Bu yaxınlarda oxudum ki, Britaniyanın ən
az qazanan təbəqəsi yazıçılarmış. Orta statistik peşəkar Britaniya yazıçısı bir
ilə 11 000 funt-sterlinq (ayda təxminən
1000 manat) qazanır. Söhbət “full time” yazıçılardan gedir. Yəni roman yazmaqdan
başqa heç nə ilə məşğul olmayan, çörəyi qələmdən çıxan adamlar. Ayda 1000 manat
sizə çox görünə bilər. Londonda bu pula yaşamaq bizim dildə acından ölmək deməkdir.
пятница, 25 июля 2014 г.
понедельник, 21 июля 2014 г.
"Qazaxşina" söhbətinə bir balaca İZAHAT
1937.az saytında “Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlının həmin saytda gedən “Eybəcər “qazaxşina” və şəhər nəsri”
məqaləmə münasibətini oxudum. Təəssüf ki, yazının məzmunundan ancaq başlığa və
bir-iki abzasa reaksiya verilib. Akif Aşırlını ədəbi mühitdən tanımasam da, məqalə
ilə bağlı aydınlıq gətirməyə ehtiyac duyuram.
четверг, 17 июля 2014 г.
вторник, 15 июля 2014 г.
Lənət bombası
İsrail növbəti dəfə Fələstini bombalamaqda davam edir. Amma
bu düşən bombalar o qədər əsəb yaratmır, nəinki “facebook” mərsiyəxanlarının
paylaşdığı vəhşət fotoları, ah-vaylı statuslar. Bütün bu virtual Kərbala müsibətinə
baxıb deyirsən: nə olardı, Nuru paşa Bakıda olardı. Yığardı bu zəncirvuranları
zirehli vaqona. Göndərərdi Fələstinə, İraqa. Əsl cihada.
воскресенье, 6 июля 2014 г.
Başkəsən yumoristlər
Son ay mətbuata ən çox xəbər mövzusu
olan hadisə İŞİD təşkilatıdır desəm, yəqin yanılmaram. Yeni adı ilə İslam Xilafəti.
Bu dəqiqə İraqda əsl vətəndaş müharibəsi gedir. Sünni və şiə cəbhəsinə ayrılan
ideoloji müharibə. Eynən bir əsr əvvəl Rusiya bolşeviklər və monarxistlər
arasında bölünən kimi.
Подписаться на:
Комментарии (Atom)





