Bakı Biznes Mərkəzində Bakının 2020-ci il Olimpiya Oyunlarının namizədliyinə təqdimatı keçirilib. Təqdimat 4 ildən bir keçirilən gerçəkləşməyəcək avantüradır. Ancaq yeni loqo nəyə desən dəyər.
Hakimiyyət nümayəndələri demokratiya, ifadə azadlığı mövzusunda nə qədər saxta görünsələr də, avtoritarizmin təqdimatında bir o qədər səmimidirlər. Dildə də olmasa, simvollarda. İnanmırsız? O zaman loqoya baxın. Kimsə deyəcək milli ornamentdir.






