Uca millətimizə dərin kədər üz verib. Ondan da uca bayrağımızın analoqsuzluğu əldən gedib. Tacikistanın baş əkəsi İmaməli Rəhman dünyanın ən hündür bayraq dirəyini ucaldıb. Nə çox, nə az düz 3 metr fərqlə. Avtokratlar yarışında indi o liderdir.
Əslində gözlənən hadisə idi. Bayraq dirəyinin hündürlüyü millətlərin yüksəlişinin yox, diktaturaların acizliyinin uzanan yarışı idi. Çiçəklənən Azərbaycan bu yarışda neçə-neçə diktatoru ağlar qoymuş, Şimali Koreyanı belə kölgəsində saxlamışdı. Artıq şans əldən gedib. İmaməli 165:162 İlham Əli(yev). Hesab taciklərin xeyrinə yazıldı.



