Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 27 августа 2011 г.

Günəş palçıq tutmaz

Ayın 25-i vicdan məhbuslarına hökm oxunandan sonra çəkilən kadrlara təkrar-təkrar baxdım. Bəd xəbər  bədbinlik gətirər deyiblər. Bu məsəl ümidini taleyin hökmünə bağlamış insanlar üçün deyilib. Azadlıq yanğısı bir an dayanmayan insanlar üçünsə əsla yeri yoxdur. Hökm oxunandan sonra məhkəmə qarşısı mitinq meydanına çevrildi. “Azadlıq!”, “İlhama istefa!” şüarları dəqiqələrcə kəsilmədi. Bunlar bir yana, orada dayanan polislərin sifəti başqa mənzərə idi. Azadlıq istəyən insanlar qarşısında aciz, miskin, qul xisləti ilə çaşqın-çaşqın baxan adamcığazlar. Məhlə uşaqları buna çumo vəziyyəti deyirlər.

среда, 17 августа 2011 г.

Məktub çatdı, cəsarət çatmadı


Yəqin xəbəriniz var. Dağlıq Qarabağ sakini, 13 yaşlı erməni qız İlham Əliyevə məktub ünvanlayıb. Nədən yazır? Yazır ki, “mən sülh istəyirəm, müharibəsiz yaşamaq istəyirəm, televiziyada təhdidlər eşitmək, uşaqların atasız böyüməsini istəmirəm.” Bir sözlə, adi uşaq arzuları. İlham Əliyevin adına ünvanlanan məktuba onun özü deyil, Prezident Aparatının Elnur Aslanov adlı məmuru cavab yazıb. XVIII əsr tarixindən başlayıb BMT qətnamələrinəcən gedib çıxan həngamə bir yazı.

пятница, 12 августа 2011 г.

Bəxtiyarın qoyduğu nöqtə

Salam Bəxtiyar. Bu yazını o anda yazıram ki, hakimiyyət gənclərin susacağını düşünürdü. Gözlərinin qorxub geri çəkiləcəyini sanırdı. Ancaq gönüqalın məmur yığnağı düşünə bilər ki, istibdad məngənəsində gənclik sussun. Kimlərsə ümidlərində sarsıla bilər, müti susqunluq isə əsla olmayacaq. Bu gün sənin günündür. Səni xatırlayacağımız, adını dünyaya çatdıracağımız gündür.

четверг, 11 августа 2011 г.

Yedəkdən düşmə zamanı


Avqustun 4-də Rusiya prezidenti Medvedevin verdiyi açıqlama 17 illik danışıqlar adlı yalana tam açıqlıq gətirdi. Medvedev nə dedi? Dedi ki, Gürcüstanla müharibə Ermənistan və Azərbaycan üçün dərs oldu. Sonu gəlməyən danışıqlar aparmaq yaxşıdır nəinki Gürcüstan kimi müstəqil addım atmağa cəhd etmək. Təbii ki, bu yenilik deyildi. Siyasətdən bir qədər anlayan,  yaltaqlıqdan uzaq hər adam başa düşür ki, Rusiya neçə ildir bizi sarıyıb. Harasına? onu özü bilər.

воскресенье, 7 августа 2011 г.

Yamsılamaqda "irəli"

5 avqustda Cabbar Savalanlıya dəstək olaraq virtual aksiya keçirdik. Cabbar Savalanlı o gəncdir ki, siyasi fəaliyyətinə görə düz 6 ay öncə Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilib. Rejim düşündü ki, bir gəncin həbsi ilə bütün gəncliyi qorxudacaq, virtual aləmdə susduracaq. Amma istəklərinin heç bir effekti olmadı. Adi bir gənci həbs etdiklərini düşündükləri an qarşılarında gənc Eynulla Fətullayev gördülər. Müttəhim olduğu məhkəmə zallarında ən böyük ittihamçıya çevrildi, o. Gəncliyimiz üçün ən nümunəvi həqiqətlər onun dilindən eşidildi.

понедельник, 25 июля 2011 г.

"Brave"ic Manifest

          Avropanın üzərində qara kabus dolaşır. Bu nə kommunizm kabusudur, nə də islam terrorizmi. Bu on illər boyu Avropanın özünü aldatma kabusudur. İyulun 22-də Norveçdə şok yaşadan  partlayış və 93 nəfərin qətli ilə nəticələnmiş terror hadisəsi baş verdi. Hadisəni bəlkə də sıradan bir xəbər kimi qəbul etmək olardı. Əgər cinayətkar saqqallı müsəlman gənc olsaydı.

Lakin əsl şok terroristin kimliyi bəlli olanda yaşandı. Bu yerli, ari irqinə mənsub ideal bir Norveç vətəndaşı idi. Terrrorun qurbanları bir yana hadisə özü yuxuya getmiş qərblilər üçün yeni siyasi suallar qoydu. Hansılar ki, bu vaxtacan sadəcə iqnor edilmişdi.

понедельник, 11 июля 2011 г.

Döyüşkən mələklər

      Bu dəfə gənc qızlardan yazmaq istədim. Hansı qızlardan? O qızlar ki, mətbəxdə, gözəllik salonlarında görünməklə deyil, meydanlarda, mübarizə yolunda olaraq sterotipləri sındırır. Mübariz qadınlar haqda çox yazmaq olar. Çoxumuz onları görmədikcə o cür təsəvvür edə bilmirik. Bəzən sözlə yazmaqdansa, fotolar daha çox şey anlatır. Görüntülər: 28 may, Novxanı, M.Ə.Rəsulzadənin hüzurunda ikən.

понедельник, 4 июля 2011 г.

Bəxtsiz Eşşək

Səhər internetə girib xəbərlərə baxdım. İlk gözümə ilişən Şamaxıda Kamaz altına verilən eşşək abidəsi ilə bağlı xəbər oldu. Bu nə vandallıq, bu nə azğınlıq. İnsan da eşşəyə qıyarmı?!
İlk dəfə idi ki, bir icra başçısı rayonda eşşək və ona yoldaşlıq edən zəhmətkeş kəndçinin abidəsini qoyurdu. Xatırlayarsınız, bu vaxtadək icra başçıları ancaq Heydər heykəlləri qoymaqda yarışırdılar. Təkcə həcmdə yox, həm də obrazda. Birində Heydər əlini qaldırıb Milli Bankı salamlayır, digərində  ayaqlarını qatlayır , o birisində isə harasa uzaqlara baxır.

среда, 29 июня 2011 г.

NARmassonlar

 NAR-ın müthiş sirri açıldı. Yox, yox bu Azadlıq radiosu əməkdaşı Xədicə İsmayıllının Azərphone şirkətinin Əliyevlər ailəsinə aid olması ilə bağlı apardığı araşdırmanın sirri deyil.. Heç Panamaya da aid deyil. Bu daha dərin, daha masonik bir simvolun sirrinin açılmasıdır. Nə üçün Nar?
Belə baxanda adi meyvədir. Amma dərinə gedəndə görürsən ki, təkcə meyvə deyil, Azərbaycanın özüdür. Əliyevlər səltənətinin metafizik simvolikasıdır.