Salam Bəxtiyar. Bu yazını o anda yazıram ki, hakimiyyət gənclərin susacağını düşünürdü. Gözlərinin qorxub geri çəkiləcəyini sanırdı. Ancaq gönüqalın məmur yığnağı düşünə bilər ki, istibdad məngənəsində gənclik sussun. Kimlərsə ümidlərində sarsıla bilər, müti susqunluq isə əsla olmayacaq. Bu gün sənin günündür. Səni xatırlayacağımız, adını dünyaya çatdıracağımız gündür.
пятница, 12 августа 2011 г.
четверг, 11 августа 2011 г.
Yedəkdən düşmə zamanı
Avqustun 4-də Rusiya prezidenti Medvedevin verdiyi açıqlama 17 illik danışıqlar adlı yalana tam açıqlıq gətirdi. Medvedev nə dedi? Dedi ki, Gürcüstanla müharibə Ermənistan və Azərbaycan üçün dərs oldu. Sonu gəlməyən danışıqlar aparmaq yaxşıdır nəinki Gürcüstan kimi müstəqil addım atmağa cəhd etmək. Təbii ki, bu yenilik deyildi. Siyasətdən bir qədər anlayan, yaltaqlıqdan uzaq hər adam başa düşür ki, Rusiya neçə ildir bizi sarıyıb. Harasına? onu özü bilər.
воскресенье, 7 августа 2011 г.
Yamsılamaqda "irəli"
5 avqustda Cabbar Savalanlıya dəstək olaraq virtual aksiya keçirdik. Cabbar Savalanlı o gəncdir ki, siyasi fəaliyyətinə görə düz 6 ay öncə Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilib. Rejim düşündü ki, bir gəncin həbsi ilə bütün gəncliyi qorxudacaq, virtual aləmdə susduracaq. Amma istəklərinin heç bir effekti olmadı. Adi bir gənci həbs etdiklərini düşündükləri an qarşılarında gənc Eynulla Fətullayev gördülər. Müttəhim olduğu məhkəmə zallarında ən böyük ittihamçıya çevrildi, o. Gəncliyimiz üçün ən nümunəvi həqiqətlər onun dilindən eşidildi.
понедельник, 25 июля 2011 г.
"Brave"ic Manifest
Avropanın üzərində qara kabus dolaşır. Bu nə kommunizm kabusudur, nə də islam terrorizmi. Bu on illər boyu Avropanın özünü aldatma kabusudur. İyulun 22-də Norveçdə şok yaşadan partlayış və 93 nəfərin qətli ilə nəticələnmiş terror hadisəsi baş verdi. Hadisəni bəlkə də sıradan bir xəbər kimi qəbul etmək olardı. Əgər cinayətkar saqqallı müsəlman gənc olsaydı.
Lakin əsl şok terroristin kimliyi bəlli olanda yaşandı. Bu yerli, ari irqinə mənsub ideal bir Norveç vətəndaşı idi. Terrrorun qurbanları bir yana hadisə özü yuxuya getmiş qərblilər üçün yeni siyasi suallar qoydu. Hansılar ki, bu vaxtacan sadəcə iqnor edilmişdi.
понедельник, 11 июля 2011 г.
Döyüşkən mələklər
Bu dəfə gənc qızlardan yazmaq istədim. Hansı qızlardan? O qızlar ki, mətbəxdə, gözəllik salonlarında görünməklə deyil, meydanlarda, mübarizə yolunda olaraq sterotipləri sındırır. Mübariz qadınlar haqda çox yazmaq olar. Çoxumuz onları görmədikcə o cür təsəvvür edə bilmirik. Bəzən sözlə yazmaqdansa, fotolar daha çox şey anlatır. Görüntülər: 28 may, Novxanı, M.Ə.Rəsulzadənin hüzurunda ikən.
понедельник, 4 июля 2011 г.
Bəxtsiz Eşşək
Səhər internetə girib xəbərlərə baxdım. İlk gözümə ilişən Şamaxıda Kamaz altına verilən eşşək abidəsi ilə bağlı xəbər oldu. Bu nə vandallıq, bu nə azğınlıq. İnsan da eşşəyə qıyarmı?!
İlk dəfə idi ki, bir icra başçısı rayonda eşşək və ona yoldaşlıq edən zəhmətkeş kəndçinin abidəsini qoyurdu. Xatırlayarsınız, bu vaxtadək icra başçıları ancaq Heydər heykəlləri qoymaqda yarışırdılar. Təkcə həcmdə yox, həm də obrazda. Birində Heydər əlini qaldırıb Milli Bankı salamlayır, digərində ayaqlarını qatlayır , o birisində isə harasa uzaqlara baxır.
среда, 29 июня 2011 г.
NARmassonlar
NAR-ın müthiş sirri açıldı. Yox, yox bu Azadlıq radiosu əməkdaşı Xədicə İsmayıllının Azərphone şirkətinin Əliyevlər ailəsinə aid olması ilə bağlı apardığı araşdırmanın sirri deyil.. Heç Panamaya da aid deyil. Bu daha dərin, daha masonik bir simvolun sirrinin açılmasıdır. Nə üçün Nar?
Belə baxanda adi meyvədir. Amma dərinə gedəndə görürsən ki, təkcə meyvə deyil, Azərbaycanın özüdür. Əliyevlər səltənətinin metafizik simvolikasıdır.
воскресенье, 26 июня 2011 г.
среда, 8 июня 2011 г.
Absurdkultur
Allah “Azərbaycan Şərqin qapısıdır” cümləsini fikirləşən adama qəni-qəni rəhmət eləsin. Bilərək ya bilməyərək dahilik edibmiş. Doğrudan da bu qapıdan keçən şəxs Alisanın “Möcüzələr diyarı”na düşdüyü kimi qəribə aləmə düşür. Alisa hər şeyi baş-ayaq gördüyü ölkədə tez-tez bir sözü işlədirdi. Absurd. Azərbaycanla qapısı açılan absurdlar silsiləsi uzaq Sakit okean sahillərinədək davam edir.
Подписаться на:
Сообщения (Atom)





