Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 9 июня 2013 г.

Molotov həqiqətləri


İlham Əliyevin YAP-ın V Qurultayında çıxışını oxudum. Fərqli bir şey görməyəcəyimdən oxumayıb ötürəcəkdim. Ancaq "Molotov kokteyli" başlığının üstündən keçə bilmədim. Mən o çıxışda hər şey gördüm. İlham Əliyevin özündən başqa.

пятница, 7 июня 2013 г.

Ər-arvad hakimiyyətinin startı


Rusiya və Azərbaycanda bir gün fərqi ilə bənzər iki hadisə baş verdi. Hər ikisi dövlət başçısı, hər ikisi onların xanımları ilə bağlı idi. İlk xəbər Putin cütlüyünün rəsmən boşanması oldu. Vladimir Putinin arvadı belə izah verdi ki, iş sıxlığı ilə ərini demək olar ki, görmür. Publika qarşısına çıxmağı sevmədiyindən xarici səfərlərə tab gətirə bilmir. Bir sözlə, Putin daim məşğuldur.

четверг, 6 июня 2013 г.

Əyyaşların üsyanı

Türkiyədə son həftəni əhatə etmiş Gezi Parkı dirənişi artıq başa çatır. 29 mayda polisin parkdakı çadırları yandırmasıyla başlayan toqquşma 1 iyunda pik həddinə çatdı. Kiçik qruplar nəhəng kütləyə çevrildi. Müqaviməti qırdı. Elə meydana girən kimi o enerjini itdi. Xırda-xırda toqquşmalarla davam etsə də, dünənin inqilabçı adı taxılan gəncliyi bugün adi hippidən fərqlənmir.

пятница, 10 мая 2013 г.

Cənnət Şuşa, cəhənnəm Bakı

Şuşanın işğalının ildönümü ilə əlaqədar mia.az saytı hal-hazırki Şuşanın fotolarını yayımlayıb. Desəm ki, içim sızladı İlham Əliyevdən fərqim olmaz. Əksinə sevindim. Şuşa mənə itirdiyimiz cənnəti xatırladı. Cənnət diyar Qarabağı yox. SSRİ-nin qoyub getdiyi, müstəqillikdən sonra öz azərbaycanlımızın əli ilə məhv etdiyi yaşıl cənnətini. İşğal olunub zorlanmış köhnə Bakını. Bakı ilə doymayıb məhv edilən yaşıl rayonları.

четверг, 2 мая 2013 г.

Xədicəfillər mənim dostumdur

Son iki ildə 1 may Əmək gününə yaxud Fəhlə bayramına bloq yazısı həsr etmişdim. 2011, 2012. Bu il yazmayacaqdım. Təkrarçılıq etməyə həvəs yox idi. Ancaq solçuların keçirdiyi 1 may aksiyası, ardınca anti-solçuların aksiyadan fotoya verdikləri reaksiyaya səssiz qala bilmədim. 

пятница, 19 апреля 2013 г.

Ölülər və qaquliklər

19 apreli 2013-ün yadda qalan günlərindən hesab etmək olar. Eyni gündə bürokratiyanın iki qoca kötüyü yerindən çıxarıldı. 15 il Təhsil Naziri olmuş Misir Mərdanov Mikayıl Cabbarovla, İTV-nin baş direktoru İsmayıl Ömərov  Cəmil Quliyevlə əvəzləndi.

суббота, 13 апреля 2013 г.

Oğrunun doğruya bağırması


Əliyevlər ailəsinin növbəti ofşor qalmaqalı çıxdı. Çıxdı. Amma kimsə təəccüblənmədi. Oğrunun oğru olduğu, Azərbaycanın sərvətlərinin planetin ən kiçik nöqtələrində gizlədildiyi zatən hər kəsə bəlli idi. 

İfşa məsələsinə gəldikdə Əliyevlər ifşa olunmaqdan yoruldu, mətbuat ifşa etməkdən yox. Artıq 2010-cu ildə dünya mediasında çıxan Dubay villaları qalmaqalı faktı qarşısında olduğu kimi şok və qəzəb içində deyillər. Prezident Aparatı səviyyəsində biznes maxinasiyasını təsdiqləyirlər. Qınamaqdan keçib məsələyə təhlil gözü ilə baxaq. 

вторник, 2 апреля 2013 г.

Təşəkkürlər hakimiyyət


Bəzən elə şeylər olur ki, hakimiyyətə təşəkkür etmədən keçə bilmirsən. Nidaçıların ard-arda həbsləri də bu qəbildəndir. Baxırsan siyasi proses səngiyən yerdə hakimiyyət yenə qaz verdi. Belə köməyə ancaq çox sağol demək qalır.

Molotov şousu axşamı televiziyaya baxıb dedim: “Ale, neynürsüz? Parçalanmaqda olan təşkilata öz əlinizlə can verirsüz”. Bir hakimiyyət ki, gündüz kafelərdə, axşam internetdə sülənən uşaq-muşaqdan inqilabçı, dövlət çevrilişçisi düzəltdi, belə ciddi imici xaricdən gətirilən polittexnoloqla da düzəltmək olmazdı.

среда, 13 марта 2013 г.

Tayfa intellektualizmi


Azərbaycandakı regionçuluqdan, tayfa idarəçiliyindən, yerliçilik heysiyyatından arabir yazıram. Status və bloq şəklində. Hər yazanda da dostlardan kimsə ilə mütləq üz-göz oluram. Hətta infosunda demokrat,  müxalifət yazanın biri başlayır səni söyməyə.