Bir əvvəlki yazımda yazmışdım ki, həftə olmur ki, Əli Həsənov hər hansı açıqlaması ilə ictimaiyyətə məsxərə olmasın. Səhv etmişəm. Plan artıq günlük normaya keçib. Gülmək üçün yetər ki, mətbuatı izləyin və növbəti günü gözləyin.
Türk atasözü var: “Yalançının şamı yatsıya qədər yanar” Əli müəllim 5 dəqiqə belə dözə bilməyib. Kim nə deyir desin, bu sürətlə inqilabı bu kişi edəcək.
Keçək məğzə. Ov eləmək nə vaxtdan yaraşmaz hərəkət olub? Oğuz elinin qədim adətidir. “Milli dəyərlərimizə sadiqiq” deyən sizlər deyildiz? Hər halda ilin bu vaxtı göl qırağına çimməyə də getməzlər.
Kostyumda ov etmək olmazmış. Niyə? Kostyum da qandal deyil ki, 2 aprel məhbuslarının biləyinə keçirəsən. Günün günorta çağı bir əmrlə Əvəz Zeynallı kimi jurnalisti kostyumda ovlatdırmaq olur, amma göl qırağında ov eləmək olmur?!
Açıqlamadan belə görünür ki, prezident hər işi kostyumda görür. Kostyumda açılış edir, kostyumda avtobus sürür, turnikdə çəkinir. Bir sözlə, hər yerdə kostyum. Axı insan yatanda, istirahət edəndə belə bu kostyumu çıxarmalıdır. SSRİ avtoritar üsulları bu insanların beynində qəlpə kimi ilişib qaldığından, kostyum da əyinlərində qəfəs kimi durur.
Müxalifətə nifrət edirsiz. Aydındır. Qərbi dinləmirsiz. Bu da sirr deyil. O zaman gözünüzü açıb səcdəgahınız Rusiyaya-Putinə baxın. Ovda olmaq, kostyumsuz, elə yarıçılpaq gəzmək insana necə yüksək imic gətirir, öyrənin. Seçkini saxtalaşdırmanın hər yollarını öyrənirsiz ki.
![]() |
| Putin ovda - Kostyumsuz |
![]() |
| Putin göldə - Şalvarsız |
![]() |
| Putin balıqda - Qalstuksuz |
Sadə rusun gözündə Putin - əsl kişi, rus mujiki.




Комментариев нет:
Отправить комментарий