Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 20 декабря 2011 г.

Ne oldu böyle, nə oldu qaqa?!


19 oktyabr günü AXCP sədri Əli Kərimlinin gənclərlə görüşü baş tutdu. Baş tutdu desək ucuz çıxar, bütün gözləntilərimizi yaxşı mənada alt-üst etdi. ADP-nin qərargahında keçirilən bu görüşdə yerlərin dolması bir yana, zalda ayaq basmağa yer qalmamışdı. Səhnə də doldu. Gələnlərin bir qismi çıxışları koridorlarda dinləməli oldu. Rəqəmlərlə spekulyasiya etmədən deyə bilərəm ki, 400-500 arası adam vardı. 95% gənclər.

Belə bir fikir var ki, elə hər yerdə eyni gəncləri görürük. Bu dəfə bir başqa oldu. İctimai sektorda aktivistlik edənlərin əksəriyyəti gözə dəymirdi. Müttəfiq partiyaların heyəti də həmçinin. Gələnlərin də haqqını yeməyək. Bir daha təşəkkür. 


Tədbirə gələn gənclər əvvəllər görmədiyimiz gənclər idi. Kimlər idi onlar? Yollarda, çayxanalarda, məhəlləmizdə gördüyümüz adi gənclər. İlham Əliyevin 900 minlik iş yerində işsiz qalan diplomlu işsizlər ordusunun əsgərləri.

Tədbir hansı şəraitdə keçirilirdi? Heç bir telekanalı, radiosu, maliyyə resursları, hətta öz qərargahı olmayan bir təşkilatın rəhbərliyində. Amma nəticə!

 Bu ölkədə gəncliyin fəallığına ümidimi heç vaxt itirməmişəm. Ən qara vaxtlarda da. Ancaq elə bu an hakimiyyət nümayəndələri qara-qara düşünür. “Biz bunlara qarşı hər cür hədə-qorxunu gəldik. İmkanlarını aldıq. Gözlərini qorxutmaq üçün Cabbarı, Bəxtiyarı daha neçə gənci həbs elədik. Eləmədiyimiz alçaqlıq qalmadı. Bəə niyəə hələ də gəlirlər. Özü də arta-arta?”

Cavab: Sizlər bu xalqı nə qədər darta-darta bataqlığa aparacaqsızsa, onlar da arta-arta gələcəklər. Bəzi qoca bürokratlar düşünə bilər ki, güc işlətməklə, göz qorxutmaqla insanları eşşək yerinə qoymaq olar. Hələ bir 20-30 il sürmək də olar. Amma bu gənclik özünün eşşək yerinə qoyulmasına heç vaxt dözməz.

 17 ildə bütün demokratik düşüncəni məhv etdiyinizi düşündüz. 17 il nədir ki, Qəddafi belə eksperimenti 42 il apardı. Hər cür kefi gördü. Axırı nə oldu? Öləndən sonra dalına çomaq soxdular.

İndinin yapçısı keçmiş  kommunistlər Marksın bir ifadəsini yaxşı xatırlayarlar. “Proletariatın qolundakı zəncirlərdən başqa itirməyə heç nəyi yoxdur.” Bax vəziyyət bu vəziyyətdir. Xalqına etdiyi laqeydlik və avtoritarlıqla İlham Əliyev indi atası Heydər Əliyevə rəhmət oxutdurur. Çünki H.Əliyevin vaxtında “əşşi siyasətə baş qoşmadan, alver eləməklə də yaşamaq olar” xəyalı vardı. Razıyam, alababat yaşamaq olardı. İndi gəl taxtadan qurduğun daxmada yaşaya bilirsənsə, yaşa. Evini sökən polis də deyəcək ki, “biz prezidentin əmrini yerinə yetiririk”. Sulutəpə söküntüsünün videosuna baxan əmin ola bilər.

Qurbanlıq qoyuna çevrilmədən müqavimət göstərmək istəyən xeyli gənc var bu ölkədə. Arta-arta sizə tərəf yox, demokratiyaya tərəf gedəcəklər. Hələ gec deyil. Qzandığınız milyardların mində birini bu gəncliyə sərf eləmək, insanlıq nümayiş etdirmək kifayət edər ki, ən radikal gənc belə loyallığını bildirsin. Yoxsa nəticə hamı üçün birdir. O Qəzzafi, o çomaq.

Комментариев нет:

Отправить комментарий