Söz başa düşdüyüm gündən bu yana beynimi daim bir mif ilə dəlik-deşik ediblər. Bəs rusdilli təhsil yaxşıdır, rusdilli məktəbi qurtaran oradan alim olub çıxır. SSRİ vaxtı bürokrat azərilər üçün bu inkar olunmaz aksioma idi. Aradabir, indi də belə düşünənlərə rast gəlinir.
7 dekabrda Afisha.ru saytında bir müsahibə getdi. Müsahibəni özünü “rus sektoru”nun nümayəndəsi sayan Səriyyə Əliyeva adlı bir qız verib. Müsahibə Azərbaycan internet məkanında partlayış yaratdı.






