Mən və məndən aşağı yuxarı 3 yaş fərqi
olanlar keçid dövrünün uşaqlarıdır. Biz Yeni il yaxud "Yolka bayramı"
adlanan hadisəni bütün parıltısı və sönülklüyü ilə yaşamışıq. Məktəbə gedəndə
meydan hərəkatı başladı. Əlifba bayramı qeyd edəndə "Qanlı yanvar".
понедельник, 31 декабря 2012 г.
Hacı şarlatanlar
Elşad Abdullayevin son videosu Parisi partladan
bomba kimi düşdü. Ədalətin təminatçısı olacaq hakimin reyket-quldur
rejimin bir zəngi ilə onlarla adamın taleyini məhv etdiyini öz ağzından
eşitdik. Amma videoda bir məqam diqqət çəkdi. Elşadın hakimə tez-tez
"Hacı, qardaşımı qaytar" deməsi. Cani hakim həm də hacı imiş.
"Spasibo İлХАМ"
Hər dəfə
saxtakarın, rüşvətxorun bayraq sevgisini görəndə nədənsə yadıma
"Spasibo" filmi düşür. Daha dəqiq filmdə çükünü
sallaya-sallaya üçrəngli yorğan altından çıxan çılpaq uşaq. Aktyor Nicat
Kazımovun baş rolda oynadığı "Spasibo" filmi 1998-ci ildə çəkilib.
Zamanında film diqqət çəkməmişdi. Çünki bugünləri hələ yaşamamışdıq.
Pavlik Morozov bağışla bizi
İnqilab haradan başlayır? Üsyanlardan, aksiyadan, mitinqdən,
ya bir nəfərin qətlindən.
Bunların hamısı var. Ancaq inqilab öncə oğulların atalara üsyanından başlayır.
Oğulun ataya "Sən getməlisən!", "Dəyişməlisən!" sualını
vermədiyi evdə və minlərlə evdən ibarət o ölkədə inqilab olmaz, ola bilməz.
Olsa-olsa inqilabın parodiyası olar.
пятница, 28 декабря 2012 г.
Nə günə Qaldın Tural
İnsanlar var ki, bir ömür yaşayır, özünü
tapa bilmir. Nə istədiyi peşədə işləyir, nə bacardığı. Varlı olur, cəmiyyətdə
siması olmur. Gənc vaxtlarının miskin xatirələrilə ömrünün sonun sayır.
Подписаться на:
Комментарии (Atom)




