пятница, 13 апреля 2012 г.
FOTOmitinq
суббота, 7 апреля 2012 г.
Gəl!!!
Sabah 8 apreldir. Sabah mitinqdir. Bu dəfə qarlı yox, günəşli gündür. Yenə həmin yer, həmin sahə - 20ci sahə. Çox insan orda olacaq. Çoxumuzun isə xəbəri yoxdur. Olmalıyıq. Xəbəri olmayanları çağırmalıyıq. İstirahət günümüzü dörd divar arasında çürütməkdənsə, insan selinə qatılmalıyıq.
Bax, o zaman tək olmadığımızı dərk edəcəyik.
Bax, o zaman müqavimət üçün bir nəfərin yox, minlərin var olduğunu görəcəyik.
Təkcə dayanıb baxmayacayıq. Qəlbimizin səsini eşidəcəyik. Vicdanımızı titrədəcəyik.
четверг, 5 апреля 2012 г.
Ölən insan deyil, insanlıqdır
Bugün İsrail mətbuatından bir xəbər oxudum. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru fələstinlilərin 2009-da İsrailin keçirdiyi “Ərimiş qurğuşun” hərbi əməliyyat ilə bağlı şikayətini rədd edib. Şikayət insanlığa qarşı cinayətin araşdırılması xahişi idi. Baş prokuror: “Hal-hazırda Fələstin ancaq müşahidəçidir. BMT-in tam hüquqlu üzvü olan dövlət deyil.”
Bu cümlələri oxuyanda “insanlıq öldümü?” sualını vermədim. İnsanlıq ölmüşdür! qərarını verdim. Kimin əlində can vermişdir?
суббота, 31 марта 2012 г.
Miskin Kral
DIN Quba hadisələri ilə bağlı məlumatını yaydı. Nazirliyin mətbuat katibi köşə yazarı olsaydı, başlığı belə qoyardı: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Yenə də günahkar xalq, cinayətkar jurnalistlərdir. Keçmiş icra başçısı Rauf Həbibov isə qanun qarşısında İlham Əliyevin neft sürtdüyü yanağından daha təmizdir. “Hakimiyyətdən ədalət gözləməyin” – deyənlərə bu hakimiyyətin öz ədaləti var demək lazım. Quldur ədaləti, quldur əxlaqı. Quldur əxlaqında onun taladığı halal, bu işi rahat icra etməkdə mane olan cinayət sahibidir.
четверг, 22 марта 2012 г.
Qaçqın Budda
Bayramda dost, tanışı yada salarlar. Mən heç vaxt dostum olmayan, ancaq ictimai sektorun yaxşı tanıdığı birisini yad edəcəm. Ağalar Məmmədovu. Bəzilərinin Budda kimi sitayiş etdiyi, digərlərinin nifrət etdiyi, mənim isə “nə ət, nə balıq” saydığım məhsullardan biri idi, Ağalar. Bu adam təxminən iki ay qeybə çəkildi. Nə eşidən vardı, nə müzakirə edən. Taleh Məmmədov demişkən “ictimai seks-tor” onda ayıldı ki, bəs Ağalar sərhədi keçib nəfəsi İsveçdə alıb.вторник, 20 марта 2012 г.
Danışır gənclik!
17 mart tarixdə adi bir gün idi. Amma Azərbaycan gəncliyinin öz sözünü dediyi gün oldu. Bu günə qədər gənclik çox aksiyalar keçirib. Çox polislə üz-üzə gəlib, şüar səsləndirib. Həbsi gözə alıb, ancaq sınmayıb. “SUS” siqnalı veriblər, amma susmayıb.
четверг, 8 марта 2012 г.
Müqəddəs sabun
Vaxt vardı sabun da dəyərli idi. O da müqəddəs idi. Təhqir üçün deyil, təbrik üçün hədiyyə edilərdi. Ətri gül tək qoxlanardı. Üz qabığı qadın dərisi kimi əzizlənərdi. SSRİ-nin “defisit erası”nı yaşayanlar, məktəb illərini meydan hərəkatında yaşayanlar, ekranda cizgi filmini müharibə səhnələrinə çevirənlər bilərlər. Sabunun 8 mart günü necə qiymətli hədiyyə olduğunu. Sovetlər məkanında yaxşı ətir tapılmaz lüks idi. Pul vardı, mal yox. Bu səbəbdən qadınlarımıza ətirli sabunlar bağışlardıq. Analarımıza, qonşularımıza, ən əsası qadın müəllimələrimizə. Gül də bağışlardıq. Ən çox qərənfil. Birinci sinfə getdiyim ilin 8 martı qərənfil artıq matəm gülünə çevrilmişdi. Yerini nərgizə, mixəkgülünə vermişdi.
суббота, 3 марта 2012 г.
Sürüşən korrupsiya
Bugün Əhmədlidə, General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasında qalan ərazidə sürüşmə baş verib. Bugün deysək bir həftədir gedən prosesdir. Bu zona ikinci Bayıl kimi tanınır. Şəhərdən baxanda Bakı buxtasının o tayında Bayılla üzbəüz baxır. Sovet vaxtından sürüşmə zonası kimi tanınan bu ərazi sakit bir yer bilinsə də, Azərbaycan hökümətinin korrupsiya iştahı orada xariqələr yaratdı. Əvvəlcə satılmamış torpaq, sonra isə satılmamış hava məkanı qalmadı. Necə yəni hava məkanı? İzah edəcəm.
четверг, 1 марта 2012 г.
Nə üçün Quba?
Bugün neçə insan bu sualı özünə verib. Regionlarda məmur özbaşnalığına qarşı mütəmadi aksiyalar olur. Bu aksiyalar əks-səda gətirsə də, heç vaxt 1 mart-Quba üsyanı səviyyəsinə gəlib çata bilməyib. Təkrarlansa da polis müqavimətini qıra bilməyib. Quba tək rayondur ki, bunu bacardı. Müxalifətn 2003 16 oktyabr aksiyasını geridə qoyacaq bir addım atıldı. İcra başçısını evi oda verildi. Polis müqavimət qarşısında həbs etdiklərini də buraxdı.
Подписаться на:
Сообщения (Atom)






