Yenə günlərdən qiymətlisi. M.Ə.Rəsulzadənin doğum günü. Qiymətli olan odur ki, bu günlərdə bir araya gəlirik. Millət olduğumuzu, mənən məhv edilmədiyimizi anlayırıq. Başı qapazlı bir heç olduğumuz halda Şərqdə ilk demokratik respublikanın yaradıcı olan bir şəxsə sahib olduğumuzun fərqinə varırıq. Belə günlər 28 mayda, Elçibəyin doğum günündə təkrarlanır.
вторник, 31 января 2012 г.
четверг, 19 января 2012 г.
Yeni dünyanın qızıl faktoru
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti Myanma (Birma) ilə diplomatik münasibətlərin bərpasına qərar verdi. Yeni təyinən olunan səfir ABŞ-ın 1990-cı ildən bu tərəfə Myanmada ilk fövqalədə və səlahiyyətli səfiri olacaq. Myanma höküməti isə əks addım olaraq demokratikləşmə cəhdləri edib. Beləki, son ayda 230 siyasi məhbus azad olunub. Bu siyahıya müxalifət liderləri və “88 nəsli” kimi tanına dissidentlər daxildir. Bundan başqa minlərlə məhbus azad edilib.
Myanma 25 ilə yaxın hərbi xunta tərəfindən idarə olunan, dünyanın ən kasıb ölkələrindən biridir. Cənubi-Şərqi Asiyada yerləşən bu ölkədə hərbçilər cəmi iki il əvvəl siyasi hakimiyyətdən çəkilməyə razılıq veriblər. Ölkədə hələ də onların təsiri qalmaqda davam edir. Sual yarana bilər ki, nə üçün 22 il dünyanın diqqətindən kənar qalan ölkəyə indi bu cür diqqət yaranıb?
воскресенье, 8 января 2012 г.
"Eurovision" Azərbaycana nə verəcək?
2012-ci ilin Azərbaycanına ilk addımları atdıq. Bu il Azərbaycanı gözləyən ən maraqlı hadisənin “Eurovision-2012” musiqi yarışması olacağını söyləyə bilərik. Ancaq baxaq Avropada populyar olan bu yarışma harada keçirilir?
вторник, 3 января 2012 г.
Cəllada jest
![]() |
| Ziya Bünyadov |
Vərdiş etmişik hakimiyyətin bizə hər gün şok yaşatmasına. Bu dəfə demokratik düşərgənin üzvləri bizə şok yaşatdı. Belə deyim ki, hakimiyyət də şokdadır. Sevincindən bəlkə də frustrasiyadadır. Aparatdakı killərlər heç zaman olmadığı kimi rahatlamışlar. Bəyanata imza atan intelligentlərin şərəfinə badə qaldırırlar.
Söhbət Rafiq Tağının ölümü ilə bağlı qafqazinfoda dərc edilən bəyanatdan gedir. Bəyanatın başlığının kompleksdən gələn bir nifrət şüarı olması bir yana, mövzu ictimai fikri sapdırmağa kifayət edir.
воскресенье, 1 января 2012 г.
Ordensiz etiraz
Psevdo millətçilərimiz haqqında sizə bir əhvalat danışım. 26 dekabrda Malakan bağı ilə ilə Sahil bağına tərəf gedirdik. Müsavat qərargahında gənc siyasi məhbus Rüfət Hacıbəylinin ad gününü qeyd etməyə. Bir də gördük bir dəstə qoca əlində bayraqlar harasa tələsir. Baxanda anladıq ki, aksiyaya gedirlər. Sarkozinin Bakıdakı “iqamətgahı”na.
четверг, 29 декабря 2011 г.
Eynullanın haqqı
Bəzən elə məqam çatır ki, deyiləni deməlisən. Üzbəüz olsan da, tanıdıqların incisə də. Həqiqət vaxtında üzə deyilməyəndə palçıq lopaları şəklində geri qayıdır. Cabbar Savalanlı şərlənəndə bəlkə heç vaxt olmadığımız qədər pərişan olmuşduq. Çaşıb qalmışdıq. Axı niyə o? deyə dodağımızı çeynəyirdik.
Çünki Cabbar tanınmırdı. O hansısa ABŞ, Avropa universitetini bitirməmişdi. Onun ingilisdilli status yazan dostları da yox idi. Ailəsi də çarəsizliyin son həddində olan bir ailə idi. Amma sən saydığını say, gör fələk nə sayır. Cabbar birdən böyüdü. ABŞdan Tayvanadək. Cabbar təkcə əfv edilmədi, İlham Əliyev onu azad etməyə məcbur qaldı. Bugün də soruşurlur ki, başqalarına yox, niyə məhz Cabbara bu qədər dəstək gəldi?
вторник, 27 декабря 2011 г.
Ovçu, çıxart kostyumu
Bir əvvəlki yazımda yazmışdım ki, həftə olmur ki, Əli Həsənov hər hansı açıqlaması ilə ictimaiyyətə məsxərə olmasın. Səhv etmişəm. Plan artıq günlük normaya keçib. Gülmək üçün yetər ki, mətbuatı izləyin və növbəti günü gözləyin.
воскресенье, 25 декабря 2011 г.
Ovçu, qoy işığı söndürüm.
Super həftəsonu oldu. Özüm üçün yox. Bu iki gündə baş verən hadisələr ironiya dozasına görə ilin akkordunu vurdu. Əvvala, prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. Eyni ayda atasının ölüm gününü hüznlə qeyd edib, ardınca tort-paradlı ad günü keçirmək xöşbəxtliyi hər adama qismət olmur.
пятница, 23 декабря 2011 г.
Prezident aşı
Bu dəfə əsgərlik həyatından yazmaq istədim. Bir əsgərlik xatirəsindən. O xatirə ki, onda bugünün izi var. Əsgərin həyatında bayram günlərinin xüsusi önəmi var. Bu günlərdə o siravi vətəndaş kimi televizor qabağında uzanmaq, yaxud bulvara çıxıb gəzmək kimi hislər keçirməz. Amma onun üçün iki çatışmayan qidanı – bir saat artıq yuxunu və fərqli yemək rasionunu hədiyyə kimi almış olar. Məhz bu iki şeyə görə bayram günlərini səbirsizliklə gözləyər.
İl 2006, 17 noyabr.
Подписаться на:
Сообщения (Atom)







