Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 30 сентября 2014 г.

"Nida"ya qoyulan tire

Həbsdəki son nidaçılar da əfv ərizəsi yazdı. Gözlənilən idi. Elçibəyin sözü olmasın, zamana ehtiyac vardı. Yazdıqları ərizəyə görə qınamıram. Reallıq hissini itirmiş adamlar sonunda bu hissi qaytarmış oldu. Onlar həqiqətən sübut etdilər ki, Elçibəy yolunun davamçılarıdır.

пятница, 26 сентября 2014 г.

Rafiq Tağı - İtirilmiş Çexov

İnsan var ki, yaşadığı müddətdə dahiyanə əsərlər yaradır, amma ölümü səssiz olur. İnsan da var ki, bütün ömrü bir qara qəpiyə dəymir, gedişi paradı xatırladır. Nadir şəxslər də var ki, yaratdığı əsərlərlə deyil, yalnız ölümü ilə yaddaşlarda qalır. Halbuki insanlıq üçün ən qiymətli xatirə əlyazmalardır. Rafiq Tağı sonunculardandır.

пятница, 19 сентября 2014 г.

Əlif Şəfəqlə əriyən qızlar

Bir müddət əvvəl “Facebook”da “#bookchallenge” haştaqı ilə aksiya keçirilirdi. İnsanlar publika üçün məsləhət bildiyi 10 kitabın siyahısını hazırlayır və yazdığı statusda bir yaxud bir neçə adamın adını işarələyərək bu aksiyaya dəvət edir. Və beləcə kitab, yazıçı adları internetdə sunami kimi yayılır. Mən o siyahılarda xeyli dahiyanə kitab adı gördüm, amma o kitabları qaldıracaq adamları görmədim.

понедельник, 15 сентября 2014 г.

Həmid Herişçinin anormallığı


Həmid Herişçi müasir Azərbaycan ədəbiyyatının ən ziddiyyətli simalarındandır. Ziddiyyəti fikirlərindədir. Yəni standartdan kənar adamdır. Başqasının ağlına gəlməyən onun ağlına gəlir. Onun ağlına gələn isə başqalarına ağılsızlıq kimi gəlir. Kimi Həmidin başının xarab olduğunu deyir. Bir digəri xurafata yuvarlandığını. Qalanları isə ümumiyyətlə, Həmidə baş qoşmamaq qərarına gəlib. Mənsə fərqli fikirdəyəm. Həmid hər şeydə normaldır, bir yerdə anormal.

среда, 10 сентября 2014 г.

Kitabsız siyasət aləmi

Kitab təqdimatlarına, endirimli kitab yarmarkasına yolunuz tez-tez düşür. Bu dəfə diqqətinizi diqqətdən kənar qalan kitab mağazasına yönəltmək istərdim. “Akadem Kitab” mağazasına. Baksovetdən Taqovıya düşərkən, yolun sağındakı zirzəmidə yerləşən mağazaya.

“Akadem kitab” bəlkə də Bakıda yerləşən ən zəngin kitab mağazasıdır. Təkcə say, dil çeşidinə görə yox. Həm də uzun illər əvvəl çap olunub indi tapılmayan kitablarına görə. “Əli və Nino”, “Qanun” nəşriyyatı onunla müqayisədə baqqal dükanıdır.

среда, 27 августа 2014 г.

Şiə atanın vəhhabi oğlu

Yazıçı Etel Lilian Voyniçin “Ovod” romanını oxuyanda bir o qədər təsirlənməmişdim. Əsərin gerçək gücünü SSRİ istehsalı, eyniadlı “Ovod” (1980) filminə baxarkən anladım. “Ovod” əbədi atalar və oğullar dilemmasını canlandıran ən güclü romanlardan biridir.

понедельник, 25 августа 2014 г.

Seymur Baycana AÇIQ MƏKTUB

Ola bilsin, kütlə şüurunda stereotip yarada biliblər ki, Azərbaycanda “azad yazarlar” deyəndə Ayo-çular yada düşür.  Reallıq isə fərqlidir. AYO-nu tanıyandan siyasətçi diqqətsizliyindən şikayət etdiklərini görmüşəm. Xeyli yazılar yazıblar, çayxana müzakirələri olub. Ancaq siyasi təhsil alan adam kimi istəklərini anlamamışam. Məgər başa düşmürlər ki, siyasətçi yazıçıdan ədəbiyyat yox, siyasi sifariş tələb edəcək.

вторник, 19 августа 2014 г.

Roman, ya ucuz seks-triller?

“İçən yazıçılar avara romanlar yazırlar”. Amerika yazıçısı Con İrvinqin bu fikrinə, bəlkə də, önəm verməzdim. Əgər Cəlil Cavanşirin son romanı “Qadın corabları”nı oxumasaydım. Doğrudan da, yazıçının içki aludəçiliyi maraqlı mövzunu sıxıcı və işlənməmiş süjetə çevirib məhv edə bilər.

четверг, 14 августа 2014 г.

Gülməli karyerist qızlar


Siz onları ağ dişləri parlayan fotolarından, havalı yerişlərindən, kamera üçün hesablanmış saxta gülüşlərindən tanıyırsınız. Onlar daima xoşbəxt, özünə inamlı görünməyə çalışırlar. Hərəkətlərindən sünilik yağsa da, eqosuna aldanan adam üçün paxıllıq mənbəyidirlər. Əsas mənəvi qidaları da elə budur. Onlar gülməli karyerist qızlardır.