14 sentyabr tarixində YAP və müxalifət partiyaları arasında Avropa Parlamentinin mayor Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə qarşı etiraz bəyanatı imzalandı. Bəyanatın YAP qərargahında, Heydər Əliyev portreti altında, Əli Əhmədovun stol başında oturaraq imzalanması detallarını bir kənara qoyuram. İmzalar Müsavat qərargahında, Rəsulzadə portreti, İsa Qəmbərin spikerliyi altında da atıla bilərdi. Təbii bu zaman simvolların qıcıq yaratdığı söz sahiblərinin əks-arqumentləri maraqlı olacaqdı.
воскресенье, 16 сентября 2012 г.
среда, 5 сентября 2012 г.
Qənirə - özünəqayıdış hekayəsi
Azərbaycan gəncliyinin beynində bir kabus dolaşır. Qənirə Paşayeva kabusu. Minlərlə qız ona heyran olur, həyat yolunu keçmək istəyir. Bir sözlə böyüyəndə Qənirə olmaq istəyir. Məktəb qurtarmamış qızların, oğlanların "Qənirə sevgisi" mənim üçün hər zaman sual olaraq qalıb.
воскресенье, 2 сентября 2012 г.
Sapı özümüzdən olan mayorlar
8 il Macarıstan əsirliyində olan baş leytenat (artıq mayor) Ramil Səfərov Azərbaycana qaytarıldı və təyyarədən düşən kimi əfv edildi. Səfərovu Rembo amerikan əsirlərini azad edən kimi azad etmədilər. Uzun sürən danışıqlar, müqavilə və nəticə. Macar mətbuatının yazdığına görə, Azərbaycan höküməti Macarıstan dövlətinin 3 milyard dollar dəyərində dövlət borcunu (istiqrazlarını) satın alıb.
вторник, 28 августа 2012 г.
Dözəcəksən bala
Tez-tez gənc "vıpendryoj"ların (ruscadır, azəri variantı biədəb səslənir) bu cür iradları ilə rastalaşırsan: "Bu müxalifət tənqidə dözümlü deyil", "tolerant deyillər", "bu müxalifət getməlidir, yerinə başqası gəlməlidir". 20 il iqtidarın hər cür təzyiqinə, alçaldıcı davranışına dözən müxalifətin sizlərə dözüm göstərə bilməməsi absurddur, nankorluqdur. Bu ölkə hələ də Türkmənbaşının tövləsinə, İslam Əkənin tarlasına çevrilməyibsə, səbrlə mübarizə aparıb, ayaqda qalan müxalifətə borcludur.
среда, 22 августа 2012 г.
Bəylər, diqqət!
Son günlər mətbuatın diqqətində olan bir mövzu var. Hakimiyyətin AXCP sədri Əli Kərimlini "zəhərləmək" istəyi. Qısacası "balıq hafiz" kimi tanınan Hafiz Hacıyevin prokurorluğa verdiyi iddia ərizəsi üzrə cinayət işi açılıb. Təbii ki, kimisə tutmurlar. Ancaq gözə kül üfürürlər.
воскресенье, 19 августа 2012 г.
Xalqımın Pussy dərdi
Bir neçə gündür facebookda ard-arda "Pusssy Riot" qrupunun həbs olunmuş üzvlərinin fotoları paylaşılır. Xüsusilə gənc aktivistlərin profillərində. Əvvəlcə "Pussy Riot" qrupu haqqında qısaca məlumat verim. Feminist pank-rok qrupudur. Siyasi mesaj daşıyan qeyri-adi aksiyalar keçirir, müxtəlif dövlət binalarının yaxınlığında çıxış edirlər.
суббота, 18 августа 2012 г.
Boş təşəbbüslər
İctimai sektor deyilən anlayışın 2009-ci ilin aprelindən var olduğunu saymaq olar. Bura təkcə QHT-lər yox, gənclər hərəkatı, siyasi partiya üzvü gənclik, hüquq müdafiəçiləri, jurnalistlər daxil etmək olar. Bir sözlə demokratik dəyişiklik tərəfində olan və qarşılıqlı münasibəti olan hər kəsi. Təşkilat sədrindən fotoqrafınacan.
Bəs niyə 4 il fəaliyyəti olan orqanizm ölkədə hələ də demokratik dəyişikliyə nail ola bilməyib?
вторник, 14 августа 2012 г.
Müxalif qənirələr
Facebook bir neçə gündür Qənirə Paşayevanın Somaliyə yardımsevərlik səfərini müzakirə edir. Somali səfərində Qənirəni dolayanlar ona uğur ilahəsi kimi baxanlardan qat-qat çox oldu. Bütün bu məzhəkəni izləyib "Axır ki, bu saxta vətənpərvərin maskası yırtıldı" - dedim. Əvvəllər Qənirəyə şəkk gətirməyə cəsarət edənlər çətin tapılırdı. Necə olmasa da, Qarabağ, "erməni genosidi", türk dünyası mövzuları tabudur. Hər oğulun işi deyil, qalxıb ifşa etsin və minlərlə adamı öz düşməninə çevirsin.
понедельник, 13 августа 2012 г.
Sevinəkmi, sevinməyəkmi?
Olimpiada boyu bir polemika dildən düşmür. Qazanılan medallara sevinəkmi, sevinməyəkmi? Vətənşüvənlərin yaxud ölkəsinin siyasi həyatı ilə qətiyyən maraqlanmayanların mövqeyi belədir ki, istənilən qələbəyə sevinməliyik. Lap ekranın küncündə Azərbaycan bayrağının görünməsinə də. Əks tərəf, xüsusilə köşə yazarları düşünür ki, korrupsiya pullarına qazanılan qələbəyə sevinmək lazım deyil.
Подписаться на:
Сообщения (Atom)








