воскресенье, 15 ноября 2015 г.
пятница, 31 июля 2015 г.
Təpəgözdən imtina məktubu
İyulun son həftəsi iki müxalif simanın deyil, bu dəfə onların qohumlarının həbsi ilə yadda qaldı. Jurnalist Qənimət Zahidin Azərbaycanda yaşayan 3 qardaşı oğlu həbs olundu. Onlardan birinə narkotik saxlamaq ittihamı ilə həbs qəti-imkan tədbiri seçildi. İkinci hadisə Meydan TV-nin baş redaktoru Emin Milli ilə bağlıdır. Eminin qaynı da Qənimət Zahidin qardaşı oğlu kimi eyni ittihamla həbs olunub.
воскресенье, 31 мая 2015 г.
Lazımsız təhsilin studentləri
Bir neçə
gündür spiker Oqtay Əsədovun qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisdə dediyi ifadə
ictimai sektorun ağzından düşmür. Adam nə deyib? Deyib ki...
“Beş min tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub". Deyib deməsinə, amma adam nəyi səhv deyib? Oqtay Əsədov bunu indi deyir. Deyərdim ki, çox gec deyib.
“Beş min tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub". Deyib deməsinə, amma adam nəyi səhv deyib? Oqtay Əsədov bunu indi deyir. Deyərdim ki, çox gec deyib.
пятница, 24 апреля 2015 г.
Sülhün vicdanı
Erməni genosidinin 100 illik ildönümü gəlib çatdı. 24 aprel Osmanlı ermənilərinin sürgününün başladığı gündür. 100 il əvvəl konkret nə baş verməsi ilə bağlı ətraflı məlumatım yoxdur. Ancaq 1915-ci ilin acısını ermənilərə unutdurmaq, ya da yumşaltmaq üçün Türkiyə hökuməti az iş görmədi.
вторник, 31 марта 2015 г.
Qadın romantikasına dəyən 50 zərbə
E.L.Ceymsin “Bozun
əlli çaları” romanı əsasında çəkilmiş eyniadlı filmi xeyli müzakirə olundu. Nəinki
xaricdə, elə bizdə də. Əksəriyyətin fikri mənfi idi. Lakin filmə ilk baxdığım
andan süjetə heyran oldum. Bu film deyildi, qlamur ədəbiyyat diktaturasında əsl
dövlət çevrilişi idi.
воскресенье, 22 февраля 2015 г.
Manatı necə dirildək?
Adətən qar yağan gün internetdə
toy-bayram olur. 21 fevral tarixində millət elə şok yaşadı ki, gözləri önündə düşən qar dənəcikləri yox,
manat oldu. 1 ABŞ dolları 79 qəpik ikən, Mərkəzi Bankın qərarı ilə dollar 1 manat
5 qəpik oldu. Devalvasiya bərabərdir 33% inflyasiya. Avrodan danışmıram. Biz
dolların əsiriyik, manatın yesiriyik.
воскресенье, 4 января 2015 г.
Yazıçı avara olmalıdır
Nə qədər qəribə olsa da, belədir. Yazıçı avara olmalıdır. Roman yaxud köşə yazarı olsun, müəllif yazısı yazmaq istəyən şəxsin iki nemətə ehtiyacı var. Boş vaxta və informasiyadan təmizlənmiş sakit beyinə. Yalnız bu halda yazı müəllifi düşüncələrinin sahibinə çevrilə bilir.
Подписаться на:
Комментарии (Atom)





