18 oktyabr
Müstəqillik günü münasibətilə əfv fərmanı imzaladı. Əfv üçün müraciət edən
nidaçılar azadlıq gözləyirdi. Əslində isə gözlənilən oldu. Siyasətdə ən pessimist proqnoz ən real proqnozdur.
пятница, 31 октября 2014 г.
вторник, 28 октября 2014 г.
Azərbaycan kişisinin xilaskarı Nino
“Əli və Nino”
– bu ad kimin üçün iki gəncin sevgisi, bir digəri üçün gürcü və azərbaycanlılar
arasında ortaq dəyər deməkdir. Mən isə bu romanda bir millətin taleyini və Azərbaycan
kişisinin xilasını gördüm. Əgər səlahiyyətimdə olsaydı, 11-ci sinif şagirdlərinə
Azərbaycan tarixi kitabından öncə bu romanı oxutdurardım.
пятница, 17 октября 2014 г.
Seks-cihada uduzan azad seks maarifçiləri
Qərb-Şərq qarşıdurması Azərbaycan
publisistikasının əbədi mövzusu olub. XIX əsr maarifçilərindən bu yana. Gəl ki,
XXI əsrdə yazanlar bu mövzunu çevirmişdilər çeynənmiş saqqıza. Baş getmişdi 150
il əvvələ, bədən qalmışdı indiki zamanda. Yazdıqları yazılarda istiqamət bir
idi. İdeal Qərb dəyərləri, nifrətəlayiq Şərq. Ancaq elə bir zaman yetişdi ki, Qərb
illüziyası darmadağın oldu. Elə Qərbdən Şərqə döyüşməyə gələn avropalı
cihadçılar tərəfindən.
понедельник, 13 октября 2014 г.
Nobelçi Məlalə və şpaqat açan Şəlalə
Cümə günü Nobel sülh mükafatının qalibləri
elan edildi. 17 yaşlı pakistanlı qız Məlalə Yusufzay, hindistanlı hüquq müdafiəçisi
Kaylaş Satyarti uşaqların təhsil hüququ uğrunda apardıqları mübarizəyə görə bu
fəxri ada layiq görüldülər. Dünyanın diqqəti isə Məlalənin üzərindədir. Bu qəhrəman
hər hansı məşhur siyasətçi yox, başı hicablı, bəstəboy, müsəlman qızdır. O,
dünyanın ən gənc Nobel laureatıdır.
вторник, 7 октября 2014 г.
Qurbanı qınayıb, hinduşkaya susanlar
Müsəlman aləmi Qurban bayramını qeyd
etdi. Müsəlmanlarla birgə azərbaycanlılar da. Bayramlardan, bəlkə də, ən
yaxşısıdır. Azərbaycanlının qonşusuna real xeyri dəydiyi tək gündür. Bir aylıq
Ramazan belə Azərbaycanda Qurban günləri
kimi özünü hiss etdirə bilmir. Havalar isti keçirsə, oruc tutmaq düşür təxirə.
среда, 1 октября 2014 г.
Pompeyi meyxanaçıya çevirən ölkə
Bir müddət əvvəl “kulturoloq” kimi təqdim
edilən Elmir Mirzoyev Azərbaycan və azərbaycanlıların maraqsız olması ilə bağlı
yazı yazmışdı. Adətən, belə mövzularda yerli oxucu neqativə yüklənir. Özünütənqidlə
barışır. “Əşşi, bizdən adam olmayıb, olmayacaq” – deyib keçir. Sadə vətəndaş
pessimistliyə qapıla bilər. Amma yaradıcı adamın, xüsusilə, qələm sahibinin belə
söz deməyə haqqı yoxdur. Azərbaycan nəinki maraqlı ölkə, şedevr əsərlər üçün
ideya cənnətidir.
Подписаться на:
Комментарии (Atom)



