Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 13 марта 2013 г.

Tayfa intellektualizmi


Azərbaycandakı regionçuluqdan, tayfa idarəçiliyindən, yerliçilik heysiyyatından arabir yazıram. Status və bloq şəklində. Hər yazanda da dostlardan kimsə ilə mütləq üz-göz oluram. Hətta infosunda demokrat,  müxalifət yazanın biri başlayır səni söyməyə.

вторник, 26 февраля 2013 г.

Xocalı bataqlığı

Yenə Xocalı, yenə qaramat, ay brat, ay brat! Xocalı faciəsinin ildönümü hər il eyni cür keçir. Ziyarət, televiziyada ağlaşma, sosial şəbəkələrdə uşaq cəsədlərindən fotolar paylaşan gənc sadomazaxistlər. Dəyişən bir şey yoxdur. Vətənpərvərlik adına xaricdə yuyulan çirkli pulların artan məbləğindən başqa.

воскресенье, 10 февраля 2013 г.

Yarımçıq demokratlar

"Daş yuxular" romanına görə zülmətin Əkrəm Əylislinin üzərinə gəlməsini görəndə söz verdim ki, nəyin bahasına olur-olsun yazıçını müdafiə edəcəm. Hətta yazıçı fikirlərindən imtina etsə də, bu hakimiyyətin qarşısında diz çöküb yalvarsa da, əfv diləsə də yenə müdafiə edəcəm. İnsan gec-tez ölür, sınır, amma fikir yaşayır. Şükrlər olsun ki, İctimai televiziyanın efirində gedən debatda yazıçı nə kitabından imtina etdi, nə mövqeyindən. Zülmətin qarşısında Promotey kimi dayandı. Nəinki iqtidarın, onu danan yarımçıq demokratların əvəzinə də dayandı.

вторник, 5 февраля 2013 г.

Balta or Democracy?


Quduz iti bircə dəfə zəncirdən açıb buraxmaq kifayətdir ki, o sağlam insanları dişləyib quduzluğu bulaşdırsın. Avtoritar rejimlər də belədir. Onlar diş qıcayan it kimi kötəklənmədikcə, əl çəkməzlər. Zərbə güclüdürsə quyruğunu pusub qaçacaq. Ştrasserin siyahısının qəbul edilməməsi, ardınca Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi bənzər nümunədir.

пятница, 1 февраля 2013 г.

Balta kəsməyən "Daş arzular"


Doğrusu, ziyalı anlayışını öz aləmimdə çoxdan basdırmışdım. Ancaq yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı gündəmə gəlincə tunelin sonunda bir işıq gördüm. Azərbaycanlının ziyalı anlayışı çoxlu titulları olan, məclisdə tost deyən, şəkli nazirlərlə qəzetə düşən "yekə adam" obrazıdır. Ziyalının nə yazdığını oxuyar, nə də kitabından xəbəri olar.

пятница, 25 января 2013 г.

İsmayıllıdan sonra nə etməli?

Yanvarın 23-ü İsmayıllı atəşə verildi. Bu yanvar ayına düşən üçüncü, amma ən böyük dirəniş aksiyasıdır. Qudurğanlıqdan qəzəblənən xalq icra başçısının qardaşı oğlunun avtomobilinə, fahişəxanaya çevirdiyi "Çıraq" motelinə, daha sonra  bir neçə lüks avtomobilə od vurdu. Üsyan ürtəsi gün də davam etdir. Tələb qətidir. Rayonda hakimiyyət dəyişməlidir!

воскресенье, 20 января 2013 г.

Mandaloşka tələsi


Bir şey diqqətinizdən qaçmış olmaz. Nə zamanki ANS cəmiyyət arasında nüfuzdan düşür, o dəqiqə kimsə kanaldan zəng eləyir müxalifətə. İkinci, üçüncü dərəcəli funksionerləri efirə dəvət edib ictimaiyyətdə "ANS müxalifətə yer verdi", "yenə də kanallardan ANS" kimi sadəlöhv düşüncəni bərpa edirlər. Sonra 5-6 ay fasilə. Təbii ki, bu kanalda AXCP, Müsavat liderlərini heç vaxt görə bilməzsiniz.

среда, 16 января 2013 г.

Başı alabaşa dəyən ünsürlər


Bir neçə gün öncə "Əsgər ölümünə son!" aksiyasından yayılan video yadınızda olar. Jurnalist Xədicə İsmayılova bir dəstə adamı başına yığıb, YAP-ın qərargahı qarşısında qışqırır: "Ali Baş Komandan cavab ver bizə", "Ordu hamınındır!" Dəstə də dediklərini təkrarlayır. Videokadrlara baxıb öz-özümə dedim: "Bunlar nə edirlər? Kimdən cavab istəyirlər?"

вторник, 15 января 2013 г.

Arifə bir çırtma


Uzun müddətdir müxalif düşərgəni tənqid edən yazı yazmırdım. Eyibsiz gözəl olduqlarına görə deyil, nəticə çıxarmadıqlarına görə artıq enerji sərf etmirdim. Amma Arif Hacılının Kulis.az saytına verdiyi müsahibəni oxuyunca, "bir yerə qədər" dedim.

Sıradan adam üçün adi müsahibə, müxalifət partiyasının lideri olmağa iddialı birisi üçün əsl rüsvayçılıqdır. Cəmi bir sual cavab hər şeyə işıq salır.