Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 6 июня 2012 г.

Siyasi Y(L)oxluq


Hillari Klinton bu həftə Qafqaza səfər etdi. Ermənistana, Gürcüstana getdi. Gürcüstanda müxalifətlə də görüşdü. Ya bizdə? İki il əvvəl də burda idi. İki il sonrakı səfəri ilə indikinin arasında zərrə qədər fərq yoxdur. Daha bərbad desək yanılmarıq. Keçən səfər heç olmasa bir dəstə gənci adam yerinə qoymuşdu.

вторник, 29 мая 2012 г.

Loren olmaq...

Keçən həftənin müzakirə edilən ən böyük mövzusu “Eurovision” oldu. Azərbaycanlılar üçün isə Loren. Loren təkcə final gecəsi qalib olmadı. Qələbəni öncə bizlərin ürəyində qazandı. O kəslərin ki, qəlbləri saxtalaşmayıb, beyinləri manqurtlaşmayıb.

четверг, 10 мая 2012 г.

Heydər Əliyev olmasaydı...


Heydər Əliyev olmasaydı... Məktəb vaxtı, Əliyevin hakimiyyətə  gəldiyi ilk illərdə tez-tez bu arqumentlə qarşılaşırdım. “Heydər Əliyev olmasaydı, biz olmazdıq. Hamımızı dənizə tökərdilər”. Nə bilim, qiyamət vaxtından əvvəl qopardı. Uşaq olsam da, bu deyilənlər mənə acizlik kimi gəlirdi. Necə yəni Heydər Əliyev olmasaydı biz olmazdıq? Fiziki olaraq bizi dünyaya gətirən ata-anamız var. Kökümüzü qoyan əcdadlarımız var. Düzdür, Heydərin heykəllərini nəvəsinə göstərib “bu babadır” deyən nənələrin cavanlığına indi də bir qədər şübhə ilə baxıram.

пятница, 4 мая 2012 г.

Yazzıq Əmrah

Son zamanlar Türkiyədən gələn mədəniyyətin azərbaycanlıların zövqünü korladığı, təhsilini əlindən aldığı, kitab oxumağı tərkitdiyi haqda geniş müzakirə gedir. Bu mövzuda yazılan yazılar, şərhlər birinci deyil, uzun illərin söhbətidir. Nəticə də belədir: “Biz Türkiyənin yaxşı tərəflərini götürüb, pis tərəflərini kənara atmalıyıq” Doğrusu, bu fikir “Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik” devizi kimi söz çərənçiliyidir.

вторник, 1 мая 2012 г.

Unudulan fəhlə


1 May - Türkiyə

Bugün 1 maydır. Sovet tərzi ilə desək “Dünya zəhməkeşlərinin günü”. Həqiqətdə fəhlənin günüdür. Qara fəhlənin. Hansı ölkə olur-olsun onun rəngi qaradır. Azərbaycanda isə fəhlə tamamən rəngsizdir. Bir ruh kimi. Sanki yoxdur. Onu birləşdirən, müdafiə edən heç nə yoxdur.

вторник, 24 апреля 2012 г.

Sadə oğlanam, sadə saat taxıram mən

Sadə saatlı sadə oğlan İlham Əliyev



Bloqqer Vəfa Cəfərovanın hazırladığı və “Azadlıq” qəzetinin tirajladığı “İlham Əliyevin saatı neçə(yə)dir?” məqaləsinə bugün Prezident Aparatının mətbuat xidmətindən reaksiya gəlib: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”

Açıqlamada təkcə İlham Əliyevin sadə oğlan olmasına işarə etmirlər, həm də “Azadlıq” qəzetini 3 gün içində təkzib verməsələr, məhkəməyə verməklə hədələyirlər. Hədələnən ancaq “Azadlıq” qəzetidir. Çünki bu ölkədə “İlham Əliyevin pulunu saymağa cəsarət edən” tək qəzet də elə “Azadlıq”dır.

пятница, 13 апреля 2012 г.

FOTOmitinq


          Mitinqdən ürəkdolusu yazmaq olar. Bu enerjidən günlərlə "zaryadaka" almaq olar. Amma ən yaxşı izah şəkilli izahdır. Şəkillərin özünə isə məndən izah :-)

суббота, 7 апреля 2012 г.

Gəl!!!


Sabah 8 apreldir. Sabah mitinqdir. Bu dəfə qarlı yox, günəşli gündür.  Yenə həmin yer, həmin sahə - 20ci sahə. Çox insan orda olacaq. Çoxumuzun isə xəbəri yoxdur. Olmalıyıq. Xəbəri olmayanları çağırmalıyıq. İstirahət günümüzü dörd divar arasında çürütməkdənsə, insan selinə qatılmalıyıq.

Bax, o zaman tək olmadığımızı dərk edəcəyik.
Bax, o zaman müqavimət üçün bir nəfərin yox, minlərin var olduğunu görəcəyik.
Təkcə dayanıb baxmayacayıq. Qəlbimizin səsini eşidəcəyik. Vicdanımızı titrədəcəyik.

четверг, 5 апреля 2012 г.

Ölən insan deyil, insanlıqdır

Bugün İsrail mətbuatından bir xəbər oxudum. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru fələstinlilərin 2009-da İsrailin keçirdiyi “Ərimiş qurğuşun” hərbi əməliyyat ilə bağlı şikayətini rədd edib. Şikayət insanlığa qarşı cinayətin araşdırılması xahişi idi. Baş prokuror: “Hal-hazırda Fələstin ancaq müşahidəçidir. BMT-in tam hüquqlu üzvü olan dövlət deyil.” 

Bu cümlələri oxuyanda “insanlıq öldümü?” sualını vermədim. İnsanlıq ölmüşdür! qərarını verdim. Kimin əlində can vermişdir?