofuna qarşı ən təsirli silahdır.

H.Əliyev dövründə də cəbhə xəttində səngər içində piar fotolar çəkilərdi. Nədənsə bu fotolar hər zaman yandan çəkilərdi. Erməni mövqeləri əsla fotokameraya düşməzdi. Nəzərə alsaq ki, o dövrdə “birdən sui-qəsd təşkil edilər” qorxusu ilə aeroport yolu boyu bütün yaşıllıqlar doğranmışdı. Ancaq Elnur Astanbəyli demiş “H.Əliyev dövrünün yaltaqları daha səviyyəli, daha intellektual idi.” Apardıqları piarla sadəlöhv xalqı inandıra bilmişdilər.

Sumqayıtda keçirilən tort paradı və orda toplaşan insanlara nəzərən. O mənzərələrdə iştirakçı olan, qırıntılara belə qarışqa kimi daraşan insanlar əsl rəiyyətdir. Dilənçi kimliyidir. Krala layiq kütlə rəiyyət olar, vətəndaş yox. Bütün xalqlar əvvəlcə rəiyyət olub. Hansılar ki, tirana qarşı mübarizə aparıb, kimliyini təsdiq edib, vətəndaş adını qazanıblar. Həşərat həyatını seçənlər həşərat münasibəti də görəcəklər.

      Həftənin finalını Azadlıq qəzetinin yubiley ziyafəti və hakimiyyətin yaşatdığı biabırçılıq qoydu. 15 dəqiqə sonra işıqlar söndürülüb, ofisiantlar çölə çıxarılıb, qonaqlardan getmələri istənilib. Müxalifətin və qəzetlərin hansısa tədbirini pozmaq, yer verməmək mütəmadi haldır.


Yaxşı, 150 nəfər qonağı olan qəzet redaktorunun “Biz istəmirik kiminsə çörəyinə bais olaq.” deməsi və bundan sonra qonaqların sakitcə dağılışması nə deməkdir? Bu ölkədə şəxsiyyətsiz hərifin daha biri çörəksiz qalacaqsa, belə hərəkət vətənə, millətə əsl xidmətdir. Fahişəyə belə pul verdikdə onu fahişə adlandıra bilməzsən. Çünki pul çox xidmətə verilir. Ancaq fahişə pozğunluğunu bəyan etməyə məcbur qalanda fahişə kimliyi ortaya çıxır. Sakitcə getmək yox, 2-3 saat dirənmək lazımdır. Qoy sizi oradan polis zoru ilə çıxarsınlar. Piket deyil ki, parkı, küçəni göstərsinlər. 5-10 nəfər deyil ki, “xuliqanlıq” kimi təqdim etsinlər.


Bu ölkədə o nüfuzda qəzet adi gənc Dəyanət Babayev, Rövşən Nəsirli qədər özünə hörmət tələb etməyəcəksə, o zaman JEK müdirindən də hörmət gözləməyə dəyməz. Nə yaxşı ki, müxalifət liderləri qətiyyətləri ilə vəziyyəti xilas etdilər.

Bütün neqativlərə baxmayaraq əla həftə oldu. Ovçu ovda ovlandı, hakimiyyət restoranda.

Комментариев нет:

Отправить комментарий