Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 18 декабря 2011 г.

Rus I-nqilabı


“Ərəb baharı”nın qaynar küləyinin heç zaman Rusiyaya gedib çatacağını düşünməzdik. Elə bildik ki, bu külək elə Qafqaz dağlarındaca soyuyub mehə çevriləcək. Ancaq 4 dekabr Rusiya seçkiləri dünyanı və dünya görüşümüzü dəyişdi. Seçkilərdən həmən sonra etirazlara çağırışlar başladı. 5-6 dekabr günləri siyasi aktivistlərin küçələrdə etirazı və polislə toqquşmasını internetdən canlı yayımda gördük. Və nəhayət Moskvanın mərkəzində “Bolotniy” meydanında azı 50 000 nəfərin keçirdiyi mitinq. 20 ildə görülməmiş hadisə.

Necə oldu “Ərəb baharı” Qafqaz dağlarını hoppanıb Rusiyaya çatdı, ümumiyyətlə bu “Ərəb baharı”nın təsiri idimi? İstənilən uğur spontan olmur. Nəticəyədək uzun yol keçilir. Fərq etmədiyimiz, görmək istəmədiyimiz fəaliyyət.

Əminliklə deyə bilərəm ki, Rusiyadakı müxalifət Azərbaycandan zəifdir. İstər təşkilatlanma, istər putinizmə münasibət baxımından. Yavlinskinin, Proxorovun natiqlik qabiliyyəti Əli Kərimlinin, İsa Qəmbərin natiqlik qabiliyyəti ilə müqayisədə gülünc görünür. Dumada müxalifət adına oturan kommunistlər və jirinovskilər isə satın alınmış qoca nomenklaturadır.

Müxalifət yoxdursa aktivlik hardandır? Fərq etmədiyimiz internet gəncliyi və dayanmadan yazan və putinizmi tənqid edən bloqqerlər. Kamikadzedead, GrazhdaninPoet, carambatv.ru, RapinfoTV və onlarla auditoriyalı youtubekanal. Bu video kanalların və onların aparıcılarının reytinqi milyonlarla izləyicidir. Bir video buraxılış yüz min baxış toplayır. Kəmiyyət bir yana keyfiyyət, yumor öz qaydasında. Təbii ki, bunlar qrantlar sayəsində olmadı, kimlərsə “krışa”larına da güvənmədi. Gərgin iş, nəticəni gözləməyən fəaliyyətlə oldu.

İllərlə ümidimizi bağladığımız telekanallar Rusiyada da yoxa çevrildi. Moskva və digər şəhərlərdə aktiv bloqqerlər hərəsi bir canlı yayım mərkəzinə çevrildi. İnformasiya blokadası yarıldı.

http://www.livejournal.com/ bloq şəbəkəsi on minlərlə rusiyalı bloqqeri birləşdirir. Əksər yazı sahibləri bloqqer-jurnalistlik edərək konkret faktlarla məmur aparatını ifşa edir. Milyon nəfərin ip-nin qeydə alındığı şəxsi bloqlar var. Siz bütün bunları Rusiya əhalisinin çoxluğu ilə izah edə bilərsiniz. Amma hədəfiniz Azərbaycan əhalisinin 5%-i belə deyilsə, ümidlərinizi nə Qərbə, nə də müxalifətə bağlayın.

Yazacaq çox söz var. Ən yaxşısı canlı dinləməkdir. 18 dekabr yəni sabah saat 15:00 da ADP-nin qərargahında(Təfəkkür universitetinin qarşısı) Əli Kərimlinin gənclərlə görüşü olacaq. Əslində bu görüş gənclərin gənclərlə kütləvi görüşüdür. Çalışacam internet strategiyası haqqında geniş məlumat verim. Yeni hədəflərlə 2012 bizi gözləyir. Mən isə sizi gözləyirəm.

Комментариев нет:

Отправка комментария